Biz Zikrdən sonra Zəburda da yer üzünə yalnız mənim saleh bəndələrimin varis olacağını yazmışdıq. (Ənbiya:105)
Image

Bəhailik (Babilik)

 

 

 

İranlı bir müsəlman Şeyxiyyə firqəsindən olan Mirzə Əli Məhəmməd Şirazi (Bab) 1844-cü ildə özünü Həzrəti Məhdinin (ə.f.) qapısı (bab) elan edərək Babilik cərəyanını yaratdı. Bu iddiasından və bir sıra müsəlmanların İmam Zamana (ə.f.) olan inancından istifadə edərək 1849-1851-ci illərdə xüsusən Zəncanda üsyanlar başladıldı. Bu üsyanlar çox sayda müsəlmanların həlak olmasına səbəb oldu. Bu üsyanlara qədər isə Bab bir neçə dəfə həbs olunmuş, iddiasından dönmüş və tövbə etmişdir. Ancaq sonradan İsfahan valisi olan erməni və gürcü əsilli Manuçerhanın himayəsindən ruhlanaraq yenidən rəislik iddiası qabardı.

 

Qeyd: Manuçerhan Çar Rusiyasından olan əsir idi, bacarıqlı olduğu üçün yüksək vəzifəyə qədər irəlilədi. Manuçerhan sanki bir ixtişaş yaratmaq üçün birini gözləyirmiş kimi Babı görcək ildırım sürəti ilə 2 saat ərzində ona iman etmiş və himayəsi altına almışdır. Manuçerhanın rusun adamı olduğu üçün gələcəkdə baş verəcək babi üsyanlarının və yeni cərəyanın, Bəhailiyin inkişafında Çar Rusiyası ilə əlaqələri və iş birliyi içində olması aşkar görünməkdə idi.

 

 

Belə ki, Mirzə Əli Məhəmməd Şirazi (Bab) artıq babilik iddiası ilə kifayətlənməmiş, üsyanlar ərəfəsində və həbsdə olarkən Məhdilik, bir qədər sonra isə peyğəmbərlik iddiası etmişdir. Hətta bəzi yazılarında yeni şəriət və tanrılıq iddiasında olduğu da görülür. Bunları özünün yazdığı Bəyan kitabında açıqca qeyd etmişdir. Xüsusi olaraq onu qeyd edək ki, Bab bu iddiaları edərkən babilərin çoxu bundan xəbərsiz idi və onun İmam Zamanın (ə.f.) qapısı olmaq uğruna həbs olunmasına görə üsyanları davam etdirirdilər. Bab öldükdən sonra isə, iddiaları bəlli olduqda çox sayda babilər öz etiqadlarından döndülər. Qalanaları isə əl dəyişən başqa bir iddiaçının arxasınca getməyə başladılar. Belə ki, hələ Bab həbsdə olarkən, bir sıra babilər artıq yeni iddialar fikirləşməyə başladılar.

 

Xüsusən Mirzə Hüseyn Əli Nuri (Bəhaullah) və Tahirə, Babın həbsxanada olarkən Məhdilik, peyğəmbərlik, yeni şəriət və tanrılıq iddialarından xəbərsiz halda, özləri bir sıra babiləri ətrafına toplayaraq İslam dinin vaxtının qurtardığını, hökmlərinin qüvvədən düşdüyünü, yeni şəriətin və yeni peyğəmbərin olmasını vurğuladılar. Bədəşt yığıncağı adlanan bu toplantıda necə oldusa, Bab hələ həbsdə iddialarını davam etdirərkən Mirzə Hüseyn Əli Nuri (Bəhaullah) yeni şəriət gətirdi və elə özü də onun peyğəmbəri oldu. Bəhaullah bu addım ilə sələfləri olduğu həm Şeyxiyyə firqəsini, həm də Babiliyin üzərindən xətt çəkmiş olaraq keçmişini və gəldiyi yolu unutdu. Bununla da keçmişləri ilə əlaqəsiz yeni bir cərəyan yaratmış oldular.

 

Bəhaullah, peyğəmbərlik iddiası edərkən və yeni şəriət gətirdikdə hər şeyin ilahi təqdir əsasında, bütün qərarların ilahi mənbələrə söykənməsini, özünün “ümmi” (yəni yazıb oxumadan hər şeyi bildiyini) olduğunu vurğulayaraq bu cərəyanın bütünlüklə ilahi bir topluluq olmasını insanlara təbliğ etmişdir. Onun yazdığı kitabların, gətirdiyi hökmlərin, danışdığı qeyri adi əhvəlatların ilahi olduğunu açıqlayırdı. Və bundan sonra da Bəhailiyin bu cür davam etməsini əsas gətirərək onun nəslindən olan məhz “ilahi” şəxslərin rəhbər olmalarını vəsiyyət edərək, elə ilk davamçısı oğlu Əbdülbəha oldu. Ancaq sonradan üst-üstə düşməyən sözlər, doğrulmayan vədlər olunca, ilahi bir seçim olmaması bilinincə qısa müddətdə sistem dəyişikliyinə getdilər. Bütün işlərin, qərarların, hökmlərin ilahi bir fərmanla olduğunu iddia edən bir icma, seçkili sistemə çevrilən bir təşkilat oldu. Bu günə kimi də bu seçkili sistem, daxilində dəfələrlə dəyişikliyə uğramışdı. Elə bu səbəblərdən də bəhailiyin daxilində ciddi və çox sayda parçalanmalar yaranmışdı.

 

Qeyd: Maraqlıdır düşməni dost görən bir inanc qrupu necə olur ki, etiraz edən bir bəhaini dost görmür və öz aralarında ixtilaflara, təhqirlərə yol verirlər.

 

 

Beləliklə Bəhailik uluhiyyət iddiasından firma sektoruna çevrildi. Elə bir firma ki, “məişət tullantılarını yığmaq” (misaldır) adı altında insanların etiqadlarına təsir etmək, bəzi dövlətlərin adamı olmaq, siyasi fiqura çevrilmək kimi təhlükəli işlərin əsas ifaçısı kimi çıxış edir.

 

 

Təəssüflər olsun ki, bütün bu həqiqətləri hal hazırda yaşayan bəhailərin çoxu ya bilmir, ya da dərk etmirlər, əvəzində isə sanki Bəhailiyin dünyaya ədalət gətirəcəyinə (halbuki zülm daha da çoxalmış), rifahın təmin olunmasına (halbuku ictima, siyasi və iqtisadi vəziyyət daha da pisləşmiş) düşmənin olamamasına (halbuki, düşmənlər dost tutulmaqla düşmən qalmamış), zülmün yox olmasına (halbuki zalım və işğalçı rejimlərin himayəsi altına keçmişlər) inanırlar.

 

Bir halda ki, elə bəhailərin əsl işləri budur; Özlərindən olmayanları təhqir etmək, tarixi cinayətlər və sui qəsdlər (Tahirənin, əmisi olan və böyük müsəlman alimi Muhəmməd Təqiyə qarşı etdiyi sui qəsd) dövlətlərin içinə girmək və s.

 

 

 

Bəhailikdə olan bəzi aşkar ziddiyətli məqamlar:

 

 

-Bəhailiyin sələfi Şeyxiyyə firqəsidir. Şeyxiyyə firqəsi müsəlman, 12 İmamı və 12-ci İmam Hərəti Məhdinin (ə.f.) Həzrəti İmam Həsən Əskərinin (ə) oğlu olduğunu qəbul etdiyi halda, Bəhailik İslamın hökmlərini saymadığını və 12-ci imamın Həzrəti Məhdi olmadığını qəbul edirlər.

 

-Bab özünü 12-ci İmam Həzərti Məhdinin (ə.f.) qapısı olduğunu iddia etdiyi halda, bəhailər onun Bəhaullahın qapısı olduğunu iddia edirlər. Bir halda ki, Babın Bəhaullahın nə iddia edəcəyindən xəbəri yox idi.

 

- Bəhailik sülh tərəfdarı, heç bir halda düşmən yoxdur, düşmənlər də dostdur təlimləri ilə çıxış etdiyi halda, elə başlanğıcda üsyanlar, cinayətlər və sui qəsdlər etmişdir. İndiki halda da dünyada baş verən zülmlərin yanında tərəfdar rolunu oynayır, xüsusən müsəlmanlara qarşı kin və düşmənçiliylərini gizlədə bilmirlər.

 

-Bütüm qərarların ilahi mənbələrə əsaslanmalı olduğunu, Bəhaullahın nəslinin bəhailər üzərində rəhbər olması köklü məsələ olduğu halda, seçkili partiya üslubunda fəaliyyət göstərirlər.

 

-Həqiqət axtraşında müstəqil olduğlarını dedikləri halda, bəhailərin bütün hərəkətləri vahid mərkəzdən (“Ədalət” evi, İsrail, Hayfa şəhəri)  izlənilir və idarə olunur. Bir bəhainin kiçik etirazına və fikir ayrlığına görə belə onun bəhailikdən və işlərdən uzaqlaşdırılıması bir qanundur və rəsmləşdirilir. Bu işlər üzrə hətta qitələr və bölgələr üzrə açıq və bilinən nümayəndələri vardır.

 

-Düşməni dost tutmaq prinsipləri olsa da (dildə də olsa, çünki həqiqətdə belə şey ola bilməz) vəziyyətə görə düşməni düşmən də bilirlər.