İntizar (İmam Zamanı (ə.f.) gözləmək)

 

İntizar-gələcəkdə baş verəcək bir şeyə hazır olub gözləməkdir. Dini terminologiyada isə intizar kəlməsi axır zamanda “xilaskarın” gəlişinə, dünyanı zülm və ədalətsizlikdən qurtaracağı mənasına gəlir. Bu elə bir fitri hissdir ki, əqidəsindən asılı olmayaraq hər bir kəsin daxilində var. Müxtəlif etiqadlarda intizara fərqli baxışlar olsa da, ortaq nəzər budur ki, bir şəxs gəlməli, bütün dünyaya hökm və ədaləti bərqərar etməlidir. Bu təkcə fitri hiss məsələsi deyildir. Əql də bunu təsdiq edir ki, dünya yarandığı gündən bəri heç vaxt haqq və ədalət tam bərpa olunmayıb. Axı nə vaxtsa bu baş verməlidir, bu zülmlərin sonu çatmalıdır!

Rəsuli – Əkrəm (s.ə.a.s.) buyurur: “Yer üzü zülm və düşmənçiliklə dolacaqdır və həqiqətən bizim Əhli – Beytdən (ə) olan kişi qiyam edəcəkdir ki, yer üzünü ədalətlə doldursun. Necə ki, düşmənçilik və zülmlə dolmuşdur.”

İntizar – fərdlərin və cəmiyyətin əxlaqi, psixoloji və digər yönlərdə inkşafına müsbət təsir göstərir. Bu əqidədə olan şəxs ictimai məsuliyyətini dərk edib həm dünya həm də axirət işlərində səriştəli olur. İnsan gördüyü işlərin və çəkdiyi əziyyətlərin hədər olmayacağını dərk edən zaman fəaliyyətində süstlüyə yol vermir.

Həzrəti Rəsulallah (s.ə.a.s.) buyurur: “Mənim ümmətimin ən üstün işi, fərəcin intizarda olmaq və Allahdan onun baş verməsini istəməkdir”. ( Biharul-ənvar, c.. 52, səh 122, hədis 2)

Qeyd : Biz, hər gün İmam Zamanın (ə.f.), bu gün zühur edəcəyinə inanmalı və bunu nəzərə alaraq intizarında olmalıyıq. Həqiqət budur ki, İmam Zaman (ə.f.) hər an zühur edə bilər. Əgər İmam Zaman (ə.f.) bu gün zühur edərsə-inşəallah etsin-bizim vəzifəmiz nə olar? Onun çağrışına cavab verərək,  görüşünə getmək üçün yola düşməyə hər cəhətdən hazır olmaq-həqiqi intizar budur.

Paylaş

Populyar

İmam Zamanı (ə.f.) dua et!

İlahi Əzuməl Bəla (Fərəc duası)

Yəmani və zühurun əlamətləri

Yəmani və zühurun əlamətləri

Saxta peyğəmbərliyə cavablar

Ən üstün Peyğəmbərdən sonra peyğəmbər gələ bilərmi?

Bəhailik (Babilik)

Qəzvinli Zərrintac Tahirə kimdir? (Bəhailiyin təbliğ metodikasına nümunə qadın)

Şübhələrə cavab

Əhli sünnətin Həzrəti Məhdi (ə.f.) haqqında gətirdiyi iradlara cavab (1-8)

Şübhələrə cavab

Əhli Sünnəyə görə itaəti vacib olan və ondan üz döndərməklə küfrə səbəb olacaq şəxs üçün zəmanəmizin imamı kimdir?

İmam Zamanın (ə) qeybə çəkilməsi

Peyğəmbərlərin qeybi

İmam Məhdinin (ə.s.) həyatı

Atası İmam Həsən Əskəri (ə.s.)

Şübhələrə cavab

İmam Zamanın (ə.f.) bizə nə kimi faydası vardır?

Şübhələrə cavab

Həzrəti Məhdini (ə.f.) inkar edən kafirdir