İmam Zamanın (Allah zühurunu tezləşdirsin)

 Həzrəti Muhəmməd Peyğəmbərə (salam olsun Ona və Ailəsinə) bənzərliyi

 

İmam Zaman (ə.f.) bir neçə cəhətdən Həzrəti Peyğəmbərimizə (s.ə.a.s) bənzəyir. Onlardan bir neçəsini hədislər vasitəsilə qeyd edirik.

Rəhmət cəhətdən

“Biz Səni aləmlərə rəhmət olaraq göndərdik” (Ənbiya 107)

Əziz Peyğəmbərimizin xüsusi özəlliklərindən biri aləmlərə rəhmət olmasıdır. Peyğəmbərlər içərisində ən çox zülm olunan və incidilən bir Peyğəmbər olmasına baxmayaraq, öz ümmətinə nifrin etməmiş və bəla istəməmişdir. Əvəzində isə  insanların bağışlanmasına və hidayətləri üçün son dərəcədə səy göstərmişdir. Bu rəhmət təkcə bu dünyaya və insanlara aid deyil, bütün varlıqlara və canlılara aiddir. Onun rəhməti sayəsindədir ki, aləmlər bu gün varlığını qoruyur.

Zamanımızın Mövlası Həzrəti Məhdi (ə.f.) də aləmlərə rəhmətdir və bu cəhətdən Həzrəti Muhəmməd Peyğəmbərə (s.ə.a.s.) bənzəyir.

Hədisi Qüdsi (Həzrəti Xanım Fatimeyi Zəhranın (s.ə.) lövhündən): "Mən bunu (imaməti)  Onun (İmam Həsən Əskəri (ə)) oğlu ilə “M.U.H.Ə.M.M.Ə.D.” (Həzrəti Məhdi (ə.f.)) təkmilləşdirəcəyəm. O, bütün aləmdəkilər üçün bir rəhmətdir.  Onda Musanın kamalı, İsanın əzəmətli nuru və Əyyubun səbri vardır." (Kuleyni, Kafi c.1, səh.27, Biharul ənvar C.36, səh. 196)

 

Əxlaq və Yaradılış cəhətdən

“Həqiqətən də, Sən böyük əxlaq sahibisən.” (Qələm 4)

Peyğəmbərimiz (s.ə.a.s.) insanların çoxunu öz əxlaqı ilə hidayət etmiş və onların qəlbində məhəbbət qazanmışdır.

İmam Zaman (ə.f.) da həm əxlaq cəhətindən, həm də yaradılış (cism və ruh) cəhətindən Həzrəti Peyğəmbirimizə bənzəyir. Onun gözəl əxlaqı sayəsindədir ki, biz min ildən yuxarıdır qeybətinin uzanmasına səbəb olduğumuz halda bizə məhəbbət edir və biz də Ona məhəbbət edirik.

Həzrəti Peyğəmbər (s.ə.a.s.) buyurub: “Məhdi Mənim övladlarımdandır, adı mənim adımdan künyəsi mənim künyəmdəndir. O əxlaq və yaradılış (cism və ruh) cəhətinədən insanlar içində Mənə ən çox bənzəyəndir.” (Biharul ənvar, c.36, səh. 309)

 

Əmniyyət cəhətdən

Sən onların arasında olduğun halda Allah onlara əzab verməyəcək. Bağışlanmalarını dilədikləri zaman da Allah onlara əzab verən deyildir. (Ənfal 33)

Həzrəti Məhdinin (ə.f.) xadimlərindən biri olan Tərif, hələ O Həzrət beşikdə olarkən görüşünə getdi. Tərif, Həzrətin istəyi ilə Onun üçün qırmızı səndəl (sandalet dediyimiz ayaqqabı və ya bir parça da ola bilər) gətirmişdi. Həzrət ondan soruşdu: Məni tanıyırsan? Dedi: Bəli, Siz Mənim ağamsınız və ağamın oğlusunuz. Həzrət ded: Məqsədim bu deyildi. Xadim dedi: Özünüz buyurun. Həzrət buyurdu: “Mən vəsilərin sonuncusuyam.  Allah Mənim vasitəm ilə bəlaları ailəmdən və şiələrimizdən uzaqlaşdırır”. (Biharul ənvar, c.52, səh. 30)

 

Xatəmiyyət

Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin O, Allahın elçisi və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir. (Əhzab 40)

Həzrət Muhəmməd Peyğəmbər (s.ə.a.s.) Qədir Xumda buyurdu: “Agah olun İmamların sonuncusu bizim Qaimimiz Məhdidir”. (Əl Ehticac Təbərsi, c.1 səh.63)

 

Hədəflər və Peyğəmbər ənənəsi

Həzrəti Peyğəmbər (s.ə.a.s) buyurub: “Onun (Məhdinin (ə.f.)) sünnəti elə mənim sünnətimdir. İnsanları Mənim dinimə və şəriətimə tərəf qaldırar. Və onları Allahın (c.c.) kitabına tərəf dəvət edər.” (Kəmalud din, c.2, səh. 411)

İmam Sadiq (ə) buyurub: “Həzrəti Məhdi (ə.f.) qiyam edəndə Məscidul Hərama gələcək, üzü Kəbəyə arxası isə İbrahim məqamına tərəf duracaq.  2 rükət namaz qılacaq, o zaman nida edilər: “Ey insanlar Mən Adəmin yadigarıyam, Ey insanlar Mən İbarhimin yadigarıyam, Ey insanlar Mən İsmailin yadigarıyam və Ey insanlar Mən Həzrəti Muhəmmədin (s.ə.a.s) yadigarıyam. (Biharul ənvar c.51,səh. 59, Təvile ayat c.1 səh.399)

 

 

 

Paylaş

Populyar

İmam Zamanı (ə.f.) dua et!

İlahi Əzuməl Bəla (Fərəc duası)

İmam Məhdinin (ə.s.) həyatı

Həzrəti Məhdinin (ə.s.) ləqəbləri

Yəmani və zühurun əlamətləri

Yəmani və zühurun əlamətləri

İmam Zamanın (ə) qeybə çəkilməsi

Peyğəmbərlərin qeybi

Şübhələrə cavab

Əhli sünnətin Həzrəti Məhdi (ə.f.) haqqında gətirdiyi iradlara cavab (1-8)

Saxta peyğəmbərliyə cavablar

Ən üstün Peyğəmbərdən sonra peyğəmbər gələ bilərmi?

Şübhələrə cavab

Əhli Sünnəyə görə itaəti vacib olan və ondan üz döndərməklə küfrə səbəb olacaq şəxs üçün zəmanəmizin imamı kimdir?

Həzrəti Məhdi (ə.f.) qarşısındakı vəzifələrimiz

İmam Zamanı (ə.f.) dua etmək

Bəhailik (Babilik)

Qəzvinli Zərrintac Tahirə kimdir? (Bəhailiyin təbliğ metodikasına nümunə qadın)

İmam Məhdinin (ə.s.) həyatı

Atası İmam Həsən Əskəri (ə.s.)