Biz Zikrdən sonra Zəburda da yer üzünə yalnız mənim saleh bəndələrimin varis olacağını yazmışdıq. (Ənbiya:105)
Image

İmam Məhdinin (ə.f.) adı və ləqəbləri

 

Sonuncu Peyğəmbər Həzərt Muhəmmədin (salam olsun ona və ailəsinə) adı ilə eynidir. Dünyaya gəldiyi andan onun adının çəkilməsi qadağan edilmişdir. Bu, onun canının təhlükədən qorunması üçündür. O zaman, təqiyyə üçün adının çəkilməsi qadağan olsa da, indi də hörmət, sadiqlik və əhd peyman əlaməti olaraq adının ictimaiyyət arasında çəkilməməsinə diqqət edilir. Burada əsas məsələlərdən biri İmama itaətdir. Əgər İmam buyurursa ad çəkməyin demək ki, belə məsləhətdir, ta ikinci bir əmr gələnə qədər. İstər kiçik qeybət dövründə, istərsə də böyük qeybət dövründə olsun. Bunu İmamın zühurunun rəmzi kimi də dəyərləndirmək olar. Yəni, İmamın adının çəkilməsi artıq onun zühurunun baş verməsi deməkdir. Bu barədə ən çox yayılmış nəzər Şeyx Müfidə aiddir. O, bu barədə “Ehticac” kitabında, cild 2, səhifə 602-də qeyd etmişdir.

 

Hədislərdən də aydın olur ki, İmamın zühuruna qədər adının çəkilməsi icazəli deyil. (Ancaq adının çəkilməsində fərqli fikirlər də vardır)

 

Həzrət Peyğəmbər (s.ə.a.s.) buyurub: “Kafirdən başqa heç kəs, Onun adını qiyamından əvvəl çəkmir.”

(“Müstədrək”, cild 12, səh.285)

 

İmam Baqir (ə.s.) buyurub:  ”Onun adını əmrindən (qiyamından) qabaq gərək çəkməyəsiniz.”

(“Əl-Kafi”, cild 1. Səh.525)

 

İmam Həsən Əskəri (ə.s.) buyurb: “Heç kəsə halal deyil ki, onun adını çəksin, o vaxta qədər ki, Allahın hökümətin aşkar etsin.”

(“Müstədrək” cild 12, səh. 285 )

 

Ləqəbləri;

 

Mötəbər kitablarda İmam Məhdinin (ə.f.) 300-dən yuxarı ləqəbləri sadalanmışdır. Bu adlar hamısı İmamın sifətlərini, xüsusiyyətlərini təzahür edir. Bunlardan bir neçəsinə diqqət edək:

 

 

Məvud (Vədolunmuş)

Məhdi (Hidayət edən)

Qaim (ayaqda duran, qiyam edən)

Sahibəz-zaman (zamanın sahibi)

Bəqiyyətullah (Allahın zəxirəsi)

Höccətullah-Höccət (şübhələri yox edən, dəlil)

Müntəzər (Gözlənilən)

Mənsur (Kömək olunan)

Nasir (Kömək edən)

Nazir (Görən, nəzarət edən)

Vəliyullah (Allahın vəlisi)

Müntəqim (intiqam alan)

Müztərr (məcbur qalan)

Muntəsir (qalib olan)

Məmul (arzu olunan, ümid bəslənilən)

Sahibul-əmr (əmr sahibi)

Sahibud-dar (ev sahibi)

Sahibud-din (din sahibi)

Sahibul-əsr (əsrin sahibi)

Sahibul-ğeybət (qeyb sahibi)

Sahibul-yəvmul-fəth (fəth gününün sahibi)

Tavusul-əhli-cənnət (cənnət əhlinin tavusu kimi)

Xələfi-Saleh (əvvəlkilərin salehi)

Tahir (günahlardan təmiz olan)

Seyyidulammə (ümmətin ağası)

Ğərim (xums tələb edən)

Xatəmul-Əvsiya (övsiyaların sonuncusu)

Xatəmul-Əimmə (İmamların sonuncusu)

Xəlifətul-Rəhman (Bağışlayan Xəlifə)

Həzrət (bəzi hədislərdə təkcə Həzrət deyə bəyan etmişlər)

Varis (peyğəmbərlərin və imamların varisi)

Daiə-Daiyəllah (dəvət edən, ehtiyac)

Baset (nemət və bərəkəti yayan)

Qaib (Görünməyən)

Natiq (danışan)

Nuri Ali Muhəmməd (Peyğəmbər ailəsinin nuru)

Əbul-Qasim

Əba Əbdillah

Əba Saleh

Əmiruləmire (Əmirlərin-Əmiri)

Bi`rul-muəttələ- (Tərk edilmiş quyu)

Əba Cəfər

Əba Muhəmməd

Əbul-Həsən

Əba İbrahim

Əbu Turab

Uzunul-vaiyə (Eşidən qulaqlar)

Əyadi (Nemət)

Vəchullah (Allahın üzü)

Babullah (Allahın qapısı)

Nurullah (Allahın nuru)

Nurulənvar (Nurların nuru)

Sulalətun Nubuvvət (Nübuvvətin sülaləsi)

Eynul-Həyat (Həyatın bulağı (çeşməsi)-gözü))

Namusul-Əsr (Əsrin Namusu)

Nizamuddin (Dini nizam edən)

Yəsubu müttəqin (Möminlərin rəhbəri)

Əmrullah (Allahın əmiri)

Əmin (əmanətdar)

Bədruttəmam (14 gecəlik ay)

Burhanullah (Allahın sübutu-ilahi rəhbərlik)

Bəqiyulənbiya (peyğəmbərlərin zəxirəsi)

Sair (asi olmaq-düşmənlərə qarşı)

Camie-kəlim (bütün inancları ətrafında cəmləyən)

Hafizul-Əsrar (sirləri qoruyan)

Xələfi-Sələf (əvvəlkilərin canişini)

Dəyyan (dinin hakimi)

Rəcaulammə (ümmətin ümidi)

Rəzi (çox razı olan)

Sirac (parlaq işıq)

Sirrullah (Allahın sirri)

Səfinətun nicat (nicat gəmisi)

Şahid

Şərid (hərəkət etmədən idarə edən)

Fəcr (sübh-günəş çıxan vaxt)

Fərid (əvəzsiz)

Kəşful-Ğita (örtükləri açan)

Lisanullah (Allahın dili)

Vahec (“yanmadan” işıq saçan)