İmam Zaman (ə)-ın ömrünün uzun olması

 

Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı. (Ənkəbut surəsi, ayə 14)
 
İmam Sadiq (ə.s.) buyurub: “İnkar etməyin ki, Allah bu işin Sahibinin (ə.s.) ömrünü uzadacaq. Belə ki, Allah Həzrəti Nuhun ömrünü uzatmışdır. (Şeyx Tusi,“Əl-Ğeybə” səh.379, Azərbaycan dilində)
 
Bəzi fikir və əqidələrə əsasən İmam Zamanın (ə.s.) indiyinə qədər zühur etməməsini və nəticə etibarilə ömrünün həddindən artıq uzanmasını O Həzrətin (ə.f.) varlığının inkarına səbəb bilirlər. Halbuki, həm İslam mənbələrinə həm də tarixə nəzər salsaq uzun ömürlü olmağın mümkünlüyünü görərik. Qurani-Kərimə görə Həzrəti Nuh peyğəmbərin (ə.s.) ömrü ən azı 950 il sürmüşdür. Bundan başqa Həzrəti Adəm peyğəmbər (ə.s.) və başqa peyğəmbərlərin (ə.s.) uzun ömürlülüyü məşhurdur. Həmçinin, tarixdə sıravi şəxslərin də uzun ömürlü olması görülmüşdür.
 
İrad edənlərin əsas iddialarından biri bundan ibarətdir ki, dövrümüzdə belə adət, yəni uzun ömürlülük, baş verməmişdir. Lakin, ilahi mənbələrə istinad edərək məlum olur ki hal-hazırda Həzərti Xızırın (ə.s.) yaşaması, Həzərəti İsa peyğəmbərin (ə.s.) yaşaması, bu adətin (uzun ömürlülük) Qiyamətə kimi olmasına dəlildir. Bu məsələdə əsas şərt əcəldir. Yəni, Allah hər kəsə ömür təyin etmişdir və bu ixtiyar yalnız Onun əlindədir. İmam Zamanın (ə.s.) uzun ömürlü olmasına irad tutanlar, özlərinin belə xəbəri olamadan Allahın işinə qarışaraq Onun əvəzindən əcəl təyin etməyə cəhd göstərmiş olurlar.
 
“Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir əcəl (ölüm vaxtı) müəyyən edən Odur. (Allahın) yanında məlum bir əcəl də (bütün ölülərin diriləcəyi qiyamət günü) vardır. (Bütün bunlardan) sonra siz yenə də şübhə edirsiniz!” (Ənam surəsi, ayə 6)
 
“..... Onların əcəli gəlib çatdıqda (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçərlər”.  (Yunis surəsi, ayə 49)
 
Beləliklə Allah İmam Zamana (ə.f.) bir əcəl, yəni bir ömür təyin etmişdir, lakin Onun ömrü qurtarmamış və davam etməkdədir. Bu iş Allah üçün asandır.

 

Paylaş

Populyar

İmam Zamanı (ə.f.) dua et!

İlahi Əzuməl Bəla (Fərəc duası)

İmam Məhdinin (ə.s.) həyatı

Həzrəti Məhdinin (ə.s.) ləqəbləri

Yəmani və zühurun əlamətləri

Yəmani və zühurun əlamətləri

İmam Zamanın (ə) qeybə çəkilməsi

Peyğəmbərlərin qeybi

Şübhələrə cavab

Əhli sünnətin Həzrəti Məhdi (ə.f.) haqqında gətirdiyi iradlara cavab (1-8)

Saxta peyğəmbərliyə cavablar

Ən üstün Peyğəmbərdən sonra peyğəmbər gələ bilərmi?

Şübhələrə cavab

Əhli Sünnəyə görə itaəti vacib olan və ondan üz döndərməklə küfrə səbəb olacaq şəxs üçün zəmanəmizin imamı kimdir?

Həzrəti Məhdi (ə.f.) qarşısındakı vəzifələrimiz

İmam Zamanı (ə.f.) dua etmək

Bəhailik (Babilik)

Qəzvinli Zərrintac Tahirə kimdir? (Bəhailiyin təbliğ metodikasına nümunə qadın)

İmam Məhdinin (ə.s.) həyatı

Atası İmam Həsən Əskəri (ə.s.)