Biz Zikrdən sonra Zəburda da yer üzünə yalnız mənim saleh bəndələrimin varis olacağını yazmışdıq. (Ənbiya:105)
Image

İmam Zaman (ə.f.) Quranda (3)

 

 

Bismilləhir Rahmənir Rahim

 

 

 

 

وَأَشْرَقَتِ الْأَرْضُ بِنُورِ رَبِّهَا وَوُضِعَ الْكِتَابُ وَجِيءَ بِالنَّبِيِّينَ وَالشُّهَدَاءِ وَقُضِيَ بَيْنَهُمْ بِالْحَقِّ وَهُمْ لَا يُظْلَمُونَ

 

 

Zümər 69

 

Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, (əməllər yazılmış) kitab (hər kəsin qarşısına) qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir.

İmam Sadiq (ə) buyurur: “Qaimimiz qiyam edən zaman yer üzü O Həzrətin Rəbbinin nuru ilə işıqlanacaq, bəndələrin günəşin işığına ehtiyacı qalmayacaq və zülmət aradan qalxacaq.”

 

(İsna əşərə təfsiri, Hüseyn Hüseyni şah Əbdül Əzim, c.11, səh.270, Şeyx Müfid İrşad kitabı)

 

basşqa bir hədis

İmam Sadiq (ə) bu ayənin təfsirində buyurur: “Yer üzünün tərbiyyə edəni İmam Zamandır (ə.f.), Həzrəti Məhdinin (ə.f.) nuru ilə insanlar günəşin və ayın nurundan ehtiyacsız olacaq.”

 

(Nəcmus saqib, bab 2)

 

 

هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَىٰ وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ  وَكَفَىٰ بِاللَّهِ شَهِيدًا

 

Fəth 28

 

(İslamı) bütün dinlərdən üstün etsin deyə Öz Elçisini hidayətlə və həqiqi dinlə göndərən Odur. Şahid kimi Allah kifayətdir.

 

 

هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَىٰ وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ

 

Tövbə 33

 

Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstərən rəhbərlə və haqq din ilə göndərən Odur.

Əbu Bəsir deyir: İmam Sadiqdən (ə) bu ayə barəsində soruşdum, buyurdu: “Allaha and olsun bu ayənin təvili (açıqlaması-reallaşması-icrası) hələ gəlməmişdir. Qaimin (ə.f.) çıxmasına (zühuruna) kimi də bunun təvili gəlməyəcəkdir. Qaim (ə.f.) çıxan vaxt (zühur zamanı) Allaha kafir olan və İmamın yanında müşrik (Allaha şərik qoşan) qalmayacaqdır. Əgər qalsa belə Onun çıxmasına (zühuruna) ikrahları vardır; Hətta əgər kafir və ya müşrik daş içində gizlənmiş olsa belə, o daş deyər: ! Ey mömin mənim içimdə kafir var, məni parçalayın və onu öldürün.

 

(Kəmaluddin, c.2, bab 58, hədis 7)

 

وَلَا تَقْتُلُوا النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ  وَمَنْ قُتِلَ مَظْلُومًا فَقَدْ جَعَلْنَا لِوَلِيِّهِ سُلْطَانًا فَلَا يُسْرِفْ فِي الْقَتْلِ  إِنَّهُ كَانَ مَنْصُورً

 

İsra 33

 

Allahın, (öldürülməsini) haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Kim haqsız yerə öldürülmüşsə, artıq onun varisinə ixtiyar vermişik. Lakin o da qisas aldıqda israf etməyəcək. Çünki ona artıq kömək olunmuşdur.

İmam Sadiq (ə) buyurur: Bu ayədə مَظْلُومًا məzlumdan məqsəd Həzrət İmam Hüseyndir (ə), جَعَلْنَا لِوَلِيِّهِ سُلْطَانًا onun varisinə ixtiyar vermişik-dən məqsəd İmam Məhdidir (ə.f.).

 

 (Burhan təfsiri,c.4, səh.559)

 

 

فَوَرَبِّ السَّمَاءِ وَالْأَرْضِ إِنَّهُ لَحَقٌّ مِثْلَ مَا أَنَّكُمْ تَنْطِقُونَ

 

Zariyat 23


Göyün və yerin Rəbbinə and olsun ki, bu sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir.

Həzrət Səccad (ə) bu şərif ayə haqqında buyurur: “ إِنَّهُ لَحَقٌّ “həqiqətdir”dən məqsəd Qaimin (ə.f.) qiyamıdır.”

 

(Təvile ayate zahirə  səh.695)

 

وَالْعَصْرِ إِنَّ الْإِنْسَانَ لَفِي خُسْرٍ

 


 

Əsr 1-2

 

And olsun əsrə (axşam çağına!)

Həqiqətən, insan ziyan içərisindədir.

İmam Sadiq (ə) bu ayə barəsində buyurur: وَالْعَصْرِ "Əsr”dən məqsəd Qaimin (ə.f.) çıxmasıdır إِنَّ الْإِنْسَانَ لَفِي خُسْرٍ ”Həqiqətən, insan ziyan içərisindədir”dən məqsəd isə düşmənlərimiz ziyan içərisindədirlər.

 

(Kəmaluddin, c.2, səh.656)

 

 

اعْلَمُوا أَنَّ اللَّهَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا  قَدْ بَيَّنَّا لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَعْقِلُونَ

 

Hədid 17

 

Bilin ki, Allah yeri (torpağı) onun ölümündən sonra dirildir. Biz ayələri sizə izah etdik ki, bəlkə anlayasınız.

İmam Sadiq (ə) buyurur: أَنَّ اللَّهَ يُحْيِي الْأَرْضَ  Allah O Həzrətin zühur zamanında yer üzünü Həzrəti Məhdinin (ə.f.) ədaləti vasitəsilə dirildəcəkdir, necə ki zalım rəhbərlərin zülmü il ölmüşdür.

 

(Qeybəti Nomani səh.32)

 

 

حَتَّىٰ إِذَا رَأَوْا مَا يُوعَدُونَ فَسَيَعْلَمُونَ مَنْ أَضْعَفُ نَاصِرًا وَأَقَلُّ عَدَدًا

 

Cin 24

 

Onlar özlərinə vəd olunmuş (əzabı) gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.

İmam Kazim (ə) bu ayə barəsində buyurur: مَا يُوعَدُونَ  “vəd olunmuş”dan məqsəd Həzrəti Qaim (ə.f.) və Onun köməkçiləridir.

 

 (Usuli Kafi c.1, səh. 434)

 

 فَلَا أُقْسِمُ بِالْخُنَّسِ  الْجَوَارِ الْكُنَّسِ

 

Təkvir 15-16

 

And içirəm yanıb sönən ulduzlara;

Seyrə çıxıb gizlənən (səyyarələrə)

(Umhani ləqəbi ilə məşhur) Tədqiqatçı bir xanım bu ayə barəsində İmam Baqirdən (ə) soruşarkən, İmam Baqir (ə) buyurdu: “Bəh! bəh! nə yaxşı bu məsələni soruşdun. Bu axirəzzaman üçün (zühur edəcək) qiymətli bir mövluddur. O (Həzrəti Məhdi (ə.f.)) pak itrətdəndir. Məhdi (ə.f.) vəhy və risalət ailəsindəndir... Xoş olsun Onu və Onun zamanını dərk edənə...”

 

(Kəmaluddin, c.1, səh.330, Biharul ənvar, c.51, səh.137)