Biz Zikrdən sonra Zəburda da yer üzünə yalnız mənim saleh bəndələrimin varis olacağını yazmışdıq. (Ənbiya:105)
Image

İlahi Əzuməl Bəla (Fərəc duası)

 

İlahi! Əzuməl bəla və bərihəl xəfa

İlahi! bəlalar böyüdü (çoxaldı) və sirlər aşkarlandı

vənkəşəfəl ğita vənqətər-rəca

pərdələr aradan götürüldü və ümidlər kəsildi

və daqətil-ərdu və muniətis-səma

yer (bizə) daraldı, göylər (öz nemətini) əsirgədi

Və əntəl mustəanu və iləykəl-muştəka

kömək istənilən yalnız Sənsən və şikayətlər yalnız Sənə olunur

Və ələykəl muəvvəlu fiş-şiddəti vər-rəxa.

Çətinliklərdə və asanlıqda yalnız Sənə güvənilir

Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd

İlahi! Muhəmməd və Ali Muhəmmədə salam və salavat göndər

Ulil əmrilləziynə fərəztə ələyna taətəhum

Bizlərə, əmr sahiblərimizin itaətlərini vacib etdin

və ərrəftəna bizalikə mənzilətəhum

bununla da onların məqamını bizə tanıtdırdınız

Fəfərric ənna bihəqqihim fərəcən acilən qəriba

Onların haqqına xatir bizləri tezliklə və təcili olaraq çətinliklərdən qurtar

(İmamın qeybdə olması çətinliyindən)

kələmhil bəsər əv huvə əqrəb

bir göz qırpımında və ondan da tez

Ya Muhəmmədu Ya Əli, Ya Əliyyu Ya Muhəmməd

Ya Muhəmməd! Ya Əli! Ya Əli! Ya Muhəmməd!

İkfiyani fə innəkuma kafiyan, vənsurani fə innəkuma nasiran

Mənə kifayət edin. Həqiqətən də, Siz kifayət edənsiniz  Mənə kömək edin. Həqiqətən də, Siz kömək edənsiniz.

Ya Mövlana ya Sahibəzzəman

Ey mənim Mövlam, ey Sahibəzzaman!

Əlğəvs, Əlğəvs, Əlğəvs

Fəryadıma çat, Fəryadıma çat,Fəryadıma çat ! (çığırtıma cavab verin)

Ədrikni, Ədrikni, Ədrikni

Məni dərk edin, Məni dərk edin, Məni dərk edin

(mənimlə birlikdə olun, məni qəbul edin, məni tapın)

Əs-saət, Əs-saət, Əs-saət

Elə bu saatda, Elə bu saatda, Elə bu saatda (indicə)

Əl-əcəl, Əl-əcəl, Əl-əcəl

Təcili, Təcili, Təcili

Ya ərhəmər Rahimin, bihəqqi Muhəmmədin və alihit-tahirin.

Ey rəhimlilərin ən rəhimlisi, Muhəmməd və Ali Muhəmmədin haqqına xatır