Biz Zikrdən sonra Zəburda da yer üzünə yalnız mənim saleh bəndələrimin varis olacağını yazmışdıq. (Ənbiya:105)
Image

İmam Zaman (ə.f.) necə və harada qeybə çəkildi?

(Sərdab necə yerdir)

 

Həzrəti Məhdi (ə.f), atası İmam Həsən Əskəri (ə.s.) və babası İmam Əliyyən Nəqi (ə.s.), əsasən ibadətlərini və dualarını İraqın Samirra şəhərində yerləşən sərdabda, yəni evlərinin alt mərtəbəsində edirdilər. Buna görə də bu məkan müsəlmanlar üçün müqəddəs məkan sayılır. Bəzi tarix kitablarında qeyd olunur ki, dövrün Abbası xəlifəsinin məmurları İmamı həbs etmək üçün evinə basqınlar edirdilər və bu zaman İmam onların gözündən qeybə çəkilirdi.

 

İmam Zamanın (ə.f.) varlığı dünyaya gəldiyi gündən atası İmam Həsən Əskərinin (ə.s.) vəfatına qədər ümumi ictimaiətdən gizlin saxlanılırdı və yalnız etibarlı müsəlmanlarla əlaqə saxlanılırıdı.

 

İmam Zamanın (ə.f.) kiçik qeyb dövrü atası İmam Həsən Əskəri (ə.s.) vəfat etdiyi andan və O Həzrət (ə.s.) atasını dəfn edib namazını qıldıqdan dərhal sonra başlandı.

 

Həm kiçik qeyb həm də böyük qeyb dövründə (yəni hal-hazırkı dövrdə) İmam Zamanın (ə.s.)  harada məskunlaşdığı məlum olmasa da, böyük alimlərin nəzərinə əsasən Sərdab O Həzrətin (ə.s.) evi olduğuna görə ziyarətçilərin daha çox lütf olunduğu məkanlardan sayılır. Hesab edilir ki, həm İmamın (ə.s.) atası və anasının məzarının yaxınlığında olduğuna görə, həm də İmamın (ə.s.) ata evi olduğu üçün, necə ki bizim hər birimiz kimliyindən asılı olmayaraq evimizə gələn qonağa nemətlər və lütf ikram edərik, həmçinin Sahibuddar-Ev Sahibi olan və Xəlifətur-Rəhman-Bağışlayan Xəlifə olan Seyyidulammə-Ümmətin Ağasının da evinə daxil olarkən bu lütf və nemətlərdən uzaq qalmağımız mümkün deyil. Həmçinin necə ki, biri bizim ata və anamızın ziyarətinə gəlib məzarına baş çəkən zaman biz o qonağı gedənə qədər müşayiət edərik, mümkün deyil ki Nazir- Görən və Nəzarət edən və Qaim olan Seyyidimiz bizə nəzər etməsin, bir halda ki ,biz, evinin başında olan ata və anasının mübarək məzarlarının ziyarətçisi olaq.