Ateizm inanır...

 

Hər bir insan inanc sahibidir. İstər dindar olsun, istər qeyri-dindar olsun, istər Allahı qəbul etsin, istər qəbul etməsin. Bir şeyin varlığını qəbul etmək inanc sayılıdığı kimi, bir varlığın olmamasını da qəbul etmək inanc sayılmalıdır. Bir şeyin varlığını qəbul etmək üçün sübut tələb olunduğu halda, bir varlığın olmamasını qəbul etmək üçün də sübut tələb olunmalıdır. Əgər insan bir şeyin olmamasını sübut edə bilmirsə bu onu inkar etməyə səbəb olmamalıdır. Deməli bir şeyin olmamasını qəbul etmək sübutla yox inancla olmalıdır. Yəni insan gərək inansın ki, bir şey yoxdur. Beləliklə əgər ateizm Allahın olmamasını qəbul edirsə, ya olmamasını sübut etməli və ya olmamasına inanmalıdır. Bir sözlə Allahın yoxluğunun və ya olmamasının sübutu yoxdur. Çünki yoxluğun sübutu yoxdur. Yalnız inanc üzərindən yoxluğu qəbul etməlisən. Misal: Gələcək zaman indiki halda yoxdur, gələcək olmadığı üçün olmayan bir şeyi laboratoriya şəraitinə gətirmək və təcrübə edib olub-olmadığını yoxlamaq mümkün deyildir. O zaman gələcəyin olub olmayacağını sübutla deyə bilmərik. Yalnız gələcəyin olmasına və ya olmamasına inana bilərik. Və ya gələcəyi yaşamaq lazımdır ki, onun varlığını qəbul edək. Və olmayan bir şeyin sübutu mümkün olmadığı üçün onu inkar etmək də yanlışdır. Bu halda biz indi gələcəyi inkar edə bilərikmi? inkar edə bilmərik. Necə ki, keçmişdəkilər gələcəyi inkar etmiş olsaydılar, biz indi onlara görə gələcəkdə olduğumuz üçün, yanlış olardı.

Beləliklə, ateistlər Allahın varlığını qəbul etmirlərsə, yoxluğunu qəbul edirlər, daha doğrusu inanırlar. Belə ki, Allahın olmamasının sübutu olmadığına görə, Onun olmamasına dəlil yox, inanc üzərindən bu qənaətə gəlinir. Və ya var olan bir şeyi necə sübut edirlərsə, olmayan bir şeyi də o zaman o cür sübut etmək lazımdır. Daha doğrusu Allahın varlığını qəbul etmək bizim icad etdiyimiz üsullarla mümkün olmadığı kimi, Onun olmamasının sübutu da icad etdiyimiz üsullarla mümkün deyildir. Bütün bu deyilənlərin kökü inanca qayıdır. İnanc isə Allahın insanlara öyrətdiyidir. Bəziləri bunu başa düşür, bəziləri dəyişir, bəziləri isə qəbul etmirlər. Ona görə də biri ateist olur, digəri isə öz başına din icad edir.

Nəticə: Ateistlər Allahın olmamasını sübut edə bilməyəcəkləri üçün bunu dəlil yox inanc üzərindən etməlidirlər. Necə ki, bütpərəst bütə sitayiş edərkən dəlil yox inanc üzərindən edir. Bu cəhətdən ateistlərlə dinə inananlar arasında heç bir fərq yoxdur. Ateistlər, Allahın yoxluğunu inanc üzərindən qəbul etməyə məcbur olduqları üçün Allahın varlığını inanc üzərindən qəbul edənləri də qınaya bilməzlər. Əbəs yerə deyil ki ateistlərin özləri deyirlər biz Allahın varlığına inanmırıq. Daha deyə bilmirlər ki, biz Allahın yoxluğunu sübut etmişik.

 

Ateist düşüncəsinin yaranma səbəbləri

Ateizm ən qədim zamanlarda sırf bəzi fərdlərin təxəyyül məhsullarının təzahür etməsi sayəsində formalaşan fikirlər toplusu idi. Bu təxəyyül məhsulları zaman keçdikcə dəyişilmiş və ya mutasiyaya uğramışdı. Köhnə düşüncələr çürümüş yeni fikirlər meydana gəlmişdir.

Amma son yüz illiklərdə ateizm bir fikir elitasından çıxıb, sırf siyası və anti din (xüsusən anti İslam) məqsədləri üçün istifadə olunmuşdur. Maraqlı tərəflər öz siaysətlərini yürütmək naminə bəzi zamanlarda məcburi (sovet və sosializm zamanında) bəzi zamanlarda isə şüur altında inanclara və əqidələrə təsir qoymaq üçün bir alət kimi istifadə olunmuşdur. Əbəs yerə deyil ki, son illərdə güclü filosoflar çıxmamış əvəzində isə daha güclü təkziblər meydana gəlmişdir.

Ateistlərin yanlış etiqada inanmalarının konkret və ən mühüm sübutu nə ola bilər? Bir neçə mövzuya münasibət bildirilməsi bütün məsələlərə aydınlıq gətirə bilər.

İstənilən bir alətin və ya bir şeyin tərifi vardır. Və bu şeyin tərifini onun mütəxəssisi və düzəldənləri verir, həmçinin istifadə qaydasını izah edir. Misal: Gündəlik istifadə etdiyimiz telefonun öz tərifi və istifadə qaydası vardır. Bu tərifi və qaydaları bilən birinci şəxs onun mütəxəssisisidir. Və o, kimə nə qədər öyrətsə o qədər biləcəkdir. Həmçinin hər aləti tərifinə görə istifadə etmək lazımıdr. Əksini edəni isə ağıllı hesab etmək olmaz.

 

O zaman bizi tarix boyu dərindən maraqlandıran suallara cavab tapaq

Biz insanların, yaradılışın, gələcəyin həmçinin əxlaq prinsipləri, vicdan, ədalət anlayışlarını və sair bu kimi dəyərlərin tərifini kim verir? necə verir? və niyə məhz o şəxs verir? Bu təriflər hər yerdə eynidirmi? yoxsa ayrıdırmı? bu təriflər zamana görə dəyişirmi? tərif verən şəxslərə görə dəyişirmi? İstənilən halda bu sualların cavabını versəniz bunlar şübhəli və zənn altında olacaqdır. Çünki əgər bu tərifləri verən insandırsa, o zaman bu təriflər heç zaman dəqiq olmayacaqdır. Ona görə ki, insanlar və fikirləri müxtəlif olduğu kimi, tərifləri də fərqli olacaqdır. Çünki, bu dəyərləri yaradan və mütəxəssisi insan deyildir. Aləmləri insan yaratmamışdır. Necə ola bilər ki, mütəxəssisi olmadığın bir şeyin tərifini verirsən. Biz öz dəyərlərimizin və həyatımızın ixtiyarını, şübhə altında olan başqalarının fikirlərinə, dəyişən xəyallarına verməyimiz nə dərəcədə doğrudur. Niyə həyatımızı, bizi yaratmayan və mütəxəssisimiz olmayanların fikirlərinin və xəyallarının təcrübəsinə çevirməliyik? Buna görə boşa gedən həyatımız üçün kim cavab verəcək?, hansı alim? hansı filosof?

Aydın məsələdir ki, bu tərifləri yalnız Yaradan və mütəxəssisimiz verməlidir. O bilir ki, bizə nə lazımdır. Bu Yaradan, elə bir varlıq olmalıdır ki, Özü yaratdıqlarının içində və əhatəsində olmamalıdır (əksi halda Onun özünə tərif verən birisi olmalıdır) ağıllardan və düşüncələrdən ayrı olması lazımdır. Bütün təfəkkürlər və vasitələr Onu tərif etməkdən aciz qalmalıdır. Belə varlığa Özü, Allah deyir.

Bu təriflərin əsil sahibi Allahdır. Bizim mütəxəssimiz Allahdır. Buna görə də Allah bu tərifləri həm fitrət, həm vicdan, həm peyğəmbərlər və onu nümayəndələri vasitəsilə insanlara öyrədir və xatırladır. Əgər Allahın öz elçisi belə özündən bir söz demirsə, biz Allahdan başqasına necə etimad edə və inana bilərik.

O öz istədiyi kimi (havadan) danışmır. Bu ancaq Ona təlqin edilən bir vəhydir. (Nəcm 3-4)

Paylaş

Populyar

İmam Zamanı (ə.f.) dua et!

İlahi Əzuməl Bəla (Fərəc duası)

Bəhailik (Babilik)

Qəzvinli Zərrintac Tahirə kimdir? (Bəhailiyin təbliğ metodikasına nümunə qadın)

İmam Məhdinin (ə.s.) həyatı

Atası İmam Həsən Əskəri (ə.s.)

Şübhələrə cavab

Əhli Sünnəyə görə itaəti vacib olan və ondan üz döndərməklə küfrə səbəb olacaq şəxs üçün zəmanəmizin imamı kimdir?

Şübhələrə cavab

İmam Zamanın (ə.f.) bizə nə kimi faydası vardır?

İmam Məhdinin (ə.s.) həyatı

Госпожа Нарджис Хатун (с.а)

Şübhələrə cavab

Niyə namaz qılmırıq?

Saxta peyğəmbərliyə cavablar

Həqiqi peyğəmbəri yalançı peyğəmbərlik iddiası edəndən necə seçək?

Şübhələrə cavab

Həzrəti Məhdini (ə.f.) inkar edən kafirdir

Saxta peyğəmbərliyə cavablar

Ən üstün Peyğəmbərdən sonra peyğəmbər gələ bilərmi?