İmam Həsən Əskəri (ə.s.)

 

İmam Zamanın (ə.s.) atası 11-ci İmam Həzrəti Həsən Əskəri (ə.s.) hicri 232-ci ildə Rəbius-sani ayının 8-i, Cümə günü Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Əliyyən-Nəqi (ə.s.), anası isə Xanım Hüdeysdir. İmam Həsən Əskərinin (ə.s.) imamət dövrü, atası İmam Əliyyən Nəqinin (ə.s.) abbasi xilafəti zamanında zəhərlənərək şəhid olmasından sonra başlayır. O (ə.s.), atası (ə.s.) kimi abbasi xilafəti dövründə yaşayır və digər imamların (ə.s.) həyatında olduğu kimi bir çox təzyiqlərə məruz qalır. İmam Həsən Əskəri (ə.s.) İmam Zamanın (ə.f.) atası olduğuna görə xüsusən ciddi əsgər nəzarəti altında yaşayır, daima təqib olunurdu.

 

Abbasi xilafəti İmam Əliyyən Nəqiyə (ə.s.) və ailəsinə, aralarında oğlu İmam Həsən Əskəri (ə.s.) də olmaqla daha ciddi nəzarət altında saxlamaq üçün İraqın Samirra şəhərinə zorla gətirildi. İmam (ə.s.) ömrünün sonlarına kimi Samirra şəhərində nəzarət altında yaşadı.

 

Xəlifə Mötəmid, nəzarət altında olsa belə, İmam Həsən Əskərinin (ə.s.) nüfuzundan qorxaraq onu həbs edir. Təzyiqlər bəhrə verməyincə onu, hicri 260-ci ilin Rabiul-əvvəl ayının 8-də, 28 yaşında zəhərləyərək şəhid etdirir. İmam Həsən Əskərinin (ə.s.) mübarək qəbri Samirradakı evində, atası İmam Hadinin (ə.s.) qəbrinin yanında yerləşir.

 

Tarixdən və hədislərdən bizə məlumdur ki, Peyğəmbərimiz (salam olsun ona və ailəsinə) və İmamlarımız (salam olsun onlara) 12-ci İmam Məvud Həzrəti Məhdini (ə.f.) həmişə təbliğ etmişlər və müsəlmanlara Ona itaət etməyi buyurmuşlar. İmam Həsən Əskəri (ə.s.) İmam Zamanın (ə.s.) tanınması və qeyb dövründə bəzi çətinliklərin həlli yolunda xüsusən çoxlu fəaliyyət göstərmişdir. Belə ki, İmam Zamanın (ə.f.) qeybi dövrünə hazırlıq məqsədi ilə İmam Həsən Əskəri (ə.s.) öz tərəfdarları ilə, naiblər vasitəsilə əlaqə saxlayırdı. Sonradan həmin naiblərin bəziləri kiçik qeybət dövründə də İmam Zaman (ə.f.) ilə tərəfdarları arasında vasitəçilik edirdi. Bununla da İmam Həsən Əskəri (ə.s.) tərəfdarlarını kiçik qeybət dövründə vəzifələrinin nədən ibarət olduğunu öyrətmiş oldu. Həmçinin, böyük qeyb dövründə də müsəlmanların daha çox çətinlik çəkməmələri üçün öz şagirdlərini xüsusi tərbiyə edərək onları kitablar yazmağa təşviq edirdi. Belə ki, Şeyx Tusi Rical kitabında O Həzrətin yüzdən yuxarı dost və şagirdlərini qeyd etmişdir.  (Şeyx Tusi, "Rical", səh.397)

 

Paylaş

Populyar

İmam Məhdinin (ə.s.) həyatı

Atası İmam Həsən Əskəri (ə.s.)

Bəhailik (Babilik)

Qəzvinli Zərrintac Tahirə kimdir? (Bəhailiyin təbliğ metodikasına nümunə qadın)

Şübhələrə cavab

İmam Zamanın (ə.f.) bizə nə kimi faydası vardır?

Saxta Məhdilik nədir?

Həzrəti Məhdi (ə.f.) | doğulmayıb və doğulacaq şübhəsi

Saxta Məhdilik nədir?

Allahumə Aslih duası

Saxta peyğəmbərliyə cavablar

Həqiqi peyğəmbəri yalançı peyğəmbərlik iddiası edəndən necə seçək?

İmam Məhdinin (ə.s.) həyatı

Госпожа Нарджис Хатун (с.а)

Saxta Məhdilik nədir?

Niyə özünüzə Mehdi seçmirsiniz?

Saxta Məhdilik nədir?

İftitah, İmam Zaman (ə.f.)

Şübhələrə cavab

Əhli Sünnəyə görə itaəti vacib olan və ondan üz döndərməklə küfrə səbəb olacaq şəxs üçün zəmanəmizin imamı kimdir?