Saxta Məhdilik-Cəfər ibn Əli

11-ci İmam Həzrəti Həsən Əskəri (ə.s.) vəfat etdikdən sonra məlumdur ki, 12-ci İmam Həzərəti Məhdinin (ə.f.) imaməti başlayır. Saxta Məhdilik də, elə o zamandan yayılmağa başladı. İmam Zamanın (ə.f.) imamətindən sonra ilk imamət iddiasında olan, elə O Həzrətin (ə.f.) əmisi Cəfər ibn Əli olur. Belə ki, Cəfər ibni Əli İmam Həsən Əskərinin (ə.s.) dəfn edilməsi və ona cənazə namazı qılmağa cəhd etməklə bu iddiasını bildirmişdir. Çünki İmamın cənazə namazını mütləq ondan sonrakı İmam qılmalı idi və bu işlərin yerinə yetirilməsi həmin şəxsin imamətinə dəlil hesab edilirdi. O an, İmam Zaman (ə.f.) əmisinə - bu işi mən icra edəcəm, deyərək bildirmişdir. Bununla da həqiqi İmamın kim olmasını göstərmişdir.
 
Cəfər ibni Əliyə inananlar Fəthiyyə firqəsindən idilər. Onlar İmam Sadiqdən (ə.s.) sonra Abdullah ibn Cəfərin imamətinə inanmışlar. Ancaq ondan sonra yenə növbəti həqiqi İmam Həzrəti Museyi Kazimın (ə.s.) imamətini qəbul etdilər. Bu ardıcıllıqla İmam Həsən Əskəriyə (ə.s.) qədər olan imamları qəbul etmişdilər. Lakin, İmam Həsən Əskəridən (ə.s.) sonra İmam olaraq Cəfər ibni Əlini qəbul etmişdilər.
 
Rəvayət olunur ki, İmam Hadi (ə) üçün Cəfər doğulduqda onu təbrik etməyə başladılar. Lakin gördülər ki, sevincli deyil. Ondan bu barədə soruşduqda, buyurdu: “Onun məsələsini yüngül hesab et. Tezliklə çox sayda adamı azdıracaq.” (Şeyx Tusi “Əl Ğeybə”, səh.199, Azərbaycan dilində)
 
Eyni zamanda bəllidir ki, imam gərək məsum olsun. Cəfər ibni Əli isə məsum deyildir. Hətta Səid ibn Abdullahın dediyinə görə onun məst olduğunu görənlər də olmuşdur.  (Şeyx Tusi “Əl Ğeybə”, səh.200, Azərbaycan dilində)
 
Göründüyü kimi elə ilk çağlardan 12-ci İmamın yerinə saxta iddiaçı olmuşdur. Lakin az müddətdən sonra saxta olduğu bilinmiş və bu iddiaların həqiqətə uyğun olmadığı sübut olunmuşdur.
Paylaş

Populyar

İmam Zamanı (ə.f.) dua et!

İlahi Əzuməl Bəla (Fərəc duası)

İmam Məhdinin (ə.s.) həyatı

Həzrəti Məhdinin (ə.s.) ləqəbləri

Yəmani və zühurun əlamətləri

Yəmani və zühurun əlamətləri

İmam Zamanın (ə) qeybə çəkilməsi

Peyğəmbərlərin qeybi

Şübhələrə cavab

Əhli sünnətin Həzrəti Məhdi (ə.f.) haqqında gətirdiyi iradlara cavab (1-8)

Saxta peyğəmbərliyə cavablar

Ən üstün Peyğəmbərdən sonra peyğəmbər gələ bilərmi?

Şübhələrə cavab

Əhli Sünnəyə görə itaəti vacib olan və ondan üz döndərməklə küfrə səbəb olacaq şəxs üçün zəmanəmizin imamı kimdir?

Bəhailik (Babilik)

Qəzvinli Zərrintac Tahirə kimdir? (Bəhailiyin təbliğ metodikasına nümunə qadın)

Həzrəti Məhdi (ə.f.) qarşısındakı vəzifələrimiz

İmam Zamanı (ə.f.) dua etmək

İmam Məhdinin (ə.s.) həyatı

Atası İmam Həsən Əskəri (ə.s.)