Şeyxiyyə firqəsi

 

Şeyx Əhməd Əhsai (hicri 1166 (1157)-1241/2) (miladi 1753 (1744)-1826)

Şeyx Əhməd Əhsai  Fars körfəzinin qərbində, Ərəbistan yarımadasının Qətif şəhərində yerləşən Əhsa məntəqəsində dünyaya gəlmişdir.18-ci əsrin sonlarında Şeyx Əhməd Əhsai təhsil almaq məqsədilə İraqa getmiş və orada ətrafına müridlər toplamağa başlamışdı. Daha sonra özlərinə  Şeyxiyyə adını verərək yeni firqə yaratmış oldular.

Şeyxin zamanında İran xalqı, İran və Rus Çar hökuməti arasındakı qanlı müharibənin nəticələri səbəbiylə sosial gərginliyə və ruh düşgünlüyünə məruz qalmışdılar. Belə bir vəziyyətdə xalqın İmam Zamana ehtiyac hissi daha da artmışdı və Onun zuhurunun yaxınlaşmağını istəyirdilər. Şeyx Əhməd Əhsai xalqın bu vəziyyətindən istifadə edərək tez-tez İmam Zamandan bəhs edər və özünü İmamın yaxını və O Həzrətlə əlaqə qura bilən bir şəxs olduğunu iddia edirdi.

Şeyxin əsl iddiasi nədən ibarətdir?

İmam Zamanla insanlar arasında ilahi və müqəddəs şəxslərin vasitəçi olması lazımdır. Bununla da İmamla insanlar arasında feyz vasitəsi, yəni mənəvi əlaqə qurulmalıdır. Şeyx bu vasitəçi şəxslərə قرای ظاهره  (qura-i zahirə) adını verdi. Şeyx bu şəxsləri uca və xüsusi məqamlara malik şəxsiyyətlər kimi tanıdırdı. Məsələn: Onlar hər elmə sahibdirlər, məsum İmamların görüşlərindən xəbardar olduqlarını bilirlər və s.

Bunun sübutu üçün də Səba surəsi, ayə 18-i dəlil gətirirdi: ”Onların yurdu ilə bərəkət verdiyimiz məmləkətlər arasında bir-birinə bitişik qəsəbələr inşa etmiş, orada gediş-gəliş yaratmışdıq. Gecələri-gündüzləri orada arxayın gəzib-dolanın!”

Şeyx Əhsainin fikrinə görə bu ayədə ki, “qəsəbələr”dən məna İmam Zamanla insanlar arasında olan vasitəçilərdir.

İmam Sadiq (ə) isə bu ayənin mənasında belə buyurur: ”Bərəkətli şəhərlərdən məqsəd İmamlardır. Qəsəbələrdən (kiçik şəhərlər) məqsəd isə alimlərdir.”

İmam Sadiq (ə)-ın bu ayəyə verdiyi məna ilə Şeyx Əhasinin bu ayəyə verdiyi məna arasındakı fərq ondan ibarətdir ki, İmama görə “qəsəbələrdən” məqsəd olan alimlər ümumi mənadadır.  Şeyx Əhsaiyə görə isə “qəsəblərdən” məqsəd olan vasitəçilər xüsusi və seçilmiş ilahi şəxslərdir.

Şeyx bunları deyərkən açıq-aşkar hiss etdirmədən özünün də bu məqama sahib olduğunu göstərirdi. Beləcə bəzi insanları ətrafına toplamaqdaydı. Bununla da Şeyx özünə xüsusi naiblik qapısını açmış oldu.

Ancaq şiə əqidəsinə görə kiçik qeybət dövrü-yəni xüsusi naiblik dövrü hicri 329-cu ildə sona çatmışdır. Şeyx Əhməd Əhsai isə İmam Zamanın dörd xüsusi naibini və kiçik qeybət dövrünə inandığını demiş olsa da, ancaq şüur altında həm özünü, həm də digər “qura-i zahirə”nin məqamlarını ucaldaraq onlara xüsus naiblik vəziflərinə malik olduğuna inanırdı.

Şeyx Əhməd Əhsai hər elmdən bir az bilirdi ki, bundan da istifadə edib müridlərini aldadırdı. O, öz sözlərinə Qurani-Kərimdən, məsum İmamların hədislərindən, şair və filosofların dediklərindən bir az qatırdı. Eləcə də Cəfr, Kimya və s. elmlərdən danışaraq bu elmlərin ilahi sirr olduğunu iddia edirdi.

Şeyx hər sualı cavabsız qoymazdı. Əlbətdə ki, hər şeyi bildiyinə görə yox, sadəcə müridləri, yanından cavabsız getməsin və ona qarşı şübhə içində olmasınlar deyə bir şey tapıb deyirdi. Ona görə də, Şeyxin sözlərinin içindən gülünc söhbətlərə tez-tez rast gəlinirdi. Onun yazıları bunu göstərir ki, Şeyx öz dediklərinin mənasını da bilmirdi. Sadəcə sadəlövh və saf müridlər onu bu yola çəkirdilər.

Şeyx Əhsai, Cəvamiul Kəlim kitabında Ərşiyyəh risaləsində yer kürrəsinin xaricində bir aləmdən bəhs etmişdir. Bu aləmin adı “Huru Qəlya”dır. Bu aləmdə iki şəhər varmış. Onların biri Cabulqa, digəri isə Cabulsadır. Bu aləmdə dörd çay var. Bu çay böyük bir hovuza tökülür və mələklər bu hovuzun suyundan faydalanırlar.  Şeyxin dediyinə görə bu çayların hovuza tökülməsinin səsini eşitmək üçün iki barmaqla qulağımızı örtməliyik! O halda qulağınızda zəif bir səs eşidilir. Elə o səs hovuza tökülən çayların səsidir! Bu iki şəhər əhalisi müxtəllif dillərdə danışırlar. Onların səsini eşitmək üçün gecənin qaranlığında səssiz bir yerdə diqqətlə qulaq versəniz bir vızıltı səsini eşidəcəksiniz. (Bu yazıdan məlumdur ki, Şeyx Əhsainin bu dediklləri özünə və müridlərinə qeyri-adi, ilahi bir kəlam kimi görünsə də, əslində çox sadə və məntiqsiz bir deyimdir. Çünki bu yazıda deyir ki, çayın səsini eşitmək üçün qulağını bağlamalısan-məlumdur ki, bir səsi eşitmək üçün qulağı bağlamaq yox, açmaq lazımdır. Və ya qulağınızı bağlasanız istər istəməz bir şeylər eşidərsiniz, bu beyinin və ya daxili orqanlarının hərəkətinin səsi ola bilər)

Bunun kimi boş sözlər Şeyxin kitablarında tez-tez rast gəlmək olar. Bunlar şeyx və müridlərinin elimsiz olduğunu göstəririr.

Şeyx Əhməd Əhsai ömrünün son aylarında İrana səfər etdi. Bu səfər ərəfəsində Qəzvin şəhərində böyük alim Molla Muhəmməd Qəzvini ilə rastlaşaraq onunla bir bəhsi oldu. Bu bəhsin nəticəsində Qəzvini, Şeyxin inanclarının küfür olduğuna dair fatva verdi. Bu hadisədən sonra Şeyx İrandan qovuldu və İraqa qayıtdı. Daha sonra Mədinə şəhərinə getdi və orada da öldü.

 

Kazim Rəşti (hicri 1205- 1259) (miladi 1790 -1843)

Şeyx Əhməd Əhsai Ərəbistan səfəri ərəfəsində müridlərindən ən zəkalısı Kazim Rəştini yerinə təyin etdi və şeyxilərin rəhbərliyini ona həvalə etdi. Şeyxin ölümündən sonra müridlər Kazim Rəştinin rəisliyini qəbul edərək hamısı onun tərəfdarları oldular.

Kazim Rəşti də ustadı Şeyx Əhsai kimi müxtəlif elmlərdən az-çox məlumatı var idi. O da Şeyx kimi hər elmdən bəhs edərdi və hər suala aid və ya aid olmayan cavablar verərdi. Məsələn yazdığı “Məcmuətul Risal” kitabında Molla Məhdi risaləsində belə demişdir: “Bizim dünyada Vağ-Vağ adında əcaib bir ada vardır. O adanın ağacları eynən qadınlar kimi hamilə olurlar və həmişə qız doğurlar! Bu qızlar analarından ayrılmazlar, əgər ayrılsalar ölərlər....!”

Eyni kitabda Heyət risalısində belə yazır: “Yer kürrəsinin soyuqluğu və rutubətin səbəbi aydır!” Bunun sübutu: “Qərb ölkələrində şüşə qab düzəltmişdilər, onu ay işığının qabağına qoyanda, şüşə qab dərhal su ilə dolmuş olur!!!

Kazim Rəşti “Qurai Zahirə” mövzusuna çox əhəmiyyət verirdi və müridlərə “gedin qaib olan İmamın babını (qapısını) tapın”.

Kazim Rəştiyə görə dinin təməli dörd rüknə dayanır:

1-Tovhid

2-Nübuvvət

3-İmamət

4- Baba inanmaq (İmamla camaat arasında vasitəçənin mütləq olmasına inanmaq)

Kazim Rəşti, dinin ilk üç rüknünün tanınmasının şərtini dördüncü rükn olan Bab-a inanmağın tanınmasına bağlı olduğunu deyərdi. Kazim Rəştiyə görə bir müsəlmanın imanı, rüknü rabiyəni (dördüncü rüknü) tanımadan kamil deyildir!

Kazim Rəşti şeyxi müridlərinin zehnində bu fikirləri yaradaraq əslində özünün və Şeyx Əhsainin rüknü rabi olduğunu biruzə verməyə çalışmasıdır.

Ancaq bununla belə həm Kazim Rəşti və həm Şeyx Əhsai bu batil fikirləri təbliğ etməsinə baxmayaraq İslam Peyğəmbərinin son peyğəmbər və İmam Məhdinin 12-ci imam olduğuna eynən şiələr kimi inanırdılar.

Kazim Rəşti ömrünün sonunda öz yerinə heç bir şəxsi təyin etmədi və şeyxiləri rəhbərsiz qoydu.

 

Paylaş

Populyar

İmam Zamanı (ə.f.) dua et!

İlahi Əzuməl Bəla (Fərəc duası)

Bəhailik (Babilik)

Qəzvinli Zərrintac Tahirə kimdir? (Bəhailiyin təbliğ metodikasına nümunə qadın)

İmam Məhdinin (ə.s.) həyatı

Atası İmam Həsən Əskəri (ə.s.)

Şübhələrə cavab

Əhli Sünnəyə görə itaəti vacib olan və ondan üz döndərməklə küfrə səbəb olacaq şəxs üçün zəmanəmizin imamı kimdir?

Şübhələrə cavab

İmam Zamanın (ə.f.) bizə nə kimi faydası vardır?

İmam Məhdinin (ə.s.) həyatı

Госпожа Нарджис Хатун (с.а)

Şübhələrə cavab

Niyə namaz qılmırıq?

Şübhələrə cavab

Həzrəti Məhdini (ə.f.) inkar edən kafirdir

Saxta peyğəmbərliyə cavablar

Həqiqi peyğəmbəri yalançı peyğəmbərlik iddiası edəndən necə seçək?

Saxta peyğəmbərliyə cavablar

Ən üstün Peyğəmbərdən sonra peyğəmbər gələ bilərmi?