Mirzə Əli Məhəmməd Şirazi (Bab)

Mirzə Əli Məhəmməd Şirazi 20 Oktyabr 1819-cu ildə İranın Şiraz şəhərində doğulmuşdur. Atası Mirzə Rıza Bəzzaz bazarda parça satan bir satıcıdır, anası isə Fatimə Bequmdur. Atası öldükdən sonra onu internat məktəbinə göndərdilər. Onun müəllimi, Şeyxiyyənin tələbələrindən idi və özü də uşaqlığdan etibarən bu inancın təsiri altında böyümüşdü. Bunun nəticəsində Mirzə Əli Məhəmməd Şirazi, Seyyid Kazim Rəştini görmək və dərslərində iştirak etmək üçün İraqa getdi və orada bir neçə ay  qaldı.

Bəhailər, Mirzə Əli Məhəmməd Şirazini İslam Peyğəmbərinə bənzədərək onun ümmi olduğunu və elminin ilahi olduğunu iddia etməkdədirlər. Halbuki Bəhailərin öz kitablarında Mirzə Əlinin uşaq ikən dərs oxuduğu qeyd olunmuşdur.

Fazili Mazəndərani (Bəhailiyin başlanğıc illərində böyük bəhailərdən idi) “Zuhurul Haqq” tarix kitabında 3-cü bölüm, səhifə 200-də belə deyir: “Onun şərif adı Mirzə Əli Məhəmməd Şirazi, Seyyid Kazim Rəştinin ölümündən bir neçə il əvvəl Kərbəlaya gəldi və ara-sıra Kazim Rəştinin dərslərində iştirak edirdi və yaşı iyirmidən çox deyildi və suyuti səviyyəsinə qədər oxuyub”.  

Nəticədə ümmi deyildi və dərslərini qabağına çıxan adi insanlardan almışdır ki, bu cəhətə görə o peyğəmbər ola bilməz. Seyyid Kazim Rəşti öldükdən sonra öz yerinə heç kəsi təyin etmədiyi üçün şeyxilər arasında rəislik davası düşdü. Bəzi şeyxilər Hacı Məhəmməd Kərim Kermaniyə və digərləri Mirzə Tahir Həqqaq İsfahaniyə və başqa qrup Mirzə Şəfi Təbriziyə tabe oldular. Bu arada Mirzə Əli Məhəmməd Şirazi də “bab” adı ilə özünü şeyxilərin rəisi elan edərək Kərimxan Kermani və digər namizədlərlə rəqabətə başladı. Kazim Rəştinin ölümündən bir neçə ay keçməmiş Əli Məhəmməd Şirazi Molla Hüseyin Boşruyini Şirazda gördu. Mirzə Əli Məhəmməd Şirazi Molla Hüseyn Boşruyiyə babilik iddiasında olduğunu bildirdi. Molla Boşruyi isə “sən nə səbəbə özünü bab elan edirsən, dəlilin nədir?” deyə soruşdu. Mirzə Əli Məhəmməd Şirazi ona Yusif surəsinin təfsirinə bir neçə sətir yazdı və Molla Boşruiyə göstərdi. (Babın bu yazısı daha sonra tamamlanaraq Qəyyumul Əsma kitabı oldu). O da Əli Məhəmməd Şiraziyə iman etdi. Bu hadisə hicri 1260-cı ildə (milad 1844) baş verdi və o gecəyə Besət adını verdilər.

Babın iddialarını təhlil etmək üçün Rəhiqe Məxtum kitabı cild 1, səh.22 də olan bir əlyazma: “Tanrı təqdir etmişdir ki, bu Yusif surəsinin təfsiri kitabı Höccət ibnil Həsən, ibni Həsən Əskəri, ibni Əliyyən Nəqi........ibni Hüseyn ibn Əli ibni Əbu Talib tərəfindən bütün dünyaya bir höccət olaraq öz quluna (bab) verilsin.”

Mirzə Əli Məhəmməd Şirazın bablıq iddiası başqa mənbədə: “Səsini ucaldaraq babilik məqamını izhar etdi və babilik kəlməsindən məqsəd budur ki, mən uca bir şəxs tərəfindən feyiz vasitəsiyəm. O şəxs hələ izzət pərdəsinin arxasında qeybdədir və hədsiz fəzilətlər və kamalat sahibidir. Onun iradəsiylə hərəkət edirəm və onun sevgisinə bağlanmışam.” (Məqaleyi şəxsi səyyah səh.3-4, Əbdülbaha)

Yuxardakı sənədlərdən bu nəticə əldə edilir ki, bab iddialarının başlanğıcında özünü İmam Məhdinin (ə.f.) naibi bilirdi. Və yazdığları kitabın təfsirini İmam Məhdinin təşəbbüsü ilə olduğunu iddia etməkdədir. Halbuki bəhailər, onu İmam bilirlər.

Hicri 1261-ci ildə (1845) Bab, müridlərindən birini Şirazın ən böyük məscidlərindən biri olan Vəkil məscidində azan oxumaqla vəzifələndirdi və azana da bir cümlə əlavə etdi: “Əşhədu ənnə Əliyyən qəblə Nəbil Babe Bəqiyətullah”-Şəhadət verirəm Bəqiyyətullahın babı Nəbildən əvvəl Əliyə. (Burada nəbil Babın özüdür)  Bu azandan sonra Şirazda ara qarışdı və camaat etiraz etdilər. Şiraz valisi, Mirzə Əli Məhəmmədi yanına çağıraraq ifadəsini aldı və o da azanın öz tərəfindən oxutdurduğunu ifadə edincə valilik məmurlarından biri onun üzünə şiddətli bir şillə vurdu. O da həmin vaxt iddialarından dönərək, “Mən İmam Zaman ilə camaat arasında bab, naib deyiləm və onunla heç bir əlaqəm yoxdur” dedi. (Nəbil tarixi farsca səh.138, türkcə səh.26)

Daha sonra Bab (Mirzə Əli Məhəmməd Şirazi), Şirazın Vəkil məscidinin qabağında etiraflarını etməyə başladıqda, məsciddə olan camaatın hüzurunda: “Məni Qaib İmamın vəkili, babı bilənə Allahın lənəti olsun” dedi. (Nəbil tarixi kitabı səh.141, türkcə səh.26). Bu etirafı Şiraz məscidində edən Mirzə Əli Məhəmməd, tutulduqdan sonra heç bir müqavimət göstərməyərək, öz müridlərini də lənətləmişdir.

Hicri 1262-cı ildə (1846) Şirazda vəba xəstəliyi yayılmışdır. Bab və müridləri buna görə İsfahana qaçdılar. Babın İsfahana qaçması ərəfəsində bəzi hadisələr baş verdi. İsfahan valisi gürcü Manuçerhan (İran-Çar Rusiya müharibələrində rus əsirlərindəndir, çox bacarıqlı və ağıllı olduğundan Vali oldu), Babı öz himayəsinə götürdü. Bu himayə nəticəsində Mirzə Əli Məhəmmədin yenidən rəis olmaq hisləri qabardı. Bab yenidən babilik səsini ucaltdı. Bu xəbərlər İsfahanda yavaş-yavaş yayılmağa başlandı. Bunun nəticəsində də İsfahan camaatı babın sürgün edilməsini istədilər. Bu xəbərlər tezliklə Tehrana çatdı. İran Şahı, Valiyə Babın Tehrana göndərilməsini əmr etdi. Ancaq Vali, əvvəl Babı bir neçə əsgərlə Tehrana getməsinə qərar verdi. Lakin sonra gizli bir planla Babı Tehrana yox İsfahandakı Xurşid məntəqəsinə göndərdi! Valinin məqsədi, Babı himayə etmək və onu qorumaq idi. Bab nəticədə Tehrana getmədi.( Nəbil tarixi farsca səh.200)

Mirzə Əli Məhəmmədə o məntəqədə yaxşı qulluq olunurdu. Hətta Vali ona ikinci həyat yoldaşı olaraq bir qadın verdi. Daha sonralar babın ölümündə sonra müridlər onunla əxlaqsız əlaqlər qurdular. Bu əlaqələr nəticəsində bəhailər ona “ümmulfəvahiş” ləqəbini verdilər (Bədii kitabı səh.379, Bəhaullah).

Niyə Xurşid sarayında Baba xüsusi diqqət edirdilər. Manuçerhanın məqsədi nə idi? Şövqü Əfəndi, Manuçerhanın Baba 40 milyon frank verəcəyini vəd etdiyini yazır..... (Qərni Bədii  kitabında c.1 səh. 114-də)

Buradan məlumdur ki, Manuçerhan Çar Rusyiyasının adamıdır və onun Baba təklif etdiyi bu köməklər əslində Rus dövlətinin İranda babilərin gücləndirilməsiylə üsyan qaldırmaq planından başqa bir şey deyildi. Babın Xurşid sarayına getməsindən qısa vaxt keçdikdən sonra İsfahan valisi Manuçerhan öldü. Yeni Vali, Babın Xurşid sarayında olduğunu Tehrana bildirdi və Şaha hesabat göndərdi. Şah Mirzə Əli Məhəmmədin dərhal Tehrana gətirilməsini əmr etdi. Heyət Tehrana yola çıxdıqda, babın, ikinci bir əmrlə Maku şəhərinə aparılması qərarlaşdırıldı. Bu əmrə görə Bab Maku qalasında həbs edildi.

Bab 1 il Maku şəhər həbsxanasında qaldı. Bu müddət ərzində babilər də onun ziyarətinə gəlirdilər. Bab, onu görməyə gələnlərə: “Gedin insanlara İmam Zamanın babı həbsxanadadır deyin və xalqa təbliğ edin....” kimi sözlərlə camaatı təhrik etməyə çalışırdı. 

Hicri 1264-cü ildə (1848), Bab (Mirzə Əli Məhəmməd) Çehrek həbsxanasına sürgün edildi. Bab Çehrek həbsxanasında qalarkən, bəzi babilər Mirzə Hüseyin Əli Nuri və Tahirə Qəzvinin rəhbərliyi ilə Babın məqamı və öz vəzifələrinin Bab qarşısında nə olacağı haqqında, Şəhrud şəhərinin yaxınlığında olan Bədəşt ovalığında tolpandılar. Babilərin toplaşmaq niyyəti, gələcəklərini görmək idi. Halbuki bu məclisi quran Mirzə Hüseyn Əli Nuri və Tahirə Qəzvini (Qurrətul Eyn) öz mənfur planlarını həyata keçirtmək üçün babiləri toplamışdılar. Burada Bəhaullahın əsas məqsədi İslam dinin vaxtını bitdiyini bildirmək və yeni şəriət gətirmək idi.

Bədəşt hadisəsi Şahın sarayına çatınca, oğlu Nəsrəddin Mirzə, Babın Təbrizə göndərilməsini əmr etdi. Bab həbsxanadan çıxıb Təbrizə köçürülməsinin ilk günlərində yanına gələn müridlərinə dedi: “Mən gözlənilən vəd olunan İslamın Qaimiyəm” (Nəbil Tarixi farsca səh.317). Bu da onu göstərir ki, Babın Bədəşt hadisəsindən xəbəri yox idi.

Təbrizdə, saraydakı alimlər, Babın söylədiklərini imtahan etdilər. Bir az qarşılıqlı söhbətdə Bab çox ağılsız şeylər dedi. Alimlər onun ruhi xəstə olduğunu başa düşdülər. Şahın sarayında məmurlar, Mirzə Əli Məhəmmədi öz iddiasında nə qədər dözümlü olduğunu yoxlamaq üçün sorğu otağına apardılar. Bab çox keçmədən 11 şallaqdan sonra fəryad edib yalvararaq üzr istəməyə başladı və iddiasından döndü. Sarayda Nəsrəddin Mirzəyə bir tövbənamə yazaraq özünün hər hansı bir iddiada olduğunu yalanlayaraq keçmişlərindən tövbə etdi. Bu tövbənamə Babın əlyazısı şəklində Kəşful-Ğita kitabı səh.204-205 də vardır (Bu kitabı məşhur bəhailərdən Gülpayqani, Əbdül Bəhanın əmriylə yazdı və ölümündən sonra Mirzə Mehdi Gülpayqani onu tamamladı). Tövbənamədən bir hissə:

“Şahzadəm! əgər keçmiş yazılarımda Tanrının razılığına qarşı bəzi ifadələrim olubsa, niyyətim üsyan deyilmiş. Mən Allahın tövbəkar quluyam. Bu qul, cahildir! Bunun üçün heç bir iddiam yoxdur. Dilimdən çıxmış olan bəzi kəlmələr, heç bir iddia daşımamaqdadır. Əstəğfrullahə Rabbi və Ətubu iləyh. Hər kəs Həzrət Höccət (ə)-ın xüsusi naibliyini iddia edirsə  onun bu iddiasının batil olduğuna dəlildir!”

Bab, tövbənaməsinin son hissələrində, “mənim ya da bir başqasının Həzrət Höccət (ə)-ın naibliyi iddiası, iddianın batil olduğuna dəlildir” deyə yazır və “bu qulun heç bir iddiası yoxdur”.

Daha sonra Şahın ölümündən istifadə edən babilər üç qanlı üsyana səbəb oldular. İlk üsyan Xəzər dənizi sahillərində Şeyx Təbərsinin məzarı yaxınlığında hicri 1265-ci ildə (1849) babilər, Molla Hüseyin Boşruyinin rəhbərliyi ilə baş tutdu və onun ölümü ilə sona çatdı. İkinci üsyan Yəhya Darabinin rəhbərliyi ilə Nəhrizdə hicri 1266-cı ildə (1850) baş verdi. Bu üsyan da Yəhya Darabinin ölümü ilə nəticələndi. Üçüncü üsyan, Zəncanda Molla Məhəmməd Əli Zəncaninin rəhbərliyi altında hicri 1267-ci ildə (1851)  baş verdi və Mollanın ölümü ilə sona çatdı. Bu üç üsyan ağır can və mal itkisinə səbəb oldu. Bu qanlı hadisələr Babın edam edilməsi qərarına səbəb oldu.

Üsyanlarda fəal iştirakı olan Babın bəzi məşhur müridləri Babın qaimlik iddiası xəbərini eşidib xəbərdar olduqda babi inanclarından peşiman oldular. Bunlardan biri Molla Əbdulxaliq Yəzdi idi. Onun oğlu Şeyx Əli Təbərsi üsyanda ölmüşdü. Molla daha sonralar Babın Məhdilik iddiasında olduğunu eşidikdə müridləri də ona tabe olaraq babilik inancından döndülər. Bu müridlər: Molla Məhəmməd Əli Bərəqani, Molla Cavad Vəliyani, Molla Məhəmməd Təqi Harati və Molla Hüseyn Bəcistani və başqaları idi. (Zühurulhaqq kitabı bölüm 3, səh. 173)

Hər üç üsyanda babilər İslam qaydalarına uyğun camaat namazı qılardı və bəzən onlara qarşı cəbhədəki müsəlmanlara belə etiraz edərlərdi: Niyə bizimlə müharibə edirsiniz, biz Allahın hansı halalını haram və ya haramını halal saydıq?.... babilərin bu dedikləri buna dəlildir ki, onlar Babın Çehrek həbsxanasındaki qaimlik və ya yeni şəriət iddiasında xəbərsiz idilər.

Bab zindanda müridlərindən uzaq özü uçün boş məqamlar iddiasında idi. O zindanda Bəyan kitabını iki hissədə yəni ərəbcə və farsca yazdı. Bu kitabda özünü İslam Mövudu bilərək İslam dininin hökmlərinin nəsx olduğunu iddia etdi və ömrünün son ilində Risaleyi Heykəluddin kitabını yazaraq öz məqamını tanrılığa qədər yüksəltdi! Ancaq Bab müridlərinin bir çoxu Babın ölümündən əvvəl və bəziləri Babın ölümündən sonra belə Mirzə Əli Məhəmmədin bu dediklərindən xəbərsizdilər. Çünki onların Babla heç bir əlaqəsi yox idi. Daha sonralar onun kitabları yayıldıqdan sonra Babın iddialarından xəbərdar oldular. Üsyanların ən şiddətli zamanında İranlı vəzir, Əmir Kəbirin rəhbərliyində İran dövlətinin qan tökülməsnin qarşısını almaq üçün yeganə çarəni Babın edamında görərək onun edam fətvasını Şeyxi mollalardan aldı. Bunula da Bab Təbrizdə 28 Şaban hicri 1266-cı ildə (1850) edam edildi.

 

 

Paylaş

Populyar

İmam Zamanı (ə.f.) dua et!

İlahi Əzuməl Bəla (Fərəc duası)

Yəmani və zühurun əlamətləri

Yəmani və zühurun əlamətləri

Saxta peyğəmbərliyə cavablar

Ən üstün Peyğəmbərdən sonra peyğəmbər gələ bilərmi?

Bəhailik (Babilik)

Qəzvinli Zərrintac Tahirə kimdir? (Bəhailiyin təbliğ metodikasına nümunə qadın)

Şübhələrə cavab

Əhli sünnətin Həzrəti Məhdi (ə.f.) haqqında gətirdiyi iradlara cavab (1-8)

Şübhələrə cavab

Əhli Sünnəyə görə itaəti vacib olan və ondan üz döndərməklə küfrə səbəb olacaq şəxs üçün zəmanəmizin imamı kimdir?

İmam Məhdinin (ə.s.) həyatı

Atası İmam Həsən Əskəri (ə.s.)

Şübhələrə cavab

İmam Zamanın (ə.f.) bizə nə kimi faydası vardır?

İmam Məhdinin (ə.s.) həyatı

Госпожа Нарджис Хатун (с.а)

Şübhələrə cavab

Niyə namaz qılmırıq?