Əhli sünnətin Həzrəti Məhdi (ə.f.) haqqında gətirdiyi iradlara cavab (1-8)

 

Əhli sünnətin Həzrəti Məhdi (ə.f.) haqqında gətirdiyi iradlara cavab (9-17)

 

https://vedolunmus.com/az/posts/get/61 

 

https://www.youtube.com/watch?v=k96fKBbDsuM    (1-8)

 

1. Cəfər Kəzzabın sözləri və yalançı olmaması iradı

Şiələr, Cəfər Kəzzaba ona görə yalançı deyirlər ki, o İmam Həsən Əskərinin (ə) övladı olmamasını deməklə özü, 11-ci İmamdan sonra Məhdilik iddiası etmişdir.

Əgər sünnilər onun yalançı olmasına inanmırsalar, o zaman onu, özlərinə Məhdi bilməlidirlər.

Hərçəndki İmam Zaman (ə.f.) İmam Həsən Əskərinin (ə) cənazə namazı qalıb və Cəfər Kəzzab da bunun şahidi olmuşdur. Daha sonra isə Cəfər Kəzzab İmam Zamandan (ə.f.), o zamankı xəlifə, Mötəmidə şikayət etmişdir.

İmam Hadi (ə) üçün Cəfər doğulduqda onu təbrik etməyə başladılar. Lakin gördülər ki, sevincli deyil. Ondan bu barədə soruşduqda, buyurdu: Onun məsələsini yüngül hesab et. Tezliklə çox sayda adamı azdıracaq. (Şeyx Tusi “Əl Ğeybə”, səh.199, Azərbaycan dilində)

 

2. İmam Həsən Əskərinin (ə) oğlu olmaması iddiası

Əhli sünnət camaatından bəziləri, Cəfər Kəzzabın sözünü əsas tutaraq 11-ci İmam Həsən Əskərinin (ə) oğlu olmadığını iddia etmişdirlər. Halbuki sünni mənbələrində belə İmam Həsən Əskərinin (ə) oğlu olduğu qeyd olunmuşdur.

İmam Həsən Əskərinin (ə) Əbul-Qasim (M.u.h.ə.m.m.ə.d) əl-Höccətdən başqa övladı olmamışdır və atası vəfat edəndə 5 yaşı var idi. Amma Allah ona o az yaşında (ikən) hikmət əta etmişdi və Qaim, Muntəzər... adlanırdı. (Səvaiqul-muhriqə, cild 2, səh. 601)

 

İmam Həsən Əskərinin (ə) oğlu olması və Onun da İmam Zaman (ə.f.) olması barəsində bəzi sünni mənbələri və alimləri;

Muhəmməd ibn Təlhə Hələbi Şafei-Mətalibul sual fi mənaqib Ali Rasul;

Muhəmməd ibn Yusif Gənci Şafei-Əl bəyan fi əxbari Sahibəz Zaman

Süleyman Qunduzi Hənəfi –Yənabiul Məvəddəh

Hafiz Muhəmməd ibn Muhəmməd Hənəfi Nəqşibəndi-Fəslul xitab

Fəxri Razi-Şəcərtul Mubarəkə fi insabi Talibiyyə

Zəhəbi-Tarixul İslam

İbni Əsir Cəziri-Əl Kamilu fit Tarix

İbn Xoşab Bağdadi və başqaları

 

3. Doğulmayıb iddiası

Doğulması barəsində sünni mənbələrində əvvəlcədən demişdik; Əgər əhli sünnət camaatı Onun doğulmamasını iddia edirlərsə, o zaman, indiki halda müsəlmanların İmamı və rəhbəri kimdir? Çünki Peyğəmbərdən (s) sonra 1-ci xəlifənin müəyyən olunması və ya seçilməsi vacib və ehtiyaclı olduğu halda, həmçinin 2-ci, 3-cü, 4-cü və sonrakılar məlum olduğu halda ən vacib olan sonuncunun hələ də olmaması və doğulmaması hansı prinsipə və ya ilahi qanuna əsaslanır?

Biz elə əhli sünnət mənbələrindəki hədislərə diqqət etsək, görəcəyik ki, heç bir hədisdə Həzrəti Məhdi (ə.f.) axirəz-zamanda doğulacaq kəlməsi yoxdur. Əvəzində isə axirəz-zamana aid olan  bütün hədislərdə Həzrəti Məhdi (ə.f.) gələcək, qiyam edəcək, ədaləti bərqərar edəcək, əmri islah edəcək kimi kəlmələrdən istifadə olunmuşdur.

 

Allahın Rəsulu (s) buyurmuşdu: Mənim Əhlibeytimdən (ə) və  adı Mənim adımdan olan bir kişi gəlməyincə Qiyamət baş verməyəcəkdir. (Müsnədi Əhməd (Şakir) c.3, səh.491, hədis 3571)

 Allahın Rəsulu buyurub: Mənim Əhlibeytimdən, adı Mənim adımdan olan bir kişi ərəbə hökümətlik etməyincə dünyanın sonu olmayacaqdır. (Sünəni Tirmizi c.4, səh.85, hədis 2230)

Allahın Rəsulu (s) buyurub: Məhdi Bizim Əhlibeytdəndir və Allahın əmrini bir gecədə islah edəcək(Sünəni ibni Macə səh.680 h.4085)

Axirəz-zamanda gəlmək, axirəz-zamanda doğulacaq mənasında deyildir. O artıq doğulmuşdur və atası İmam Həsən Əskəri (ə) vasitəsilə, ata-babaları Əhlibeytə (ə) bağlanmaqla  var olan deməkdir. Hətta əgər fərz etsək ki, gələcək kəlməsi-doğulmaqdır mənasındadır , o zaman O doğulan kimi zühur edəcəkdir? Və ya neçə yaşında zühur edəcək? Əgər doğulan kimi zühur etməsə və neçə yaşında zühur edəcəyi də məlum olmasa, onda sünnilərin şiələrə gətirdiyi şübhələrə özləri necə cavab verəcəklər? Əgər o doğulan kimi zühur etməsə və biz onun doğulmasından xəbərsiz olub, onun doğulmamasını necə deyə bilərik?

Fərz edək İmam Məhdi (ə.f.) doğulmayıb və axirəz-zamanda doğulacaq, ancaq 40 il, 50 il, 150 il sonra zühur edəcəkdir, biz bu müddət ərzində Onun doğulmamasını deyə bilərikmi? Əgər doğulmayıb desək yanlış olmazmı?

O zaman Həzərti Məhdi (ə.f.) hicri 255-ci ildə dünyaya gəlib və 1200 ildən sonra və ya 1300 ildən sonra zühur etməsi ilə, axirəz-zamanda dünyaya gəlib 50 ildən sonra və ya 150 ildən sonra və ya bilinməyən bir müddətdən sonra zühur etməsi arasında nə kimi fərq var? Əhli sünnətin hansı mənbələrində gəlib ki, Həzrəti Məhdi (ə.f.) axirəz-zamanda doğulacaq və nə zaman zühur edəcək? Əgər bilinmirsə bu iradların nə mənası vardır?

Sual oluna bilər ki, bu qədər açıq şəkildə əhli sünnət mənbələrində 12 İmam və 12-ci İmam varsa niyə onları inkar edənlər də vardır?

Ümumiyyətlə onu deyək ki, əhli sünnət əslində 12 İmamın varlığını inkar etmirlər. Sadəcə olaraq onların imamətini və rəhbərliyini qəbul etmirlər. Ona görə də əksəriyyəti, xüsusi ilə qədim alimlər 12 İmam barəsində olan hədisləri gizlətməyi və ya zəifləşdirməyi lazım bilməmişlər. Amma sonradan əhli sünnət camaatından bəziləri bunun öhdəsindən gələ bilmədiklərini başa düşüb qədim kitabların hədislərini zəifləşdirməyə çalışıblar. İş o yerə çatıb ki, əhli sünnət camaatından bəziləri nəinki 12-ci İmamı və 12 İmamın imamətini qəbul etmirlər, hətta onların olub-olmamasına şübhə gətirirlər. 12-ci İmam Həzrəti Məhdinin (ə.f.) doğulmasına şübhə etmək 11-ci İmam Həsən Əskərinin (ə) varlığına şübhə etməkdir, 11-ci İmamın varlığına şübhə etmək 10-cu İmama şübhə etməkdir və bu silsilə ilə İmam Hüseynə (ə) kimi davam etmək olar.

Beləliklə, 12-ci İmamın varlığını inkar etmək 12 İmamın varlığını inkar etməkdir. Çünki 11 İmamın var olması və bu silsilənin davam etməsinin mənası 12-ci İmamın var olması üçündür.  Buna görə də 12-ci İmamın doğulmasına irad gətirənlər nə etdiklərinin fərqində deyillər. 12-ci İmamın doğulmasını qəbul edib, ancaq Onun İmam və rəhbər olmasını qəbul etməsəydilər bu onların etiqadına görə daha “məntiqli” olardı. Bütün bunlar Əhli sünnətin Məhdilik mövzusunda nə qədər çaş-baş qaldıqlarının nümunəsidir.

 

4. Anasının bilinməməsi iddiası

İmam Məhdinin (ə.f.) anası Xanım Həzrəti Nərcisdir (s.ə.). Süsən, Məleykə, Suqeyl kimi ləqəblərdən də istifadə olunmuşdur Bəziləri elə bilir ki, bir insanın ləqəbləri olanda Onun şəxsiyyəti bilinmir. Elə əhli sünnətdən olan bəziləri də bu ləqəblərə görə çaş-baş qalıblar ki, guya Həzrəti Məhdinin (ə.f.) anası bilinmir. Halbuki sünni mənbələrində də İmam Məhdinin (ə.f.) anasının Xanım Nərcis olduğu qeyd olunmuşdur.

Təliqatul rədiyyə-rəvzətul nədiyyə, kitabul Nikah, səh.151

Muhəmməd ibn Təlhə Şafei, Mətalibul Sual səh.481

Muhəmməd ibn Muhəmməd Hafizi Buxari Hənəfi, Fəslul Xitab səh.443

Mübarək qəbri Samirra şəhərində yerləşir. Şiələr o zamandan bəri onun mübarək qəbrini ziyarət edirlər. Bunun özü tarixi bir sübutdur.

 

5. Gizli doğumu, anasının hamiləliyinin blinməməsi və budundan dünyaya gəlməsi iradı

Həzrəti Məhdinin (ə.f.) dünyaya gəlməsi, Həzrəti Musa Peyğəmbərin (ə) dünyaya gəlməsi kimidir. Firon, əvvəlcədən müjdələnmiş və həmçinin münnəcimlər tərəfindən təxmin edilən bir oğlan uşağının dünyaya gəlməsi və onun sələtənətini məhv edəcəyini demələri müqabilində həmin zamanda oğlan uşaqlarının ölüdürülməsi əmrini vermişdir.

Firon...onların oğlan uşaqlarını öldürür, qadınlarını isə sağ buraxırdı. (Qəsəs 4)  

Həzrəti Məhdinin (ə.f.), düşmənlərinin gözündən gizli doğulması, anasının hamiləliyinin bilinməməsi və budundan dünyaya gəlməsi ilahi nişanədir. Yoxdan yaradan Allah təkrar yaratmağa qadirdir. Allaha çətin deyil ki, hamiləlik hiss olunmadan və ya budundan dünyaya insan gətirsin.

Məxluqatı ilk dəfə (yoxdan) yaradan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır. (Rum 27)

 

6. Həzrəti Məhdi (ə.f.) İmam Hüseynin (ə) nəslindən deyil iddiası

Hüzeyfə ibni Yəmani deyir: Allahın Rəsulu mənim üçün xütbə oxuyurdu və gələcəkdə baş verənlərdən xəbər verirdi. Davamında buyurdu: Əgər dünyanın sonuna bircə gün qalsa belə, Allah təala o günü o qədər uzadar ki, Mənim nəslimdən adı Mənim adımdan olan bir nəfər göndərər. Salman Farsi soruşdu: Ya Rəsuləllah O sizin hansı oğlunuzun nəslindəndir? Həzrət buyurdu: Bu oğlumdan və əli ilə Hüseynə toxundu. (Yusif ibn Yəhya Müqəddəsi Şafiye, Əqdul durr, fil əxbaril Müntəzər səh.46, İbrahim ibn Muhəmməd Himvini Cuvəyni Fəraidus səmteyn c.2, səh. 325, Beyrut)

 

7. Həzrəti Məhdi (ə.f.) İmam Həsənin (ə) nəslindəndir və atası İmam Həsən Əskəri (ə) deyil, o Abdullahın oğludur iddiası

Əgər Həzrəti Məhdi (ə.f.) Abdullahın oğludursa və İmam Həsən (ə) nəslindəndirsə, bu silsilə Ona necə gedib çatır? Yəni Onun indi ata babaları kimlərdir? Əgər bilinmirsə hər Abdullahın oğlu gözlədiyimiz Məhdidirmi? Və ya biz Onun həqiqətən İmam Həsənin (ə) nəslindən olduğunu necə müəyyən edək? Əhli sünnətin bu iddiası bu cür cavabsız sualları ortaya çıxardır.

Əgər hətta bəzi mənbələrdə deyilsə ki, Həzrəti Məhdi (ə.f.) İmam Həsənin nəslindəndir; Bu 5-ci İmam Həzərti Muhəmməd Baqirin (ə) anası vasitəsilə İmam Həsənin (ə) nəslindən hesab oluna bilər.

Allahın Rəsulu buyurdu: Allah, Həsən və Hüseyni Əlidən seçdi və O ikisindən doqquz Höccət seçdi ki doqquzuncu Qaimimizdir (Məsudi, İsbatul vəsiyyə səh.266)

8 İmamın hamısı İmam Hüseynin (ə) nəslindən olduğu üçün 9-cu İmam da İmam Hüseynin (ə) nəslindəndir.

Həzrəti İmam Əli (ə) buyurdu ki, Rəsulullah (s) belə buyurdu: Ümmətimdən və Hüseynin (ə) övladlarından, yer üzünü zülmlə dolduğu kimi ədalətlə dolduracaq bir kişi qiyam etmədən dünya sona çatmayacaqdır. (Şeyx Süleyman Əl Hənəfi Ə Qunduzi, Yənabiul Məvəddəh, səh.544, Mir Seyyid Əli Əl Həmədani Əş Şafii, Məvəddətul Qurba s.69)

 

8. Doğum tarixinin müxtəlifliyi iradı h.254-h.258

Sünni xəlifəsinin şərrindən amanda qalmaq üçün ilahi təqdirə görə doğumunun gizli olması səbəbindən, illərdə müxtəliflik olması normaldır. Həmçinin hansı ildə doğulmasında olan fərq Onun doğulmamasına məna deyildir. Əksinə hətta əgər sünni mənbələrində belə bu müxtəliflik mövcuddursa bu o deməkdir ki, O doğulmuşdur. Əgər əhli sünnət Onun doğumunda olan ixtilafı qəbul edirsə, demək Onun doğulmasına da inanır.

"255-ci ildə Muhəmməd ibnil Həsən Əskəri (ə) dünyaya gəldi, “rafizilər” onu Xələf, Höccət, Məhdi, Muntəzər və Sahibəzzaman ləqəbi veriblər, o, 12 imamın 12-cisidir. (Əl-İbər fi xəbər mən ğəbər, cild 1, səh. 381)

Həmçinin bir şəxsin doğum tarixində olan cüzi fərqlər Onun doğulmamasına səbəb deyildir. Çünki belə ixtilaflar hətta peyğəmbərlərin doğumunda da mövcuddur. Adəm Peyğəmbərin, İbrahim Peyğəbərin, Musa Peyğəmbərin, İsa peyğəmbərin həmçinin Muhəmməd Peyğəmbərin (s) doğum illərinin və ya günlərinin dəqiq bilinməməsi və bu barədə ixtilafların olması Onların inkarına səbəb deyildir.

 

Əhli sünnətin Həzrəti Məhdi (ə.f.) haqqında gətirdiyi iradlara cavab (9-17)

https://vedolunmus.com/az/posts/get/61 

Paylaş

Populyar

İmam Zamanı (ə.f.) dua et!

İlahi Əzuməl Bəla (Fərəc duası)

Yəmani və zühurun əlamətləri

Yəmani və zühurun əlamətləri

Saxta peyğəmbərliyə cavablar

Ən üstün Peyğəmbərdən sonra peyğəmbər gələ bilərmi?

Bəhailik (Babilik)

Qəzvinli Zərrintac Tahirə kimdir? (Bəhailiyin təbliğ metodikasına nümunə qadın)

Şübhələrə cavab

Əhli sünnətin Həzrəti Məhdi (ə.f.) haqqında gətirdiyi iradlara cavab (1-8)

Şübhələrə cavab

Əhli Sünnəyə görə itaəti vacib olan və ondan üz döndərməklə küfrə səbəb olacaq şəxs üçün zəmanəmizin imamı kimdir?

İmam Məhdinin (ə.s.) həyatı

Atası İmam Həsən Əskəri (ə.s.)

Şübhələrə cavab

İmam Zamanın (ə.f.) bizə nə kimi faydası vardır?

İmam Məhdinin (ə.s.) həyatı

Госпожа Нарджис Хатун (с.а)

Şübhələrə cavab

Niyə namaz qılmırıq?