Bəhailik missioner təşkilatdırmı?

Missioner təşkilatların aktiv zamanları və şəraitləri

 

 

Adətən müharibələr, aclıq və xəstəliklərin yayılması, missioner təşkilatların fəaliyyətini artırır. Çünki, belə bir vəziyyət onlar üçün münbit şərait hazırlayır. Hətta bəzi dönəmlərdə, süni şəkildə yaradılan müharibələr, qıtlıq və xəstəliklərin səbəbi məhz elə bu ideologiyaların təbliği üçün təşkil edilir. Əsasən də bir xilaskarın gəlib bu çətinliklərdən bizi qurtarması etiqadından istifadə edərək saxta Məhdilik, saxta Məsihilik, saxta peyğəmbərlik iddialarını ortaya atmaqla saxta dinlər və batil inanclar yaratmış olurlar. Nəticədə insanların maddi və mənəvi çətinliklərindən yararlanıb sui-istifadə edərək onlara təbliğ edirlər. Üstəlik bu təşkilatlar elə müharibələrin, qıtlıqların və xəstəliklərin yaranmasına səbəb olan böyük qurumlar və şirkətlər tərəfindən idarə olunur və ya ciddi şəkildə dəstəklənirlər. Məhz elə onların tərəfindən missionerlik vəzifələrini yerinə yetirirlər. Əvəzində isə bu missoner təşkilatlar hədəfdən yayınmaq və ətraflarına daha çox kütlə və imic cəlb etmək üçün, sülh və ədalətin bərpa olunması, bərabərliyin təmin edilməsi, bütün dinlərin bir olması kimi şirin ifadələrdən istifadə edirlər. Halbuki hal-hazırda real şəraitdə bunların yerinə yetirilməsi təmin olunmamış, daha da vəziyyət gərginləşmişdir. Bu tipli təşkilatlar qədim və yaxın zamanlarda da mövcud olmuşdur və bundan sonra da davam edəcəyi, yeni-yeni inanc təşkilatlarının formalaşması gözləniləndir.

 

 

Hal-hazırda bu sahədə, xüsusən missionerlik fəaliyyəti ilə məşğul olan və böyük şirkətlər tərəfindən idarə olunan təşkilatlardan biri də Bəhailikdir.

 

 

Bəhailiyin həm tarixinə, həm də indiki zamanına nəzər etsək, onların missionerlik fəaliyyəti ilə məşğul olduğlarını görərik. Xüsusilə missionerlik fəaliyyətinin daha çox qərb ölkələri tərəfindən təşviq edildiyinə diqqət etsək, Bəhailiyin də məhz bu ölkələrlə olan ciddi və isti münasibəti bu fəaliyyətlərini danılmaz edir.

 

 

İngiltərə krallığının Əbdül Bəhaya etdiyi xüsusi diqqət və qayğı, onların missionerlik məqsədlərini ortaya qoyur.

 

 

Əbdül Bəha isə özlüyündə İngiltərəyə etdiyi xidmətlərə görə ingilis generalı Allenbay tərəfindən Ser (əsil, nəcib) və Knighthood (qəhrəman) medalı ilə təltif olunmuşdur. Bu tədbir əsgər qaravulu və təntənəli şəkildə təqdim olunmuşdur. (Qərni Bədii, səh. 299, Məkatib c.3 səh.347)

 

 

Əbdül Bəhanın İngiltərəyə etdiyi xidmətlərdən biri, Fələstində qıtlıq olduğu zaman, gizlin buğda anbarını ingilis ordusuna təqdim etməsidir.

 

 

Əbdül Bəhanın ingilislər üçün başqa xidməti 1-ci Dünya Müharibəsi ərəfəsində Fələstində ingilislər üçün cəsusluq etməsidir. Əbdül Bəhanın cəsus olduğunu Osmanlı qüvvətləri komandiri Camal Paşa bildikdə, onun Karmel dağında edam edilməsinə qərar verdi. (Qərni Bədii c.3 səh 297-298). Bu xəbər ingilis təhlükəsizlik təşkilatı tərəfindən İngiltərəyə çatdırılınca Lord Balfour (İsrail rejiminin quruluşundakı mühüm roluna görə tarixdə məşhurdur) Xarici İşlər Nazirliyi tərəfindən ingilis ordu komandiri general Allenbaya Əbdül Bəhanın canının qorunması üçün teleqraf göndərdi. General Allenbay Hayfa cəbhəsindəki qüvvətlərə Əbdül Bəhanın, ailəsinin və dostlarının canını mühafizə etmələri üçün əmr verdi! Hayfa müharibəsindən sonra general Allenbay, Londona bir teleqraf göndərərək Əbdül Bəhanın sağ olduğunu elan etdi! (Qərni Bədii kitabı cild:3, səh 296-297)

 

 

Bu faktlardan aydın olur ki, Bəhailik öz inkişafında qərb ölkələrinə borcludur və bunun müqabiləndə, xüsusilə qərb ölkələri, Bəhailikdən istədiyi zaman missionerlik fəaliyyətini tələb edə bilərlər.

 

 

Həmçinin müasir dövrümüzdə də Bəhailik bu ənənəni davam etdirməkdədir. Beləki, bəhailər iri şirkətlərin dəstəyi ilə, inkişaf proqramlarından istifadə edərək bir təşkilat kimi mövcud şəraitdən-yəni insanların düşdüyü çətinliklər və ruhi sıxıntıları nəticəsində bir inanca sığınma duyğusundan-istifadə edərək müxtəlif təbliğat proqramları təqdim etməkdədirlər. Bu təbliğat proqramları əsasən vəzifəli şəxslər, sosial və mənəvi çətinliyi olan gənclər, yeniyetmə və uşaqlar üzərində daha çox əks olunur.

 

 

Bu təbliğatları edərkən də mütləq, siz Bəhailiyi qəbul edin demirlər. Yəni müəyyən üsullardan istifadə edərək, üzdə hədəf göstərmədən təlqin yolu-hər hansı bir fikri, əqidəni, hissi qəbul etdirmək üçün birinin iradəsinə, psixikasına təsir etmə, beyninə yeritmə-ilə taktiki və texniki üstünlük əldə etməklə şüur altında və manipulyasiya edərək təsir edirlər.

 

Qeyd edək ki, bu xüsusiyyətlər təkcə Bəhailiyə aid deyil, eyni zamanda başqa cərəyanlar da bu yollardan istifadə edə bilərlər. Bu kimi hallarla rastlaşdıqda xüsusi ilə diqqətli olmağımız tövsiyyə olunur.

Paylaş

Populyar

İmam Məhdinin (ə.s.) həyatı

Atası İmam Həsən Əskəri (ə.s.)

Bəhailik (Babilik)

Qəzvinli Zərrintac Tahirə kimdir? (Bəhailiyin təbliğ metodikasına nümunə qadın)

Şübhələrə cavab

İmam Zamanın (ə.f.) bizə nə kimi faydası vardır?

Saxta Məhdilik nədir?

Həzrəti Məhdi (ə.f.) | doğulmayıb və doğulacaq şübhəsi

Saxta Məhdilik nədir?

Allahumə Aslih duası

Saxta peyğəmbərliyə cavablar

Həqiqi peyğəmbəri yalançı peyğəmbərlik iddiası edəndən necə seçək?

İmam Məhdinin (ə.s.) həyatı

Госпожа Нарджис Хатун (с.а)

Saxta Məhdilik nədir?

Niyə özünüzə Mehdi seçmirsiniz?

Saxta Məhdilik nədir?

İftitah, İmam Zaman (ə.f.)

Şübhələrə cavab

Əhli Sünnəyə görə itaəti vacib olan və ondan üz döndərməklə küfrə səbəb olacaq şəxs üçün zəmanəmizin imamı kimdir?