Həzrəti Məhdini (ə.f.) inkar edən kafirdir

 

Cabir ibn Abdullah Ənsari nəql edir; Həzrəti Muhəmməd Peyğəmbər (s) buyurub:

من كذب بالمهدي فقد كفر

Hər kəs (Həzrəti) Məhdini inkar edərsə, kafirdir. (Muntəxəbul əsər, səh.149)

 

Sünni mənbələri

Əl-Burhan fi əlaməti Məhdi axirəz-zaman səh.170, hədis 2

Fəraidus səmteyn c.2 səh.334. hədis 585

Müqəddimeyi ibn Xaldun səh.321

Əqdur durər səh.157

Yənabiul Məvəddəh c.3, səh. 108

Əl-ərful-vərdi fi əxbaril-Məhdi, Cəlaləddin Suyuti, cild 2, səh. 161

Biz bu hədisə iki baxışdan baxa bilərik

Birinci baxış - Məhdi, yəni ümumiyyətlə bir xilaskarın, hidayət edənin gəlib dünyanı ədalətlə doldurması anlayışını qəbul etmək.

Bu inancı; xristianlar, yəhudilər hətta bütpərəstlər və digər inanclar da qəbul edirlər. Nəticə etibarı ilə bir xilaskarın gəlməsini qəbul etməyən yeganə nəzər ateizmə məxsusdur. Ateizm bu inancdan əvvəl də Allahı qəbul etmədiyi üçün onsuzda kafir idi. Ancaq qəbul edək ki, bu hədis hər hansı bir kafiri, kafir etmək üçün gəlməyibdir. (Bu baxışla baxsaq hədisin mənası yoxdur)

İkinci baxış - Həzrəti Məhdi (ə.f.), Həzrəti Muhəmməd peyğəmbərin (s) nəslindəndir, 12 İmamın 12-cisi olmaqla İmam Əlinin (ə) övladlarındandır, 11-ci İmam Həzrəti Həsən Əskərinin (ə) və Xanım Nərcisin (ə) oğludur.

Hər kəs bu Məhdini (ə.f.) inkar edərsə kafirdir. Qəbul edək ki, hədis bu Məhdini (ə.f.) inkar edən üçün gəlmişdir. Əvvəlcədən kafir olan və Allahı qəbul etməyən üçün gəlməyibdir. Həmçinin xristianlar, yəhudilər və əhli sünnət öz mənbələrinə əsaslanaraq məhz bu Məhdiyə (ə.f.) inancı nəzərdə tutmuşdurlar. Bütün etiqadların əsasında bu Məhdi (ə.f.) qeyd olunmuşdur. Sadəcə olaraq sonradan ola bilər ki, fərdlər buna dəyişiklik etsinlər. Necə ki, peyğəmbərlərə inanclarda sonradan dəyişiklik olunmuşdur.

Misal: Yəhudilər sonrakı Peyğəmbərin Həzrəti İsa (ə) olduğunu dəqiq bildikləri halda inad üzərindən Onu qəbul etmədilər və etiqadlarında dəyişiklik etdilər. Həmçinin xristianlar sonrakı Peyğəmbərin Həzrəti Muhəmməd (s) olduğunu dəqiq bildikləri halda yenə inad üzərindən Onu qəbul etmədilər və etiqadlarında dəyişiklik etdilər.

 

Həzrəti Məhdini (ə.f.) inkar etmək iki cürdür

Birinci; Onun varlığını inkar etmək, yəni 11-ci İmam Həsən Əskərinin (ə) oğlu və 12-ci İmam olduğunu inkar etmək.

İkinci; Ümumilikdə Məhdilik anlayışını inkar etmək.

Əgər ikinci mənanı əsas götürsək, o zaman heç kəs kafir deyildir. Çünki bütün inanclar bir xilaskarın gəlməsini gözləyirlər. Həmçinin hədis müsəlmanlar üçün gəlib, əvvəldən kafir olana yenidən kafir olacaqsan demək düzgün ifadə deyildir.

Deməli birinci mənanı;12-ci İmamın varlığının-inkarını əsas götürərək, bu hədisin mənasını müsəlmanlar və Allaha inananlar arasında axtarmalıyıq.

Eyni zamanda onu qeyd edək ki, Peyğəmbərimiz (s) xəyali və bilinməyən bir şəxsin inkarına və Ona inanmağı tələb etməyə görə heç kəsi kafir adlandırmaz. Əks halda o hansı Məhdidir? hansı Məhdini qəbul edək?  hansı Məhdini inkar edək?  kimi suallarla bizi baş-başa qoyub çaşdırması haqdan olardı.

Həzrəti Məhdini (ə.f.) inkar edən necə kafir olur?

Məlum oldu ki, Həzrəti Məhdini (ə.f.) inkar edən, atası İmam Həsən Əskəri (ə) olmaqla Onun varlığını inkar edəndir. Belə ki, Həzrəti Məhdinin (ə.f.) varlığını və doğulmağını inkar etmək 11 İmamın varlığnı inkar etməkdir. 11 İmamın varlğını inkar etmək isə Peyğəmbərimizin (s) varlığını inkar etməkdir. Peyğəmbərimizin (s) varlığını inkar etmək bütün peyğəmbərləri, yaradılışı və Allahı inkar etməkdir. Beləliklə Həzrəti Məhdinin (ə.f.) varlığını inkar etmək Allahı inkar etməkdir. Və kafirlərdən başqa heç kəs də Onun varlığnı inkar etmirlər. Nə xristianlar, nə yəhudilər, nə də əhli-sünnət Həzrəti Məhdinin (ə.f.) varlığını əslində inkar etmirlər. Həm xristian mənbələrində-İncildə, həm yəhudi mənbələrində-Tövratda, həm sünni mənbələrində Həzrəti Məhdinin (ə.f.) varlığı inkar olunmamışdır. Hətta həmin mənbələrdə 12 İmam və Onun 12-ci olduğu da vurğulanmışdır. Deməli mənbə və etiqad cəhətindən həm xristianlar, həm yəhudilər və əhli sünnət Həzrəti Məhdinin (ə.f.) varlığını və Onun məlum şəxs olduğunu qəbul edirlər.

Ancaq görəsən Peyğəmbərimiz (s) bu hədisi deyərkən daha çox nəyi nəzərə alıb ki, bunu ciddi və sərt şəkildə ifadə etmişdir. Bu etiqadlarda, Məhdilik anlayışına fərdi şərhlər verərək, elə həmin inanclar daxilində və ya o inanclardan çıxıb müstəqil inanc olmaqla; Məhdinin ya 12 İmamdan olmadığını, ya hələ doğulmadığını, ya doğulub öldüyünü, ya bir neçə Məhdinin olduğunu deməklə formalaşan yanlış fikirlərin qarşısını almaq üçündür. Bu etiqadların daxilində olan inanclar deyilən ifadələri işlətməklə kafir olmuş olurlar.

Əhli sünnət etiqad və mənbə cəhətindən Həzrəti Məhdinin (ə.f.) doğumunu qəbul etsələr də, ancaq ikrah üzərindən bunu inkar edənlər də vardır. Buna görədir ki, əhli-sünnət alimlərinin içərisində kəskin ziddiyyətlər yaranmışdır. İş o yerə çatıb ki, nəinki bir firqənin alimi ilə digər bir firqəninin alimi arasında ixtilaflar yaranmış, hətta tək-tək alimlər arasında bu ziddiyyətlər mövcuddur. Nəticədə bir-birilərini belə təkfir etməkdən çəkinməmişlər. Yəqin indi Peyğəmbərimizin (s) hədisinin mənasını başa düşdünüz. Ancaq təəssüf olsun ki, sünni alimləri yenə də özləri bir-birilərini təkfir edirlər.

 

İndi əhli-sünnəti buna görə kafir saymaq olarmı?

Necə ki, xristian və yəhuidlər əhli kitab olduğundan kafir deyillər, əlbətdə əhli-sünnət də müsəlman və əhli kitab olduğundan kafir sayılmırlar. Çünki onlar da etiqad cəhətindən əslində Həzrəti Məhdini (ə.f.) və Onun 12 İmamdan olduğunu qəbul edirlər. Sadəcə olaraq bəziləri cahillik üzündən fərqli mənalar əlavə etməkdədirlər. Ancaq Peyğəmbərimizin (s) hədisinə görə dinindən, etiqadından, məzhəbindən, əvvəli sünni və şiə olmasından asılı olmayaraq hal hazırda Həzrəti Məhdiyə (ə.f.) inanmayıb, yeni məzhəb və dinlər gətirən şəxslər; Onun doğulub və ölməsini, həmçinin bundan sonra da Məhdi olmayacaq deyənlər, kafir hesab olunur. (Qadiyani, Bəhai, Qəhtani kimilər)

 

Quranda

Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra (nazil etdiyimiz ) kitablarda da yazmışdıq ki, yer üzünə Mə­­nim saleh bəndələrim varis olacaqlar. (Ənbiya 105)

 

Hədisdə

İmam Baqir (ə) buyurub: “yer üzünə Mə­­nim saleh bəndələrim varis olacaqlar”dan məqsəd İmam Məhdi (ə.f.) və Onun köməkçiləridir.” (Qummi təfsiri, c.2, səh.52)

 

Əhli sünnətdə

255-ci ildə M.u.h.ə.m.m.ə.d ibnil Həsən Əskəri (ə) dünyaya gəldi, “rafizilər” onu Xələf, Höccət, Məhdi, Muntəzər və Sahibəzzaman ləqəbi veriblər, o, 12 imamın 12-cisidir. (Əl-İbər fi xəbər mən ğəbər, cild 1, səh. 381)

 

Tövrat və İncildə

Əhdi Ətiq (Tövrat və Zəbur) 

Bölüm 11 və 6-9 ayələri Həzrəti Məhdinin (ə.f.) gəlişinə aiddir

 

İncildə

Romalılar 15-ci bölüm

 

 

 

 

Paylaş

Populyar

İmam Zamanı (ə.f.) dua et!

İlahi Əzuməl Bəla (Fərəc duası)

Bəhailik (Babilik)

Qəzvinli Zərrintac Tahirə kimdir? (Bəhailiyin təbliğ metodikasına nümunə qadın)

İmam Məhdinin (ə.s.) həyatı

Atası İmam Həsən Əskəri (ə.s.)

Şübhələrə cavab

Əhli Sünnəyə görə itaəti vacib olan və ondan üz döndərməklə küfrə səbəb olacaq şəxs üçün zəmanəmizin imamı kimdir?

Yəmani və zühurun əlamətləri

Yəmani və zühurun əlamətləri

Şübhələrə cavab

İmam Zamanın (ə.f.) bizə nə kimi faydası vardır?

İmam Məhdinin (ə.s.) həyatı

Госпожа Нарджис Хатун (с.а)

Saxta peyğəmbərliyə cavablar

Ən üstün Peyğəmbərdən sonra peyğəmbər gələ bilərmi?

Şübhələrə cavab

Niyə namaz qılmırıq?

Şübhələrə cavab

Əhli sünnətin Həzrəti Məhdi (ə.f.) haqqında gətirdiyi iradlara cavab (1-8)