İmam Zaman (ə.f.) Quranda (1)
Bəqərə 2-3, Bəqərə 148, Bəqərə 155, Ali-İmran 83, Ənam 44, Ənam 89, Ənam 158
Bəqərə 2-3
ذٰلِكَ الكِتابُ لا رَيبَ ۛ فيهِ ۛ هُدًى لِلمُتَّقينَ
الَّذينَ يُؤمِنونَ بِالغَيبِ وَيُقيمونَ الصَّلاةَ وَمِمّا رَزَقناهُم يُنفِقونَ
Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır
O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər
Davud ibn Kəsir Rəqqi İmam Sadiqin (ə) Allah-taalanın “O kəslər ki, qeybə inanarlar” kəlamı barədə belə buyurduğunu nəql etmişdir: “(Yəni) kim Qaimin qiyamının haqq olduğunu qəbul edərsə”.
(Kəmaluddin c.2 səh.340, Biharul-Ənvar c.51, səh.52, İsbatul-Huda c.5, səh.72)
Yəhya ibn Əbülqasim deyib: “İmam Sadiqdən (ə) Allahtaalanın “Əlif lam mim. Bu, heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən Kitabdır. O kəslər ki, qeybə inanarlar” kəlamı barədə soruşdum”. Buyurdu: “Müttəqilər (İmam) Əlinin (ə) şiələri, qeyb isə qeybə çəkilən höccətdir”.
(Kəmaluddin c.2 səh.340, Biharul-Ənvar c.51, səh.52, İsbatul-Huda c.5, səh.72)
Bəqərə 148
أَيْنَ مَا تَكُونُوا يَأْتِ بِكُمُ اللَّهُ جَمِيعًا
Harada olursunuz olun, Allah sizin hamınızı bir yerə toplayacaqdır
Müfəzzəl ibn Ömər belə rəvyət edir: Əbu Əbdullah İmam Sadiq (ə) buyurdu: İmama (Qaimə) izin verildiyi zaman Allahı, Onun ibranicə olan adı ilə çağıracaq. Bundan sonra üç yüz on üç nəfər səhabəsi Onun üçün payız buludları kimi hazır ediləcəklər. Onlar bayraqlar sahibləridir. Onların arasında elələri olacaq ki, gecə ikən yataqlarında yoxa çıxıb, səhəri Məkkədə açacaqlar. Elələri də olacaq ki, gündüz vaxtı buludlarda yol getdikləri görüləcək. Onlar adları, atalarının adları, xüsusiyyətləri və nəsəbləri ilə tanınacaqlar. Mən soruşdum: Sizə fəda olum, onlardan hansı biri imanda ən yüksəkdir? İmam (ə) buyurdu: Gündüz vaxtı buludda yol gedənlər-onlar itənlərdir (o zamanlarında qeybə çəkilənlər ola bilr). Bu ayə onların barəsində nazil olmuşdur: “Harada olursunuz olun, Allah sizin hamınızı bir yerə toplayacaqdır.”
(Şeyx Numani Qeyb dövrü, səh.313, Biharul ənvar c.52, səh.368)
Oxşar hədis; İmam Səccad (ə) buyurmuşdur: ...Onlar Qaimin (ə.f.) səhabələridir.
(Şeyx Numani Qeyb dövrü, səh.313, İsabtul-Huda c.5, səh.108, Biharul ənvar c.52, səh.369)
Başqa bir hədis; Əbu Bəsir nəql edir; Əbu Əbdullah İmam Sadiq (ə) bu ayə haqqında belə buyurdu: Qaim və əshabı barədə nazil olub. Onlar əvvəlcədən vədələşmədikləri halda bir araya toplanacaqlar.
(Şeyx Numani Qeyb dövrü səh.241, Biharul-Ənvar c.51, səh.58)
Bəqərə 155
وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ
Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver.
Əbu Bəsir deyir: İmam Sadiq (ə) buyurdu: Qaim (salam olsun ona) gəlməmişdən əvvəl bir il olar ki, insanların o ildə aclıqla üzləşməsi, qətl və qırğından şiddətli qorxu, mal, can və məhsul itkisi (mal və ömrlərin azalması) qaçılmazdır. Bu Allahın Kitabında çox aşkardır. Sonra bu ayəni oxudu: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver.”
(Biharul ənvar c.52, səh.228-229, Şeyx Numani Qeyb dövrü səh.250, İsbatul Huda c.5, səh 363, Burhan təfsiri c.1, səh.359)
Ali-İmran 83
وَلَهُ أَسْلَمَ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ طَوْعًا وَكَرْهًا وَإِلَيْهِ يُرْجَعُونَ
Halbuki, göylərdə və yerdə olan hər bir kəs istər-istəməz Onun qarşısında təslimdir. Hamı Ona tərəf qaytarılacaq.
Rifaə ibn Musadan nəql olunur ki, İmam Sadiq (ə) buyurub: “Halbuki, göylərdə və yerdə olan hər bir kəs istər-istəməz Onun qarşısında təslimdir”ayəsi bərəsində dedi: Qaim qiyam etdiyi zaman yerdə, La ilahə illəllah və Muhəmmədən Rasulullah kəlməsinə çağrılmayan heç kəs qalmaz.
(İsbatul-Huda c.5, səh.172, Burhan təfsiri, c.1, səh.650, Əyyaşinin təfsiri c.1, səh.183, Biharul-Ənvar c.52, səh.340)
İbn Bukeyrdən rəvayət olunur: İmam Rzadan (ə) bu ayə barəsində soruşdum: “Halbuki, göylərdə və yerdə olan hər bir kəs istər-istəməz Onun qarşısında təslimdir”. İmam Rza (ə) buyurudu: Qaimin haqqında nazil olmuşdur. Elə ki, yerin şərqindən və qərbindən, yəhudilər, nəsranilər, sabiilər, zındıqlar, inkar əhli və kafirlər çıxdığı zaman (Qaim) onlara deyər. Kim istəyərək (xoşluqla) Allahın əmrinə təslim olsa, namaz qılsa, oruc tutsa və müsəlmanlara vacib olan şeylərdə Onun əmrinə tabe olsalar-olub. (Amma) kim bunlara təslim olmasa Allah, Qaimə yerin şərqində və qərbində Tövhid əhli olmayana qədər hər bir kəsin boyunlarının vurmasını əmr edər.
(İsbatul-Huda c.5, səh.172, Burhan təfsiri, c.1, səh.650, Əyyaşinin təfsiri c.1, səh.183, Biharul-Ənvar c.52, səh.340)
Ənam 44
فَلَمَّا نَسُوا مَا ذُكِّرُوا بِهِ فَتَحْنَا عَلَيْهِمْ أَبْوَابَ كُلِّ شَيْءٍ حَتَّىٰ إِذَا فَرِحُوا بِمَا أُوتُوا أَخَذْنَاهُمْ بَغْتَةً فَإِذَا هُمْ مُبْلِسُونَ
Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar.
Əbi Həmzə İmam Baqirdən (ə) nəql edir: Həzrətخَذْنَاهُمْ بَغْتَةً فَإِذَا هُمْ مُبْلِسُونَ -"onları qəflətən yaxaladıq və onlar naümid qaldılar" ayəsi haqqında belə buyurdu: “Yəni, Qaimin qiyamı”.
(Qummi təfsiri, c.1, səh.200, Burhan Təfsiri, c.2, səh.419, Safi təfsiri, c.2, səh.121)
Ənam 89
اُو۬لٰٓئِكَ الَّذ۪ينَ اٰتَيْنَاهُمُ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَۚ فَاِنْ يَكْفُرْ بِهَا هٰٓؤُ۬لَٓاءِ فَقَدْ وَكَّلْنَا بِهَا قَوْماً لَيْسُوا بِهَا بِكَافِر۪ينَ
Bunlar, Kitab, hikmət və peyğəmbərlik verdiyimiz kəslərdir. Əgər (kafirlər) ayələri inkar etsələr, Biz onları inkar etməyən bir camaata həvalə edərik.
İmam Sadiq (ə)وْمًا لَيْسُوا بِهَا بِكَافِرِينَ -"Biz onları inkar etməyən bir camaata həvalə edərik" ayəsi haqqında buyurur: “Bu Həzrəti Məhdinin (ə.f.) əshab və köməkçilərinə işarədir.”
(Yənabiul məvəddəh, səh.422, Əl Məram, səh.226)
Süleyman ibn Harun İcli Əbu Abdullahdan (ə) belə nəql edir: “Bu işin sahibinin əshabı, onun üçün hifz edilir. Əgər bütün insanlar (ölüb) aradan getsələr, yenə də Allah onun səhabələrini, onun üçün gətirər. Onlar o kəslərdir ki, Allah-taala onların haqqında belə buyurur: “Beləliklə, əgər bunlar bu işlərə kafir olsalar, şübhəsiz, Biz ona əsla kafir olmayan bir dəstəni təyin edərik”(Ənam 89). Onlar o kəslərdir ki, Allah-taala onların haqqında belə buyurur: “Allah tezliklə Özünün sevdiyi və Onu sevən bir dəstəni gətirər. (Onlar) möminlərin qarşısında ram və təvazökar, kafirlərin qarşısında isə qüdrətli (və sərtdirlər)”. (Maidə, 54)
(Qeyb dövrü, Şeyx Numani səh.312, bab 20, hədis 12, Burhan Təfsiri c.2, səh.448, Biharul-Ənvar c.52, səh.370)
Ənam 158
هَلْ يَنْظُرُونَ إِلَّا أَنْ تَأْتِيَهُمُ الْمَلَائِكَةُ أَوْ يَأْتِيَ رَبُّكَ أَوْ يَأْتِيَ بَعْضُ آيَاتِ رَبِّكَ يَوْمَ يَأْتِي بَعْضُ آيَاتِ رَبِّكَ لَا يَنْفَعُ نَفْسًا إِيمَانُهَا لَمْ تَكُنْ آمَنَتْ مِنْ قَبْلُ أَوْ كَسَبَتْ فِي إِيمَانِهَا خَيْرًا قُلِ انْتَظِرُوا إِنَّا مُنْتَظِرُونَ
Yoxsa onlar ancaq ya mələklərin, ya Rəbbinin və yaxud da Rəbbinin bəzi əlamətlərinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir. De: “Gözləyin, şübhəsiz ki, Biz də gözləyirik”.
Əli ibni Rubab İmam Sadiqdən (ə) nəql edir ki, Həzrət (ə) bu şərif ayə barəsində buyurdu: Burada "əlamətdən (nişanədən)" məqsəd Həzrəti Qaimdir (ə.f.). Sonra buyurdu: Həzrəti Qaimin (ə.f.) zühuru və qiyamı zamanında, əvvəlcədən iman gətirməyən şəxslərin iman gətirməsinin faydası yoxdur. Hər nə qədər ki, Ondan əvvəlki imamlara iman gətirmiş olsunlar.
Yenə buyurdu: Bizim Qaimin (ə.f.) dostlarının xoş halına ki, qeybət zamanında O Həzrətin zühurunun intizarındadırlar və zühur zamanında Həzrətə (ə.f.) itaət halındadırlar, onlar Allahın övliya və dostlarıdırlar. Onlara qorxu yoxdur və heç vaxt (məhzun) hüzünlü və kədərli olmurlar.
(Yənabiul məvəddəh (əhli-sünnə mənbəsi), səh.422, Kəmaluddin c.1, səh.18, 30, İsbatul-Huda, c.5, səh.91, Burhan təfsiri, c.2, səh.501, (oxşar hədis-başqa istinadla) Biharul-Ənvar c.52, səh.149, c.64, səh.33)
Önə çıxanlar
Bəhailərin və Yəmanilərin oxşar cəhətləri (Hakimiyyətə gəlmək)
Ən üstün Peyğəmbərdən sonra peyğəmbər gələ bilərmi?
Copyright © 2025 Vedolunmuş. Bütün hüquqlar qorunur