Əhli sünnətin Həzrəti Məhdi (ə.f.) haqqında gətirdiyi iradlara cavab (9-17)

 

Əhli sünnətin Həzrəti Məhdi (ə.f.) haqqında gətirdiyi iradlara cavab (1-8)

https://vedolunmus.com/az/posts/get/60

https://www.youtube.com/watch?v=4VVusmVmwgM  (9-17)

 

9.  Həzrəti Məhdinin (ə.f.) uşaq ikən danışması və gəzməsi fantastikadır iradı

İlahi bir nişanəyə fantastika demək Allaha inanmayanların sözü və peşəsidir.

(Məryəm) ona işarə etdi. Onlar dedilər: Beşikdə olan körpə ilə necə danışaq?  (Körpə) dedi: Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi. (Məryəm 29-30)

 

10. Ləqəblərin çoxluğu iradı

Qəribə iradlardan biri də Həzrəti Məhdinin (ə.f.) ləqəblərinin çox olmasını demələridir.

Görəsən, əhli sünnət inandığları “Məhdinin” bir adının olmasını xüsusi vurğulamaqla və şiələrin inandığları Həzrəti Məhdinin (ə.f.) ləqəblərinin çoxluğuna isə iztehza ilə yanaşdıqları halda Peyğəmbərimizin (s) ləqəblərinin çoxluğuna nə deyəcəklər?

Halbuki, özləri də Məhdi deməklə onun adından yox başqa bir ləqəbindən istifadə etmişdilər.

Suyuti, Əl-Behicətus-Səniyyə adlı kitabını Rəsulullahın (s) adlarına həsr etmişdir.

Rəsulullah (s) bir hədisdə: “Mən Muhəmmədəm, Mən Əhmədəm, Mən Nəbiyyur-Rəhmətəm, Mən Nəbiyyut-Tövbəyəm, Mən Muqaffiyəm, Mən Hașirəm, Mən Nəbiyyul-Məlahiməm– deyə buyurur. ( Müslim, 4/1828; İbn Hibban, Səhih, 14/220)

Başqa ləqəbləri Rauf, Rahim, Mübəșșir, Nəzir, Mubəyyin, Dai-iləllah, Siracul-Münir, Müzəkkir, Rəhmət, Nemət, Hadi, Şəhid, Əmin, Müzzəmil, Müddəssir, Muxtar, Mustafa, Şəfi, Müșəffa, Sadiq, Məsduq, Fatih, Xatim, və s…

Muhəmməd Daməğani “Şəvqul-Ərus” və “Ünsün-Nüfus” adlı əsərlərində Kabul Əxbardan nəql edir: Peyğəmbərimizin (s) adları Əhli-Cənnət nəzdində Əbdulkərim, Əhli-Ərș nəzdində Əbdül­məcid, bașqa mələklər nəzdində Əbdülhəmid, Ənbiya nəzdində Əbdülvəhhab, Şeytanlar üçün Əbdülqəhhar, Cinlər nəzdində Əbdürrəhim, dağlar üçün Əbdülxaliq,  quru ərazilərlə bağlı Əbdülqadir, dənizlər üçün Əbdülmuheymin, balıqlar üçün Əbdülquddus, həșərat üçün Əbdülğiyas, vəhși canlılar üçün Əbdülbaqi; yırtıcı canlılar üçün Əbdüssalam, (dörd ayaqlı) heyvanlar üçün Əbdülmumin, qușlar üçün Əbdülğaffar, Tövratda Muz Muz, İncildə Tab Tab, Suhufda Aqib, Zəburda Faruq, Allah nəzdində Ta-Ha və Ya-Sin, möminlər üçün Muhəmməddir (s). Künyəsi Əbül-Qasimdir. (Məvahibul-Lədunniyyə, 1/373)

 

11.  Adının çəkilməsinin haram olması

Peyğəmbərimiz (s): Onun adı Mənim adımdan olacaqdır müjdəsini vermişdir. Bunu bütün müsəlmanlar və həmçinin xəlifələr bilirdilər. Ona görə həmin zamanda bu adda birinin dünyaya gəlməsini gözləyirdilər və Onu da digər İmamlar kimi öldürməyə çalışırdılar. Buna görə də Onun adının çəkilməsi haram buyrulmuşdur və başqa ləqəblərlə ünsiyyət qurulmuşdur. Bunun əksinə bir hədis olmadığı üçün bugün də bu prinsipin qorunması üstünlük təşkil edir.

Həmçinin Peyğəmbərimizdən (s) olan hədislərin çoxunda adı yox məhz ləqəbləri və xüsusən Məhdi ləqəbindən daha çox istifadə olunmuşdur. Hətta adı Mənim adımdan dedikdə belə Onun adını çəkməmiş və yalnız işarə etmişdir. Həmçinin Peyğəmbərimizin (s) dilindən olan hədislərdə Onun müjdələnməsi adı ilə yox ləqəbləri ilə təqdim olunmuşdur. Bunun özünün hikmətləri vardır.

Əlavə olaraq Onu qeyd edək ki, təqib olunan birinin adının çəkilməməsi tam normal bir haldır. Buna təəcüblənməyin özü isə qərəzlidir.

 

12.  Qeybət dövrü olmayacaq iddiası

Cabir ibn Abdullah Ənsari nəql edir: Rəsulullah (s) belə buyurdu: Məhdi Mənim övladlarımdandır, adı Mənim adım, künyəsi Mənim künyəmdir. O, yaradılış və əxlaq baxımından insanların mənə ən çox bənzəyənidir. Onun üçün ümmətlərin azacağı bir qeybət və heyrət dönəmi olacaqdır. Sonra gecənin qaranlığını dərən parlaq bir ulduz kimi gələcək. Yer üzünü zülüm və haqsızlıqla dolduğu kimi ədalətlə dolduracaqdır. (İbrahim ibn Muhəmməd Himvini Cuvəyni Fəraidus səmteyn c.2, səh. 433)

İbn Abbas deyir: Rəsulullah (s) belə buyurdu: Əli ibn Əbu Talib, ümmətimin İmamı və Məndən sonra onlar üzərindəki xəlifəmdir. Yer üzünü zülm və haqsızlıqla dolduqdan sonra ədalətlə dolduracaq olan gözlənilən Qaim Onun övladlarındandır. Məni haqq üzrə müjdələyici və xəbərdar edici olaraq göndərənə and olsun ki, qeybət zamanında onun imamətinə inancda sağlam olanlar “kibriti əhmərdən” (qızılı saflaşdıran maddə) daha əzizdir. Bundan sonra Cabir ibn Abdullah Ənsari ayağa qalxaraq belə dedi: Ey Allahın Rəsulu Sənin övladlarından olan Qaim (ə.f.) üçün qeybət varmı?  Rəsulullah (s) buyurdu: Rəbbimə and olsun ki var. Allah inananları imtahan edəcək və kafirlərin kökünü kəsəcək. Ey Cabir! Bu Allahın əmrindən bir əmr və Allahın sirrindən bir sirdir, bilgisi bəndələrinə bağlanmışdır. Əsla Allahın əmrində şəkkə düşmə ki, bu küfrdür. (İbrahim ibn Muhəmməd Himvini Cuvəyni Fəraidus səmteyn c.2, səh. 533, Şeyx Süleyman Əl Hənəfi Ə Qunduzi, Yənabiul Məvəddəh, səh.844)

 

13. Uzun ömürlü olması şübhəsi

İlahi bir şəxsin uzun ömürlü olmasına şübhə etmək, ilahi qüdrətə, peyğəmbərlərə və Qurana şübhə etməkdir.

Biz Nuhu öz qövmünə (peyğəmbər) göndərdik. O, min ildən əlli il az bir müddət ərzində onların arasında qaldı. Tufan onları zülm etdikləri zaman yaxaladı. (Ənkəbut 14)

 

14.  İntizar

Allahın Rəsulu (s) buyurmuşdu: Ən üstün ibadət fərəcin intizarıdır. (Sünəni Tirmizi, c.5, səh.532, hədis 3571)

Hətta onun doğulmamasına belə inansalar intizar lazımdır.

Onlar deyirlər: “Niyə ona Rəbbindən bir nişanə endirilməyib?” De: “Qeyb ancaq Allaha aiddir. Gözləyin, şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm”. (Yunis ayə 20)

Peyğmbərin (s) özü də müntəzir olduqdan sonra, belə bir şeyi qəribə göstərməyin özü qəribədir.

 

15.  Məsumluq şübhəsi

Əhli sünnət Peyğəmbərimizi (s)  belə məsum bilmədiyi halda İmam Məhdini (ə.f.) məsum bilməməsi təəccüblü deyildir. Ancaq Quran açıq aşkar Onların pak olduğunu deyir.

Ey əhli-beyt! Allah sizdən günahı yox etmək və sizi tərtəmiz (pak) etmək istəyib! (Əhzab 33)

 

16. Quran gətirəcək iddiası

Heç bir mənbədə yoxdur ki, İmam Məhdi (ə.f.) yeni Quran gətirəcək. Bu təhrif olunmuş ifadədir. Sadəcə indiki halda Quranın ayələrinin mənaları haqqında ixtilaflar olduğu halda, O gələndən sonra bu ixtilaflar aradan qalxacaqdır.

 

Furqan 30

Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək.

 

Qəmər 17

Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?

Göründüyü kimi biz hal hazırda Qurandan-yəni onun mənalarını düzgün başa düşməkdən uzaq düşmüşük. Nəticədə nəinki məzhəblər arasında hətta eyni məzhəbin alimləri arasında belə ayələrin mənası barəsində ixtilaflar vardır. Bu ixtilaflar, yalnız Həzrəti Məhdi (ə.f.) zühur etdikdən və ayələri olduğu kimi bizə izah etdikdən sonra bitəcəkdir. Ola bilər ki, biz öz gətirdiyimiz mənalara o qədər aludə olaq ki, O Həzrət (ə.f.) həqiqəti gətirəndə biz ona təəccüblənək və O yeni Quran gətiribdir deyək. Ola bilər əhli sünnət bu ifadəni təhrif və mübağilə edərək təqdim etmək istəyib.

 

17.  Şəriət gətirəcək iddiası

Bəsit iddialardan biri Onun yeni şəriət və Davudun şəriətini gətirəcəyini demələridir. Əvvəlcə onu qeyd edək ki, Davudun şəriəti də Allahın şəriətidir və batil şəriət deyil. Ancaq yeni şəriət gətirəcəyi iddiası da tamamilə yalandır. Şiə mənbələrində kifayət qədər hədislər vardır ki, O Peyğəmbərin (s) sünnətini davam etdirəcəkdir.

Həzrəti Muhəmməd Peyğəmbər (s) buyurub: “Onun (Məhdinin (ə.f.)) sünnəti elə mənim sünnətimdir. İnsanları Mənim dinimə və şəriətimə tərəf qaldırar. Və onları Allahın (c.c.) kitabına tərəf dəvət edər.” (Kəmalud din, c.2, səh. 411)

Sadəcə olaraq qeybət dövründə din barəsində o qədər ixtilaflar yaranıb və yalanlar əlavə olunub ki, O həqiqi dinlə gələndə insanların çoxu o yeni şəriət gətirib iddiasını irəli sürəcəklər. Ola bilsin ki, əhli sünnət sözləri qarşı-qarşıya gətirərək bu qənaətə gəliblər.

Camaatın doğru yolu öz nəfsinə çevirəcəyi (yəni-Həzrəti Muhəmmədin (s) şəriətindən əl çəkərək öz nəfsi istəklərinin arxasınca gedəcəkləri) vaxt (İmam Məhdi (ə.f.) qeyb pərdəsinin arxasından çıxaraq) həvayi-nəfsi doğru yola və qurtuluşa yönəldəcək. Camaatın Quranı öz düşüncə və rəyinə çevirdiyi vaxt, rəyi Qurana qaytaracaq…  (İmam Əli (ə), Nəhcül bəlağə 138-ci xütbə)

 

Əhli sünnətin Həzrəti Məhdi (ə.f.) haqqında gətirdiyi iradlara cavab (1-8)

https://vedolunmus.com/az/posts/get/60

Paylaş

Populyar

İmam Zamanı (ə.f.) dua et!

İlahi Əzuməl Bəla (Fərəc duası)

Yəmani və zühurun əlamətləri

Yəmani və zühurun əlamətləri

Saxta peyğəmbərliyə cavablar

Ən üstün Peyğəmbərdən sonra peyğəmbər gələ bilərmi?

Şübhələrə cavab

Əhli sünnətin Həzrəti Məhdi (ə.f.) haqqında gətirdiyi iradlara cavab (1-8)

Bəhailik (Babilik)

Qəzvinli Zərrintac Tahirə kimdir? (Bəhailiyin təbliğ metodikasına nümunə qadın)

Şübhələrə cavab

Əhli Sünnəyə görə itaəti vacib olan və ondan üz döndərməklə küfrə səbəb olacaq şəxs üçün zəmanəmizin imamı kimdir?

İmam Məhdinin (ə.s.) həyatı

Həzrəti Məhdinin (ə.s.) ləqəbləri

İmam Məhdinin (ə.s.) həyatı

Atası İmam Həsən Əskəri (ə.s.)

İmam Zamanın (ə) qeybə çəkilməsi

Peyğəmbərlərin qeybi

Şübhələrə cavab

İmam Zamanın (ə.f.) bizə nə kimi faydası vardır?