Biz Zikrdən sonra Zəburda da yer üzünə yalnız mənim saleh bəndələrimin varis olacağını yazmışdıq. (Ənbiya:105)
Image

İmam Zaman (ə.f.) Quranda (1)

 

 Bismilləhir Rahmənir Rahim

 

 

 

 

وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ

 

 

Bəqərə 155  

 

Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver.

Əbu Bəsir deyir: İmam Sadiq (ə) buyurdu: Qaim (salam olsun ona) gəlməmişdən əvvəl  bir il olar ki, insanların o ildə aclıqla üzləşməsi, qətl və qırğından şiddətli qorxu, mal, can və məhsul itkisi (mal və ömrlərin azalması) qaçılmazdır. Bu Allahın Kitabında çox aşkardır. Sonra bu ayəni oxudu:

“Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver.”

 

(Biharul ənvar c.52, səh.228-229, Qeybəti Nomani səh.250, İsbatul Huda c.7, səh 420-421, Burhan c.1, səh.167)

 

 

فَلَمَّا نَسُوا مَا ذُكِّرُوا بِهِ فَتَحْنَا عَلَيْهِمْ أَبْوَابَ كُلِّ شَيْءٍ حَتَّىٰ إِذَا فَرِحُوا بِمَا أُوتُوا أَخَذْنَاهُمْ بَغْتَةً فَإِذَا هُمْ مُبْلِسُونَ

 

Ənam 44

 

Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar.

 

Əbi Həmzə İmam Baqirdən (ə) nəql edir: Həzrət  أَخَذْنَاهُمْ بَغْتَةً فَإِذَا هُمْ مُبْلِسُونَ  (onları qəflətən yaxaladıq və onlar naümid qaldılar) ayəsi haqqında belə buyurdu: “Yəni, Qaimin qiyamı”.

 

(Əl Məram, səh.226, Safi təfsiri, c.2, səh.173)

 

 

 اُو۬لٰٓئِكَ الَّذ۪ينَ اٰتَيْنَاهُمُ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَۚ فَاِنْ يَكْفُرْ بِهَا هٰٓؤُ۬لَٓاءِ فَقَدْ وَكَّلْنَا بِهَا قَوْماً لَيْسُوا بِهَا بِكَافِر۪ينَ 

 

Ənam 89

 

Bunlar, Kitab, hikmət və peyğəmbərlik verdiyimiz kəslərdir. Əgər (kafirlər) ayələri inkar etsələr, Biz onları inkar etməyən bir camaata həvalə edərik.

İmam Sadiq (ə) قَوْمًا لَيْسُوا بِهَا بِكَافِرِينَ (Biz onları inkar etməyən bir camaata həvalə edərik) ayəsi haqqında buyurur: “Bu Həzrəti Məhdinin (ə.f.) əshab və köməkçilərinə işarədir.”

 

(Yənabiul məvəddəh, səh.422, Əl Məram, səh.226)

 

 

هَلْ يَنْظُرُونَ إِلَّا أَنْ تَأْتِيَهُمُ الْمَلَائِكَةُ أَوْ يَأْتِيَ رَبُّكَ أَوْ يَأْتِيَ بَعْضُ آيَاتِ رَبِّكَ  يَوْمَ يَأْتِي بَعْضُ آيَاتِ رَبِّكَ لَا يَنْفَعُ نَفْسًا إِيمَانُهَا لَمْ تَكُنْ آمَنَتْ مِنْ قَبْلُ أَوْ كَسَبَتْ فِي إِيمَانِهَا خَيْرًا  قُلِ انْتَظِرُوا إِنَّا مُنْتَظِرُونَ

 

Ənam 158

 

Yoxsa onlar ancaq ya mələklərin, ya Rəbbinin və yaxud da Rəbbinin bəzi əlamətlərinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir. De: “Gözləyin, şübhəsiz ki, Biz də gözləyirik”.

Əli ibni Rubab İmam Sadiqdən (ə) nəql edir ki, Həzrət (ə) bu şərif ayə barəsində buyurdu:  Burada آيَاتِ əlamətdən (nişanədən) məqsəd Həzrəti Qaimdir (ə.f.). Sonra buyurdu: Həzrəti Qaimin (ə.f.) zühuru və qiyamı zamanında, əvvəlcədən iman gətirməyən şəxslərin iman gətirməsinin faydası yoxdur. Hər nə qədər ki, Ondan əvvəlki imamlara iman gətirmiş olsunlar.

 

Yenə buyurdu: Bizim Qaimin (ə.f.) dostlarının xoş halına ki, qeybət zamanında O Həzrətin zühurunun intizarındadırlar və zühur zamanında Həzrətə (ə.f.) itaət halındadırlar, onlar Allahın övliya və dostlarıdırlar. Onlara qorxu yoxdur və heç vaxt (məhzun) hüzünlü və kədərli olmurlar.

 

(Yənabiul məvəddəh, səh.422, Burhan təfsiri, c.1, səh.564)

 

 

وَأَنْذِرِ النَّاسَ يَوْمَ يَأْتِيهِمُ الْعَذَابُ فَيَقُولُ الَّذِينَ ظَلَمُوا رَبَّنَا أَخِّرْنَا إِلَىٰ أَجَلٍ قَرِيبٍ نُجِبْ دَعْوَتَكَ وَنَتَّبِعِ الرُّسُلَ   أَوَلَمْ تَكُونُوا أَقْسَمْتُمْ مِنْ قَبْلُ مَا لَكُمْ مِنْ زَوَالٍ

 

 

İbrahim 44

 

İnsanları onlara əzab gələcəyi günlə qorxut. (O gün) zalımlar deyəcəklər: Ey Rəbbimiz! Bizə yaxın bir vaxta qədər möhlət ver ki, sənin dəvətini qəbul edək və elçilərin arxasınca gedək. (Onlara deyiləcəkdir) Məgər əvvəllər sizə heç bir şey olmayacağı barəsində and içməmişdiniz?!

Muhəmməd ibni Müslim bu kərim ayənin təfsiri barəsində İmam Baqirdən (ə) nəql edir ki, Həzrət (ə) buyurdu: “İstədilər ki, (zalımlar) Həzrət Qaimin (ə.f.) çıxmasına (fərəcinə) qədər möhlət alsınlar.”

 

(İsbatul Huda, c.7, səh.10, Burhan təfsiri, c.2, səh.321)

 

 

وَسَكَنْتُمْ فِي مَسَاكِنِ الَّذِينَ ظَلَمُوا أَنْفُسَهُمْ وَتَبَيَّنَ لَكُمْ كَيْفَ فَعَلْنَا بِهِمْ وَضَرَبْنَا لَكُمُ الْأَمْثَالَ

 

İbrahim 45

 

Siz özlərinə zülm edənlərin yurdlarında sakin oldunuz. Onlara nələr etdiyimiz sizə aydın oldu və sizə misallar da çəkdik.

Bir qrup İmam Sadiqin (ə) məhzərində (görüşündə) idilər. Bəni Abbasın evlərindən söhbət getdi. Bir kişi dedi: Allah onların məhvini bizə göstərsin. İmam Sadiq (ə) buyurdu: Belə de: “O yer, Həzrəti Qaimin (ə.f.) və əshabının məskəni olsun. Məgər eşitməmisən ki, Allah buyurub: (Siz özlərinə zülm edənlərin yurdlarında sakin oldunuz) وَسَكَنْتُمْ فِي مَسَاكِنِ الَّذِينَ ظَلَمُوا أَنْفُسَهُمْ 

 

(Burhan təfsiri, c.2, səh.331, İsbatul Huda, c.2, səh.100)

 

 

وَقَاتِلُوهُمْ حَتَّىٰ لَا تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ كُلُّهُ لِلَّهِ  فَإِنِ انْتَهَوْا فَإِنَّ اللَّهَ بِمَا يَعْمَلُونَ بَصِيرٌ

 

Ənfal 39

 

Fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha həsr edilənədək onlarla vuruşun! Əgər (şirkə) son qoysalar, (bilsinlər ki,) Allah onların etdiklərini görür.

İmam Baqir (ə) bu ayənin təfsirində belə buyurur: “Bu ayənin təvili (açıqlamsı-reallaşması-icrası) hələ gəlməmişdir. Belə ki, Allahın Rəsulu özünün və səhabələrinin ehtiyaclarına (hacətlərinə) görə möhlət verildi. Ayənin təvil olunduğu gün bu möhlət qəbul olunmayacaqdır. Əksinə, Allahın birliyinə (vəhdaniyyət) və heç bir şirk qalmayana qədər ölüdürüləcəklər.”

 

(Kuleyni c.8, səh.201)

 

 

وَيَقُولُونَ لَوْلَا أُنْزِلَ عَلَيْهِ آيَةٌ مِنْ رَبِّهِ  فَقُلْ إِنَّمَا الْغَيْبُ لِلَّهِ فَانْتَظِرُوا إِنِّي مَعَكُمْ مِنَ الْمُنْتَظِرِينَ

Yunus 20

 

Onlar deyirlər: “Niyə ona Rəbbindən bir nişanə (əlamət) endirilməyib?” De: “Qeyb ancaq Allaha aiddir. Gözləyin, şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm”.

 

Yənabiul məvəddəh kitabında deyilir: İmam Sadiq (ə) buyurub: “Bu ayədə الْغَيْبُ Qeyb, Höccətul Qaimdir (ə).

 

(İmam Əsri (ə.f.) tanımaq və 40 hədis kitabı, 26-cı hədis)