Biz Zikrdən sonra Zəburda da yer üzünə yalnız mənim saleh bəndələrimin varis olacağını yazmışdıq. (Ənbiya:105)
Image

İmam Zaman (ə.f.) Quranda (2)

 

Bismilləhir Rahmənir Rahim

 

 

 

وَلَئِنْ أَخَّرْنَا عَنْهُمُ الْعَذَابَ إِلَىٰ أُمَّةٍ مَعْدُودَةٍ لَيَقُولُنَّ مَا يَحْبِسُهُ  أَلَا يَوْمَ يَأْتِيهِمْ لَيْسَ مَصْرُوفًا عَنْهُمْ وَحَاقَ بِهِمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

Hud 8

 

Əgər onlara gələcək əzabı müəyyən vaxtadək (müəyyən bir ümmət gələnədək) gecikdirsək: “Onu saxlayan nədir?”– deyəcəklər. Xəbəriniz olsun ki, (əzab) onlara gəldiyi gün onu heç nə onlardan dəf edə bilməyəcək və istehza etdikləri (o əzab) onları bürüyəcəkdir.

İmam Sadiq (ə) buyurur: الْعَذَابَ  Əzab, Qaimin (ə) çıxması, أُمَّةٍ مَعْدُودَةٍ müəyyən vaxtadək (müəyyən bir ümmət ), bədr əhli və Onun (Həzrəti Məhdinin (ə.f.) əshabındandırlar.

 

(əl Ğeybət, səh.127)

 

 

 

بَقِيَّتُ اللَّهِ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ  وَمَا أَنَا عَلَيْكُمْ بِحَفِيظٍ

 

Hud 86

 

Əgər möminsinizsə, Allahın saxladığı sizin üçün daha xeyirlidir. Mən sizin üstünüzdə gözətçi deyiləm”.

İmam Baqir (ə) buyurdu: “(İmam Məhdi (ə.f.)) zühur edən vaxt Kəbənin divarına söykənib, dilinə gətirdiyi ilk söz bu ayədir, sonra buyurdu:

اَنَا بَقِيةُ اللّهِ في اَرْضِهِ وَ خَليفَتُهُ وَ حُجَّتُهُ عَلَيكُمْ

“Mən yer üzərində Bəqiyətullaham (Allahın (sona) saxladığı) və sizin üzərinizdə Onun xəlifəsi və Höccətiyəm.”  Belə ki, hər kəs ona salam vermək istəsə belə desin:

اَلسَّلامُ عَلَيكَ يا بَقِيةَ اللّهِ في اَرْضِهِ

“Salam olsun Sənə ey Allahın yer üzərindəki sona saxladığı.”

 

(Kəmaluddin c.1, səh.603)

 

 

 

حَتَّىٰ إِذَا اسْتَيْأَسَ الرُّسُلُ وَظَنُّوا أَنَّهُمْ قَدْ كُذِبُوا جَاءَهُمْ نَصْرُنَا فَنُجِّيَ مَنْ نَشَاءُ  وَلَا يُرَدُّ بَأْسُنَا عَنِ الْقَوْمِ الْمُجْرِمِينَ

 

Yusif  110

 

Elçilər (hər dəfə) ümidlərini itirdikdə və özlərinin yalançı hesab edildiklərini güman etdikdə köməyimiz onlara gəlir və dilədiyimiz kəs də nicat tapırdı. Günahkar tayfadan əzabımız əsla dəf olunmaz.

İmam Sadiq (ə) atalarından və Əmirəlmöminindən (ə) nəql edir ki, Həzrət (ə); “Elçilər (hər dəfə) ümidlərini itirdikdə və özlərinin yalançı hesab edildiklərini güman etdikdə” cümləsinin Həzrət Məhdinin (ə.f.) zühurundan əvvəl və axirəzzamanda iman sahiblərinin vəziyyəti ilə, “köməyimiz onlara gəlir” cümləsini isə Ali Muhəmmədin Qaiminin zühuru ilə uyğunlaşdırıb və buyurmuşdur: “Qaimimiz Məhdinin qiyamı da budur”.

 

(Muntəxəbul əsər, səh.314-Yənabiul məvəddəhdən nəql olunub)

 

 

 

وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِآيَاتِنَا أَنْ أَخْرِجْ قَوْمَكَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَذَكِّرْهُمْ بِأَيَّامِ اللَّهِ  إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِكُلِّ صَبَّارٍ شَكُورٍ

 

İbrahim 5

 

Biz Musanı nişanələrimizlə göndərib (ona): “Xalqını qaranlıqdan nura çıxart və Allahın günlərini onların yadına sal”. Şübhəsiz ki, bunda çox səbr və şükür edənlər üçün dəlillər vardır.      

İmam Baqir (ə) buyurub: “Allahın günləri üçdür. Qaimin qiyamı günü, Rəcət günü, Qiyamət günü.

 

(Məaniyəl əxbar, səh.365)

 

 

وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِنْ بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ

 

Ənbiya 105

 

Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra (nazil etdiyimiz ) kitablarda da yazmışdıq ki, yer üzünə Mə­­nim saleh bəndələrim varis olacaqlar.

İmam Baqir (ə) buyurub: “yer üzünə Mə­­nim saleh bəndələrim varis olacaqlar”dan məqsəd İmam Məhdi (ə.f.) və Onun köməkçiləridir.”

 

(Qummi təfsiri, c.2, səh.52)

 

 

وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنْكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُمْ فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِنْ قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَىٰ لَهُمْ وَلَيُبَدِّلَنَّهُمْ مِنْ بَعْدِ خَوْفِهِمْ أَمْنًا  يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا  وَمَنْ كَفَرَ بَعْدَ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْفَاسِقُونَ

 

Nur 55

 

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir.

İmam Səccad (ə), İmam Baqir (ə) və İmam Sadiqdən (ə) nəql olunur ki, “Bu ayənin kamil nümunəsi Həzrəti Məhdinin (ə.f.) hakimiyyət günüdür.”

(Nurusəqəleyn təfsiri)

İmam Sadiq (ə) buyurub: Bu ayə, Qaim və köməkçiləri haqqında nazil olmuşdur.

 

(Nomani, səh.247,  Məclisi c.51, səh.58)

 

 

فَفَرَرْتُ مِنْكُمْ لَمَّا خِفْتُكُمْ فَوَهَبَ لِي رَبِّي حُكْمًا وَجَعَلَنِي مِنَ الْمُرْسَلِينَ

 

Şüəra 21

 

Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim. Amma sonradan Rəbbim mənə hökmranlıq verdi və məni elçilərdən etdi.

İmam Baqir (ə) buyurub: Əhlibeytin (ə) Qaimi zühur edən vaxt deyər: “Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim. Amma sonradan Rəbbim mənə hökmranlıq verdi, indi də Allah mənə izn verdi əmrin islahı (işləri düzəltmək) üçün aranıza gəldim.”

 

(İsbatul Huda, c.3, səh.583)

 

 

 

وَنُرِيدُ أَنْ نَمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ

 

 

 

وَنُمَكِّنَ لَهُمْ فِي الْأَرْضِ وَنُرِيَ فِرْعَوْنَ وَهَامَانَ وَجُنُودَهُمَا مِنْهُمْ مَا كَانُوا يَحْذَرُونَ

 

Qəsəs 5-6

 

Biz istədik ki, yerdə aciz qalanlara (zəif olanlara) mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək. Yer üzündə onlara hökmranlıq bəxş edək, Firona, Hamana və onların əsgərlərinə qorxub çəkindikləri şeyi göstərək.

İmam Cavadın (ə) qızı Həkimə xatun deyir: (İmam Zamanın (ə.f.) doğumunun yeddinci günü idi) İmam Həsən Əskəri (ə) dedi: Oğlum bir söz de: İmam Zaman (ə.f.) dedi:  “Əşhədu ənla ilahə illəllah”, sonra Peyğəmbərə (s.ə.a.s.), Əmirəl-mömininə (ə) və İmamlara (ə) və atasına salam və salavat dedi: Sonra Qəsəs surəsi ayə 5 və 6-nı oxudu: “Biz istədik ki, yerdə aciz qalanlara (zəif olanlara) mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək. Yer üzündə onlara hökmranlıq bəxş edək, Firona, Hamana və onların əsgərlərinə qorxub çəkindikləri şeyi göstərək.”

 

(Biharul ənvar c.51,səh.2, Muntəxəbul əsər, 321-324, Kəşfül Ğümmə, c.2, səh.449)

 

 

وَجَعَلْنَا بَيْنَهُمْ وَبَيْنَ الْقُرَى الَّتِي بَارَكْنَا فِيهَا قُرًى ظَاهِرَةً وَقَدَّرْنَا فِيهَا السَّيْرَ  سِيرُوا فِيهَا لَيَالِيَ وَأَيَّامًا آمِنِينَ

 

Səba 18

 

Bərəkət verdiyimiz məmləkətlər arasında aydın görünən (bir-birinə yaxın) şəhərlər salmış, orada gediş-gəliş yaratmışdıq. “Oralarda gecələr və gündüzlər arxayın gəzib dolaşın!”(– demişdik.)

İmam Sadiq (ə) buyurur:  سِيرُوا فِيهَا لَيَالِيَ وَأَيَّامًا آمِنِينَ - “Oralarda gecələr və gündüzlər arxayın gəzib dolaşın!”, məqsəd Əhlibeytdən olan Qaimimizlə gəzib dolaşın ki, tam təhlükəsizlikdə olasınız.

 

(İləluş şərai,c.1, səh.321, Zehni Tehrani tərcüməsi, Kənzul dəqaiq və bəhrul ğəraib təfsiri,c.10, səh.487)