Əhli sünnət nəzərində və mənbələrində Həzrəti Məhdi (ə.f.)

Niyə əhli sünnətin bəzi alimləri Həzrəti Məhdi (ə.f.) mövzusuna fərqli baxırlar və buna dair sənədləri zəifləşdirirlər?

Bilirik ki, dünyanına sonuna yaxın bir xilaskarın zühur etməsi və bu dünyanı zülümkarların əlindən təmizləyib yerini ədalətlə doldurması etiqadı bütün dinlərdə və inanclarda mövcuddur. Bu etiqad bütün inancların təməl prinsiplərini təşkil edir. Yəni bu etiqada inanmayan bir inanc, inanc ola bilməz. Dünyanın sonuna qədər zülmün davam etməsi və ədalətin heç bir zaman bərpa olunmaması, inanclar tərəfindən qəbul edilməsinin təsəvvürü belə mümkün deyildir. Beləliklə, dünyanın sonuna kimi bir xilaskarın olmasına etiqadı olmayan din də, din deyildir. Hər bir dinin, etiqadın və inancın varlığının mənası bir xilaskar üzərindən qurulmuşdur. Əks halda Allahın işi yarımçıq, hökmü və sözü isə keçməmiş olar ki, bu da dinsizlikdir.

Bütün inanclarda olduğu kimi əhli-sünnət məzhəbində də Məhdilik anlayışı mövcuddur. Bu mövzu barəsində əhli-sünnət mənbələrinə əsaslanan çoxlu sayda kitablar yazılmış, ayələrə və hədislərə istinad edilmiş, alimlər öz fikirlərini bildirmişdilər. Bəziləri deyirlər Məhdi doğulmamış, bəziləri deyirlər doğulub və ölmüş, bəziləri deyirlər ən sonda doğulacaq, bəziləri deyirlər Məhdi müəyyən olunmuş bir şəxs deyil-hər kəs Məhdi ola bilər, bəziləri deyirlər Məhdi insan deyil, sadəcə ifadədir və bunun kimi bir çox fikirlər əhli sünnət cəmiyyətində yayılmışdır. Ancaq bütün bunlarla belə sünni mənbələrində sadə şəkildə anlaşıla bilən hədislər də gətirilmişdir.

Həzrəti Məhdi (ə.f.) haqqında-onlara görə mötəbər və səhih sünni mənbələrində bu qədər açıq hədislərin mövcudluğu, həmçinin çoxlu ayələrin təfsiri hətta Məhdi adında kitablar yazıldığı halda niyə bir çox əhli sünnət alimləri bu hədisləri zəifləşdirir və ya fərqli baxışlar gətirir? Xüsusən son zamanlarda bəzi əhli sünnət qaynaqları Məhdilik mövzusuna elə münasibət göstərirlər ki, sanki ümumiyyətlə belə bir şey yoxdur, bu yalnız şiələrə mənsubdur və özlərindən çıxardıblar. Bu fikiri xüsusilə təbliğ edib etiqadlardan bir xilaskarın gələmsəni kənarlaşdırmağa çalışırlar. Bunun əsas səbəbi nədir?

Ənənəvi üslub ola bilərmi?

Əhlibeyt İmamlarının (ə) imamətləri barəsində olan ayələrə fərqli baxışlar gətirmək və hədisləri zəif göstərməklə bu məsələnin üzəri necə örtülmüşdürsə, Həzrəti Məhdi (ə.f.) mövzusu da bu halı yaşamaqdadır.

Əgər hətta təkcə əhli sünnət mənbələrinə istinad edib Məhdilik mövzusuna ciddi yanaşıb araşdırsalar, bunun 12-ci İmam olduğunu açıq aşkar görəcəklər. Deməli, əhli sünnət alimlərinin niyə fərqli nəzəriyyələr irəli sürmələri məlum oldu. Onu, 12-ci İmam kimi qəbul etmək məcburəyyətində qalmaq; əgər 12-ci İmam kimi qəbul edərlərsə 12 İmamı qəbul etmək; belə olduqda isə 12 İmama inananların haqq olmasını təsdiq etmək olar. Məhdilik mövzusu elə bir mövzudur ki, burada İmamlardan və onların məsum, ilahi şəxs və hakim olmalarını qəbul etməkdən başqa çıxış yolu qalmır. Yəni bu gün düzgün şəkildə hətta bəzən şərhsiz olaraq Məhdilk mövzusunun təbliği və tanıdılması 12 İmamım tanıdılması və onların İmam (rəhbər) kimi qəbul olunmalarına səbəbdir. Bu səbəblərdir ki, Məhdilik haqqında olan ayələri və hədisləri zəifləşdirirlər və mümkün qədər mövzunun əsil mahiyyətindən kənarlaşdırırlar.

 

Sünni mənbələrində Həzrəti Məhdi (ə.f);

Allahın Rəsulu (s) buyurmuşdu: Ən üstün ibadət fərəcin intizarıdır. (Sünəni Tirmizi, c.5, səh.532, hədis 3571)

Allahın Rəsulu (s) buyurmuşdu: Mənim Əhlibeytimdən (ə) və  adı mənim adımdan olan bir kişi gəlməyincə Qiyamət baş verməyəcəkdir. (Müsnədi Əhməd (Şakir) c.3, səh.491, hədis 3571)

Allahın Rəsulu buyurub: Mənim Əhlibeytimdən, adı mənim adımdan olan bir kişi ərəbə hökümətlik etməyincə dünyanın sonu olmayacaqdır. (Sünəni Tirmizi c.4, səh.85, hədis 2230)

Allahın Rəsulu (s) buyurub: Məhdi Bizim Əhlibeytdəndir və Allahın əmrini bir gecədə islah edəcək. (Sünəni ibni Macə səh.680 h.4085)

Ümmü Sələm Allahın Rəsulundan nəql edir ki, Allahın Rəsulu (s) buyurdu: Məhdi Mənim itrətimdəndir (nəslimdən) və Fatimənin övladlarındadır. (Sünəni ibni Macə səh.680 h.4086)

İmam Həsən Əskərinin (ə) Əbul-Qasim M.u.h.ə.m.m.ə.d. əl-Huccətdən başqa övladı olmamışdır və atası vəfat edəndə 5 yaşı var idi... Amma Allah ona  az yaşında hikmət əta etmişdi və Qaim, Muntəzər... adlanırdı. (Səvaiqul-muhriqə, cild 2,səh. 601)

255-ci ildə M.u.h.ə.m.m.ə.d. ibnil Həsən Əskəri (ə) dünyaya gəldi, “rafizilər” onu Xələf, Höccət, Məhdi, Muntəzər və Sahibəzzaman ləqəbi veriblər. O, 12 İmamın 12-cisidir. (Əl-İbər fi xəbər mən ğəbər, cild 1, səh. 381)

Allahın Rəsulu buyurdu: Necə ola bilər ki, Məryəmin oğlu sizin aranıza gəlsin və (ancaq) sizin İmamınız sizdən olsun?

Allahın Rəsulu buyurdu: Mənim ümmətimdən bir tayfa var ki haqq yolunda Qiyamətə kimi cihad edər. Sonra dedi: Həzrəti İsa (ə) nazil olacaqdır. Sonra "Əmirəl möminin" deyər: (Həzrəti İsaya deyər) Gəlin bizə İmam camaat olun. Həzrəti İsa (ə) deyər: yox sizlərin bəziləriniz digərlərinə əmirdirlər. Belə ki, Allah istəyir bu ümməti (İslamı) qiymətli (və əziz) etsin. (Səhih Müslüm c.1, səh.136-137) 

(şiələrə görə Əmirəl möminin ləqəbi yalnız İmam Əliyə (ə) məxsusudr və ondan başqasına deyilməsi haramdır. Digər İmamlarımızın (ə) heç bir bu ləqəbdən istifadə etməmiş və onlara bu ləqəblə müraciət edənlər də qınanmışdır. Ancaq əhli sünnət mənbələri isə hər xəlifəyə Əmirəl möminin demişdirlər.)  

Əbu Səid Əl Xudridən rəvayət edildiyinə görə, Rəsulullah (s) belə buyurmuşdur: Məhdi Mənim nəslimdəndir. O açıq alınlı və incə burunludur. Dünyanı zülümlə dolduğu kimi ədalətlə dolduracaq və yeddi il hökm sürəcəkdir. (Əhməd ibn Hənbəl, əl Müsnəd c.2, səh. 291, Sünəni Əbu Davud əl Məhdi kitabı, hədis 4285)

Rəsulullahın (s) xanımı Ümmü Sələmədən Rəsulullahın (s) belə buyurduğu rəvayət edilmişdir. Bir xəlifə öləndə münaqişə çıxacaq. Mədinəlilərdən birisi, Mədinədən çıxıb, Məkkəyə qaçacaq. (Amma) Məkkəlilərdən bəzi insanlar, onu (olduğu yerdən) çıxarıb, istəmədiyi halda (Kəbədə) Rükun ilə Məqami İbrahim arasında ona beyət edəcəklər. Şamlılar da Onun üzərinə bir ordu göndərəcək, amma o ordu Məkkə ilə Mədinə arasındakı Beyda deyilən yerdə yerə batacaq. İnsanlar bunu görəndə, (Şamın və İraqın xeyirli saleh qulları) ona gəlib, beyət edəcək. Sonra Qureyşdən, dayıları Kəlbdən (qəbiləsindən) olan bir adam çıxıb, o beyət edənlər üzərinə bir ordu göndərəcək. Lakin beyət edənlər, Bəni Kəlblininin göndərdiyi orduya qalib gələcəklər. Bu ordu Kəlbin göndərdiyi ordudur, (o vaxt) Kəlbin qənimətində hazır olmayana heyf !... Xəlifə olan zat (Məhdi) malı bölüşdürəcək. İnsanlardan bir qismi, Peyğəmbərlərinin sünnəti ilə əməl edəcək, İslamiyyət yer üzünə tamamilə yerləşəcək. (Məhdi) yeddi il qalıb, sonra vəfat edəcək və Müsəlmanlar onun (cənazə) namazını qılacaqlar. ( Sünəni Əbu Davud əl Məhdi kitabı, hədis 4286)

Əbu Səid əl Xudridən rəvayətə görə belə demişdir : Peyğəmbərimizdən sonra bir hadisə çıxacağından qorxduq və Rəsulullahdan (s) soruşduq, buyurdu ki : "Ümmətimin arasında Məhdi çıxacaqdır, beş və ya yeddi və ya doqquz (şübhə edən ravi Zeyd-dir) yaşayacaqdır. Əbu Səid deyir ki : "Bu müddət nədir ?" deyə soruşduq. Rəsulullah (s) "İldir" buyurdu və belə davam etdi : "Bir kimsə Məhdinin yanına gələcək və Ey Məhdi mənə ver, mənə ver deyəcək, Məhdi də onun paltarının ətəyi ilə daşıya biləcəyi qədər ətəyini dolduracaqdır." (Sünəni Tirmizi, Fitən kitabı hədis 2232)

Abdullah ibn Məsudi söyləmişdir : Biz bir dəfə Rəsulullahın (s) yanında ikən Haşimi oğullarından bir dəstə gənc bizə doğru gəldilər. Sonra Peyğəmbər (s) onları görəndə (mübarək) gözlərinə yaş doldu və rəngi dəyişdi. Abdullah demişdir ki : Bunun üstündən mən :(Ya Rəsulullah!) Sənin (mübarək) üzündə arzulamadığımız (yəni bizi kədərləndirib, narahat edən) dəyişikliyi bir müddətdir görürük, dedim. O da: Biz elə bir Əhli Beytik ki, Allah bizim üçün axirəti dünyaya tərcih etmişdir. Mənim Əhli Beytim, şübhəsiz məndən sonra bəla, qaçırılma və sürgünə uğrayacaq. Nəhayət bərabərində qara bayraqlar olan bir qövm şərq tərəfdən gələcək və xeyir (hökmdarlıq) istəyəcəklər. Lakin istəkləri yerinə yetirilməyəcək. Bunun üstündə savaşacaqlar və onlara (Allah tərəfindən) yardım ediləcək. Bundan sonra istədikləri (hökmdarlıq) özlərinə veriləcək. Lakin özləri bunu qəbul etməyib əmirliyi Əhli Beytimdən bir adama təqdim edəcəklər. Bu (Əmir) də insanlar yer üzünü daha əvvəl zülümlə doldurduqları kimi, ədalətlə dolduracaqdır. Artıq sizdən kim o günə yetişərsə qar üstündə iməkləmək surətilə də olsa onlara çatsın (qatılsın), buyurdu."  (Sünən ib Macə Fitnə kitabı, Məhdinn çıxması babı, hədis 4082)

Ənəs ibn Malik demişdir : Mən, Rəsulullahdan (s) eşitdim, buyurdu ki : Biz Əbdulmüttəlibin övladları cənnət əhlinin böyükləriyik. Mən, Həmzə, Əli, Cəfər, Həsən, Hüseyn və Məhdi. (Sünən ib Macə Fitnə kitabı, Məhdinn çıxması babı hədis 4087)

Allahın Rəsulu (s) buyurub: Əgər dünyanın sonuna bircə gün belə qalsa Allah həmin günü Mənim Əhli Beytimdən, adı mənim adımdan olan bir kişinin qiyam etməsinə qədər uzadar. Yer üzü zülmlə və fəsadla dolduğu kimi O bütün dünyada haqq və ədaləti bərqərar edər. (Sünəni Əbu Davud əl Məhdi kitabı, hədis 4282, Sünən Termizi Ma caə fil Məhdiy, hədis 2231)

 

Paylaş

Populyar

İmam Zamanı (ə.f.) dua et!

İlahi Əzuməl Bəla (Fərəc duası)

Yəmani və zühurun əlamətləri

Yəmani və zühurun əlamətləri

Saxta peyğəmbərliyə cavablar

Ən üstün Peyğəmbərdən sonra peyğəmbər gələ bilərmi?

Şübhələrə cavab

Əhli sünnətin Həzrəti Məhdi (ə.f.) haqqında gətirdiyi iradlara cavab (1-8)

Bəhailik (Babilik)

Qəzvinli Zərrintac Tahirə kimdir? (Bəhailiyin təbliğ metodikasına nümunə qadın)

Şübhələrə cavab

Əhli Sünnəyə görə itaəti vacib olan və ondan üz döndərməklə küfrə səbəb olacaq şəxs üçün zəmanəmizin imamı kimdir?

İmam Məhdinin (ə.s.) həyatı

Həzrəti Məhdinin (ə.s.) ləqəbləri

İmam Məhdinin (ə.s.) həyatı

Atası İmam Həsən Əskəri (ə.s.)

İmam Zamanın (ə) qeybə çəkilməsi

Peyğəmbərlərin qeybi

Şübhələrə cavab

İmam Zamanın (ə.f.) bizə nə kimi faydası vardır?