Qadiyanilik

 
Qadiyanilik 23 Mart 1889-cu ildə Mirzə Qulam Əhməd Qadiyani tərəfindən qurulmuşdur. Qadiyanilik Hindistanda yaranmış bir məzhəb və ya müstəqil bir cərəyandır. Qadiyaniliyin əsas iddiası İslamı ilk gündə ki kimi formasını tətbiq və təbliğ etməkdir. Bu cərəyanın əsas ardıcılları təxminən 2 milyona yaxını Pakistanda yaşayırlar. Bundan başqa Hindistan, Afrika, ABŞ və Böyük Britaniyada da geniş yayılmışdır. Ümumiyyətlə Qadiyaniliyin əsas tərəfdarları, əsasən Hindistanda, Avropada və Amerikada müsəlman olmayan cahil insanlar və bəhailikdən dönənlərdən ibarətdir. Bundan başqa qadiyanilər digər ölkələrdə də missionerlik fəaliyyəti ilə məşğuldurlar.
 
Tarixdən məlumdur ki, bu kimi cərəyanların yaradılması və təbliği əsasən Qərb və Avropa ölkələrinin marağında olub və onlara müəyyən məqsədlər üçün müxtəlif şərait və imkanlar yaradırlar. Ailəsinin ingilis hakimiyyətinə xidmət etmiş olması, özünün də həyatının sonunadək onlara sadiqlik nümayiş etdirməsi buna sübutdur. 1899-cu ildə yazdığı “Tuhfeyi Qayzeriyyə” və “Sitareyi Qayzeriyyə” kitbalrında əsasən ingilislərin idarəçiliyini və kraliçanı mədh edir və onlara dua edirdi. Həmçinin qadiyanilərin Avropanın mərkəzində, xüsusilə Londonda, Berlində, Sürixdə böyük ibadət yerləri mövcüddur.  Bu da Avropalıların Qadiyaniliyə hər hansı məqsədlər üçün nə qədər əhəmiyyət verdiyini göstərir. Qadiyanilər hər nə qədər İslam dinini qəbul etdiklərini və özlərini İslama yaxın olduqlarını bildirməyə çalışsalar da, müsəlmanlar onları İslam dinindən xaric bir cərəyan kimi hesab edirlər.
 
Qadiyaniliyin İslam dininə zidd olan əsas prinsipləri;
 
İsa Peyğəmbərin Kəşmirdə öldüyünə inanırlar. (Qurana görə Həzrəti İsa peyğəmbər ölməmişdir. (Nisa surəsi, ayə 157-158)
 
İsa Məsihin və Məhdinin bir şəxs olduğuna inanırlar. (İslam dininə görə Həzrəti İsa Məryəmin oğlu və peyğəmbərdir, Həzrəti Məhdi (ə.f.) isə Həzrəti Muhəmmədin (s)-ın nəvəsi, 12 imamdan 12-cisi, 11-ci İmam Həsən Əskərinin (ə) oğludur)
 
Peyğəmbərlik iddiası.  (Əhazab surəsi 40, Həzrəti Muhəmməd (s) peyğəmbər son peyğəmbərdir)
 
Düşmənləri dost tutmaq. (Ali İmran surəsi 28, "kafirləri dost tutmayın")
 
Kafirlər əbədi əzab çəkməzlər. (Bəyyinə surəsi 6, "kafirlər cəhənnəmdə əbədi qalacaqlar")

 

Paylaş

Populyar

İmam Zamanı (ə.f.) dua et!

İlahi Əzuməl Bəla (Fərəc duası)

Bəhailik (Babilik)

Qəzvinli Zərrintac Tahirə kimdir? (Bəhailiyin təbliğ metodikasına nümunə qadın)

İmam Məhdinin (ə.s.) həyatı

Atası İmam Həsən Əskəri (ə.s.)

Şübhələrə cavab

Əhli Sünnəyə görə itaəti vacib olan və ondan üz döndərməklə küfrə səbəb olacaq şəxs üçün zəmanəmizin imamı kimdir?

Şübhələrə cavab

İmam Zamanın (ə.f.) bizə nə kimi faydası vardır?

İmam Məhdinin (ə.s.) həyatı

Госпожа Нарджис Хатун (с.а)

Şübhələrə cavab

Niyə namaz qılmırıq?

Saxta peyğəmbərliyə cavablar

Həqiqi peyğəmbəri yalançı peyğəmbərlik iddiası edəndən necə seçək?

Şübhələrə cavab

Həzrəti Məhdini (ə.f.) inkar edən kafirdir

Saxta peyğəmbərliyə cavablar

Ən üstün Peyğəmbərdən sonra peyğəmbər gələ bilərmi?