İmam Zaman (ə) və Peyğəmbərlərin qeybi

 
İslam tarixindən məlumdur ki, Vədolunmuş şəxs 12-ci İmam Həzrəti Məhdi (ə.f.) dünyaya gəlmiş və daha sonra Allahın iradəsi ilə qeybə çəkilmişdir. Qeyb dövrünün başlanması və onun uzun çəkməsi bir sıra əqidə və fikirlərdə, qeybin ümumiyyətlə mümkün olmadığına və belə bir tərzin əsassız olma qənaətinin yaranmasına səbəb olmuşdur. Lakin, biz elə həm tarixdə həm də Quarani-Kərimdə bir sıra peyğəmbərlərin (ə.s.) və sıravi şəxslərin qeybə çəkildiyini görürük.
 
Həzrət Xızırın (ə.s.) qeybi (Əhzab surəsi, ayə 60-82)
Həzrəti Xızır (ə.s.) o şəxsdir ki, əksər müsəlmanların etiqadına görə  bizim dövrümüzdən  əsrlər öncə, habelə Musa peyğəmbərin (ə.s.) zamanında yaşamış və bu günümüzə qədər yaşamaqdadır. Mütəxəssislərin rəyinə əsasən onun yaşayış yeri məlum deyil.  Bəzi şəxslər qeyd edir ki, Xızır (ə.s.) camaata görsənmişdir, amma kimsə onu tanımamışdır. Onu görən kəs zahid bir adamı gördüyünü güman etmişdir. Ondan ayrılan zaman bilmişdir ki, həmin zahid kəs elə Xızırın (ə.s.) özüdür. Lakin görüş əsnasında Xızırı (ə.s.) heç vaxt tanımamış, hətta Xızır (ə.s.) ola biləcəyini güman belə etməmişdir. Onu da xüsusi qeyd etmək lazımdır ki, Həzəti Xızır (ə.s.) ən uzun müddət qeybdə olmuş şəxsdir və həmçinin bu qeyb dövrü davam etməkdədir.
 
 
Həzrəti Musa peyğəmbərin (ə.s.) qeybi
Həzrəti Musa peyğəmbər (ə.s.) Firon və dəstəsinin əlindən öz vətəninə qaçdı. Qurani-Kərimdə Qəsəs surəsinin 21-ci ayəsindən başlayaraq Həzrəti Musa peyğəmbərin (ə.s.) qeyb əhvalatı qeyd olunmuşdur. Bir müddətə qədər  (10  il ) heç kəsin əli ona çatmamış və heç kəs onu tanımamışdır. Nəhayət, Allah onu Bəni-İsrailə peyğəmbər olaraq göndərmişdir.
 
Həzrəti Yusif peyğəmbərin (ə.s.) qeybi
Qurani-Kərimin Yusif surəsində demək olar ki, əsasən Həzrəti Yusif peyğəmbərin (ə.s.) qeyb əhvalatı nəql olunur. Həzrəti Yusifin (ə.s.) xəbəri hətta Allahın peyğəmbəri olan, gecə-gündüz vəhy alan atası, Həzrəti Yəqubdan (ə.s.) da gizli idi. Həmçinin, Həzrəti Yəqubun (ə.s.) övladlarından da məxfi qaldı. O vaxta qədər ki, qardaşları Həzrəti Yusifin (ə.s.) yanına gedib onunla müamilə etmiş oldular. Hətta bu muamilə əsnasında da onu tanımadılar. Nəhayət illər keçdi və Allah Həzrəti Yusifin (ə.s.) üzərindən qeyb pərdəsinini qaldırdı, onun xəbərini üzə çıxartdı, atası və qardaşları ilə bir araya gətirdi.
 
İmam Zamanın (ə.s.) qeyb məsələsi ən çox Həzrəti Yusifin qeyb məsələsi ilə uyğunlaşdırılır. Necə ki insanlar Həzrəti Yusifi (ə.s.) görürdülər, ancaq onu tanımırdılar eləcə də biz bəzən İmam Zamanı (ə.s.) görürük, ancaq tanımırıq və tanımamaqlığımız o zamana kimidir ki, tanınmalarını özləri istəmiş olsunlar. Başqa bir oxşar xüsusiyyət bundan ibarətdir ki insanlar Həzrəti Yusifi (ə.s.) tanımasalar və bilməslər belə Həzrəti Yusif (ə.s.) onlara kömək və rəhbərlik edirdi. Biz də İmam Zamanı (ə.s.) tanımasaq və görməsək belə O, bizə kömək və rəhbərlik edir.
 
Həzrəti Yunis peyğəmbərin (ə.s.) qeybi
Həzrəti Yunisin (ə.s.) ümməti ona qarşı çıxdı və haqqını tapdaladılar. Həzrəti Yunis (ə.s.) onların arasından elə şəkildə məxfi oldu ki, hətta bir nəfər belə onun yerini bilmirdi. Allah onu bir balığın qarnında gizlətdi. Nəhayət, bir müddət keçdi və Allah onu camaata, öz qövmünə qaytardı və onları bir yerə yığdı. Saffat surəsi, ayə 139-dan başlayaraq Həzrəti Yunis peyğəmbərin (ə.s.) qeyb əhvalatı barədə qeyd olunmaqdadır.
 
Əshabi-Kəhfin qeybi
Kəhf surəsi 9-cu ayədən başlayaraq 26-cı ayəyə qədər Əshabi-Kəhfin qeyb hadisəsi qeyd olunmuşdur. Əshabi-Kəhf öz zamanında olan insanların Allahdan başqasına ibadət etdiklərini görüb öz qövmlərini tərk etdilər. Allah da onları mağarada 309 il qeybdə saxladı. Əshabi-Kəhfin qeybinin İmam Zamanın (ə.s.) qeybi ilə əsas oxşar cəhətlərindən biri insanların İmam Zamanı (ə.s.) tanımaması səbəbindən Onun, amanda qalmasıdır.
 
Burada bir neçə nümunə göstərdikdən sonra ümumən qeybin mümkünlüyünü, xüsusən də İmam Zamanın (ə.s.) qeyb dövrünü şübhə altına salaraq inkar etmək və bu cür mühüm məsələni qəbul etməmək Qurani-Kərimdə dəfələrlə qeyd olunan qeyb əhvalatlarının da inkarına səbəb olur. Qurani-Kərimin ayələrindən məlum olur ki zaman-zaman Allah müxtəlif hikmətlər səbəbindən Öz peyğəmbərlərini (ə.s.) və eləcə də digər imanlı şəxsləri qeybə çəkmişdir. Əgər İmam Zamanın (ə.s.) dünyaya gəldiyi dönəmə diqqət etsək o dövrdə olan zalım xəlifənin onu öldürmək əmrini verməsi, İlahi Höccətin qeybə çəkilməsinin zəruriliyini görmüş olarıq. Allahın hikməti ilə əlaqədar və insanların hələ bu zühura hazır olmaması səbəbindən bu qeyb günümüzə qədər uzanmaqdadır.

 

 

 

Paylaş

Populyar

İmam Zamanı (ə.f.) dua et!

İlahi Əzuməl Bəla (Fərəc duası)

Yəmani və zühurun əlamətləri

Yəmani və zühurun əlamətləri

Saxta peyğəmbərliyə cavablar

Ən üstün Peyğəmbərdən sonra peyğəmbər gələ bilərmi?

Şübhələrə cavab

Əhli sünnətin Həzrəti Məhdi (ə.f.) haqqında gətirdiyi iradlara cavab (1-8)

Bəhailik (Babilik)

Qəzvinli Zərrintac Tahirə kimdir? (Bəhailiyin təbliğ metodikasına nümunə qadın)

Şübhələrə cavab

Əhli Sünnəyə görə itaəti vacib olan və ondan üz döndərməklə küfrə səbəb olacaq şəxs üçün zəmanəmizin imamı kimdir?

İmam Məhdinin (ə.s.) həyatı

Həzrəti Məhdinin (ə.s.) ləqəbləri

İmam Məhdinin (ə.s.) həyatı

Atası İmam Həsən Əskəri (ə.s.)

İmam Zamanın (ə) qeybə çəkilməsi

Peyğəmbərlərin qeybi

Şübhələrə cavab

İmam Zamanın (ə.f.) bizə nə kimi faydası vardır?