Biz Zikrdən sonra Zəburda da yer üzünə yalnız mənim saleh bəndələrimin varis olacağını yazmışdıq. (Ənbiya:105)
Image

1200 ildən artıq müddət ərzində olan qeybət dövründə

İmam Zamanın (ə.f.) bizə nə kimi faydası vardır?

 

 

 

İmam Zamanın (ə.f.) böyük qeybət dövründə, biz Ondan necə faydalanırıq?

 

Ortaya atılan şübhələrdən biri də budur ki, biz 1200 ildən artıq müddət ərzində Həzrəti Məhdinin (ə.f.) nə kimi faydalarını görmüşük? Əgər O, yaşayırsa, bizim Rəhbərimizdirsə, hər şeyə hakimdirsə, Onda ixtiyar varsa, insanların qayğısına qalırsa, bizi eşidir, görür və nəzarət edirsə, bunun bizə faydaları nədir? Nə zaman faydası oldu? Bir haldaki, insanlar o zamandan bəri zülm və pərişanlıq içindədirlər, ədalətsizlik hökm sürürür, haqqlar əzilir, uşaqlar və zəiflər həlak olur, güclülər təzyiq edirlər və öndə olanlardırlar, qeyri-bərabərlik mövcuddur, ixtilaflar çoxalıb və s. bunun kimi çətinliklər müşahidə olunur. Bəs, Onun bizə faydası harada qaldı? Ola bilərmi ki, O ilahi şəxs olsun, ilahi qüdrətə sahib olsun, ancaq bizə faydası olmasın?

 

Bunlar əksəriyyətimizin daxilində və ya üzə gətirdiymiz suallardır ki, O Həzrətlə bizim aramızda fasilə salır. Bunların cavabı necədir?

 

Hər şeydən əvvəl onu deyək ki, bütün bu sualların cavabı elə Onun zühur etməsi ilə bərabərdir. Bu sualların yaranması elə Onun qeybə çəkilməsini məcbur edən amillərdir. İmam Zaman (ə) da məhz zühurdan sonra bu suallara aydınlıq gətirəcəkdir.

Bu sualların yaranmasının səbəbləri də elə biz özümüzük. Təbii ki, etdiyimiz səhvləri və cinayətləri, Onun üzərinə atmamalıyıq. Və bunun həllini istəyərkən də bizim əmrimiz və göstərişimizlə dərhal olmasını da gözləməməliyik. Biz bu səhvlərimizi qəbul etməli, tövbə etməli və Allaha yalvarmalıyıq. Özümüzü bu zülmlərin yox olması üçün İmama (ə.f.) kömək etməyə hazırlamalıyıq. Nəinki, zülmlərə şərik çıxmaqla sadəcə dilimizi şikayətə məşğul etməliyik.

 

Əlbətdə bunlar o demək deyil ki, İmamın (ə.f.) bizə faydası yoxdur. Sadəcə bir az insaflı olmağımız, öz suallarımıza cavabı tapacaqdır. Sözsüz ki, İmamın (ə.f.) böyük qeybət dövründə bizə faydası vardır.

 

Əgər birinin bizə fayda verməsini bilmək istəyirksə biz onu tanımalıyıq ki, ondan nə kimi faydaları tələb edək, əvvəl bizə nə faydası olub? və indi nə fayda istəyirik? Əks halda, O şəxs bizə fayda versə belə biz onun necə və nə fayda verəcəyini anlamayacayıq. Əgər İmamın (ə.f.) bizə olan faydasını anlamaq istəyirksə Onu tanımalıyıq. Məsələn: O qoruyucudur, nəzarət edəndir, dünyanın var olması Onunladır, nemətlər və ruzilər Onun vasitəsi ilə bizə verilir, bəlalardan uzaq qalmağımız Onun sayəsindədir, ağıllarımız Onun vasitəsi ilə diri qalır.

 

Əgər biz fayda dedikdə yuxarıda sadaladığımız sualların cavabını tapmaqdırsa, o zaman bir az vicdanımızın səsini dinləyək:

 

Nəzərə alaq ki, bu zülmləri edənlər insanlardır və əgər 1200 il ərzində bunun qarşısı alınması idi;

 

1200 illik zülmün təsirini göz qabağına gətirin-dünya yaşamazdı,

1200 illik aclıq və qıtlığı nəzərə alın-bir nəfər də olsun tox adam qalmazdı,

1200 illik insan tələfatını, qətlləri və müharibələri  nəzər alın-bir nəfər də sağ qalmazdı,

1200 illik Allaha qarşı çıxanların səyini nəzərə alın-bir nəfər də Allaha inanan qalmazdı.

 

Bütün bunların arası kəsilməsə idi, Allaha nə fərq edəcək ki?

 

Maidə 17

Yer üzündə olanların hamısını məhv etmək istəsə, kim Ona bir şeylə mane ola bilər?

 

Necə ki, əvvəlki ümmətlər məhv olmuşdur.

 

Ənam 6

Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? 

 

 

Hud 60

Məhv olsun Hudun qövmü Ad!

 

 

Hud 68 

Məhv olsun Səmud qövmü!

 

 

Hud 95

Səmud qövmü məhv olduğu kimi Mədyən qövmü də məhv olsun!

 

Ənam 133

İstəsə, sizi məhv edər və sizi başqa bir qövmün nəslindən yaratdığı kimi sizdən sonra da yerinizə dilədiyini gətirər.

 

Bizim ümmət həmin ümmətdir. Çünki bizim ümmət axirəz zamanda olan ümmətdir. Bu ümmətin bugün sahibi Həzrəti Məhdidir (ə.f.).

 

Onun təkcə vücudunun olması belə bizə böyük faydadır.

 

Onun faydası sayəsindədir ki, biz indi məhv olmamışıq,

Onun faydası sayəsindədir ki, biz indi müxtəlif nemətlərdən istifadə edirik,

Onun faydası sayəsindədir ki, biz Allahı tanıyırıq və Ona ibadət edirik,

Onun faydası sayəsindədir ki, ağıllarımız yerindədir və düşünə bilirik

 

Əgər Həzrəti Məhdi (ə.f.) olmasaydı, biz də indi əvvəlki ümmətlər kimi olardıq.

 

Məgər indiki halda Allahın nemətlərindən istifadə etmirik (kafir və ya mömin)?

Məgər bizim ağlımız əlimizdən alınıb? (insanların hamısı dəlidir)?

Məgər biz indi yaşamırıq? (hamımız ölmüşük?)

Məgər biz indi Allahı tanıyıb Ona ibadət etmirik? (hamımız kafirik)

 

 

Niyə bu qədər zülmün qabağında biz hələ də yaşaya bilirik? Bir halda ki bu zülmlərin səbəbi bizi məhv etməkdir.

 

 

İshaq ibn Yəqubun biz qeybət zamanında Sizdən necə faydalanaq, müraciətində;

Həzrəti Məhdi (ə.f.) buyurub: Qeybət zamanında Məndən faydalanmaq bulud arxasında olan Günəşdən faydalanmaq kimidir. (Biharul Ənvar c.53. səh. 180 )

 

Günəşin bulud arxasında olması, onun faydasının olmaması demək deyildir. Biz hər gün səməya baxdıqda bəzən Günəşi görürük ancaq bəzən görmürük. Günəş bulud arxasında olarkən biz onu görməsək də Günəş öz faydasını bizdən əsirgəmir. Belə ki, onun istisindən, işığından və digər xüsusiyyətlərindən faydalanırıq. Günəşin bulud arxasında olması qaranlığa səbəb deyildir. Bizim də qeybət zamanında İmamdan (ə.f.) faydalanmağımız bunun kimidir. Biz İmamı görməsək də, Onun sayəsində nemətlərdən istifadə edirik.

 

Əvvəldə dediyimiz kimi, bir şeyin faydasının nə oldğunu bilmək üçün onu tanımaq lazımdır. Hədisdə deyilən Günəş misalını da daha dərindən anlamaq üçün Günəşi bilmək lazımdır.

 

Günəş olmasa həyat olmaz

 

Günəşin daxilində və səthində olan istiliklə, yer səthində olan istilik arasında kəskin fərq vardır. Yəni Günəşin daxilində olan istiliyin öz faydası, səthində olan istiliyin öz faydası, yer üzündə olan istiliyin öz faydası və bulud arxasında olarsa ayrı bir faydası vardır. Deməli, bizim Günəşdən faydalanmağımız öz gücümüzün çatdığı və onu bildiyimiz qədərdir. Bizim İmam Zamandan (ə.f.) faydalanmağımız Onu (ə.f.) tanımağımız və qabiliyyətimiz qədərdir. Necə ki, yer üzünün bir hissəsi Günəşdən bir cür faydalanır, digər hissəsi isə başqa cür faydalanır. Bəzi yerlər çox isti olur, bəzi yerlər sərin olur, bəzi yerlər isə soyuq olur. Bunun hər birinin özünə görə faydaları vardır. Bu faydaların necəliyi o yerlərin Günəşdən aldığı enerji qədərdir. Biz, İmam Zamanı (ə.f.) nə qədər tanısaq o qədər Ondan faydalanacayıq və o qədər Onun faydasını anlayacayıq. Onu tanımayanlar da Ondan (ə.f.) faydalanırlar, ancaq bunu bilmirlər. Necə ki, bulud arxasında olan Günəşdən faydalanırıq ancaq bunun Günəşdən olduğunu bilmirik.

 

Zümər 69

 

Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, (əməllər yazılmış) kitab (hər kəsin qarşısına) qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir.

 

İmam Sadiq (ə) buyurur: “Qaimimiz qiyam edən zaman yer üzü O Həzrətin-Rəbbin nuru ilə işıqlanacaq, bəndələrin Günəşin işığına ehtiyacı qalmayacaq və zülmət aradan qalxacaq.” (İsna əşərə təfsiri, Hüseyn Hüseyni şah Əbdül Əzim, c.11, səh.270, Şeyx Müfid İrşad kitabı)

 

başqa bir hədis

 

İmam Sadiq (ə) bu ayənin təfsirində buyurur: “Yer üzünün tərbiyyə edəni İmam Zamandır (ə.f.), Həzrəti Məhdinin (ə.f.) nuru ilə insanlar Günəşin və Ayın nurundan ehtiyacsız olacaq.” (Nəcmus saqib, bab 2)

 

Allah inşəallah İmam Zamanın (ə.f.) zühuru ilə buludları kənarlaşdırsın və biz Onun (ə.f.) nurlu simasından faydalanaq.