Həzrəti Məhdi (ə.f.) qarşısındakı vəzifələrimiz
İmam Zamanı (ə.f.) dua etmək

İmam Zamanı (ə.f.) dua etmək

25 MART 2019

Həzrəti Muhəmməd Peyğəmbərdən (s.ə.a.s.) nəql olunan hədislərə istinadən axirəz-zamanda, müsəlmanların öz dinlərini qoruyub saxlamasının daha da çətin olmasını nəzərə alsaq, duanın gündəlik həyatımızda nə qədər əhəmiyyətli olmasını anlayarıq. Axirəz-zaman dedikdə bizlərin diqqət etməli olduğumuz vacib vəzifələrdən biri də zəmanə İmamını tanımaq və İmam Məhdinin (ə.f.) bizim üzərimizdə olan haqqlarını yerinə yetirməkdir. Bu haqqlardan biri də O Həzrəti (ə.f.) dua etməkdir.

İmam Zaman (ə.f.) buyurur: “Zühurun tеzləşməsi üçün çox duа еdin ki, bu еlә sizin fərəciniz (çətinliklərdən xilas olmağınız) və nicatınız üçündür.”  {Kәmаlud-din, c. 2, sәh. 485.}

İmamətlə bağlı nəql olunan hədislərə nəzər yetirsək deyə bilərik ki, İmam - dünyanın döyünən ürəyidir. Dünya bütün əzəməti ilə ona bağlıdır. İmam varlıq aləminin qəlbi və Allahla məxluqat arasında bir vasitədir. Onun, zahirdə yaxud qeybdə olmasının heç bir fərqi yoxdur. Əgər O, dünyada olmazsa, bütün aləm bir-birinə dəyər.

İmam Sadiq (ə) buyurur: “Əgər yer üzü (bir an) İmamsız qalsa, sakinlərini öz daxilinə çəkər.” {Əl-Qeybə, s.177}

İmam Əli (ə) buyurur: “İlahi! həqiqətəndə belədir! Yer üzü heç vaxt höccət və dəlil ilə qiyam edən şəxsdən xali olmamışdır: istər həmin şəxs aşkarda olsun, istərsə də qeybdə. Bu, ona görədir ki, aydın İlahi dəlillər unudulmasın...” {Şərhi-Nəhcul-Bəlağə, İbn Əbil Hədid, c18, s347.}

Bu cür hədislərə diqqət etsək İmam Zamanı (ə.f.) dua etməyin əhəmiyyətini anlamaq olar. İmamın  (ə.f.) salamatlığı üçün dua etməyin bərəkəti çoxdur. Eyni zamanda, O Həzrətə (ə.f.) dua etmək Onun (ə.f.), bizə qarşı olan məhəbbətini artırar. Bizim, O Həzrətlə (ə.f.) qəlbi və əməli rabitəmizi gücləndirər. İmamla, əməli cəhətdən rabitə yaratmaq budur ki, insan bütün yaşayışında o mehriban İmamla birləşsin. Bütün ailə, fərdi, ictimai, maddi və mənəvi çətinliklərini Allaha israr edərək (Allah duada israr edənləri sevər) dua etsin və duasında zəmanə İmamını vasitə qərar versin. Necə ki, “Cameyi Kəbirə” ziyarətində oxuyuruq:

“Mən sizi hər işimin əvvəlində qərar verirəm”.

İmam Məhdi (ə.f.) qeybdə olduğu zamanda Əhli-Beyt (ə.s.) tərəfindən tapşırılan xüsusi dua və ziyarətnamələr var ki, bu əməl ilə bizlər İmamla (ə.f.) daha sıx və yaxın rabitədə ola bilərik.

“İlahi Əzuməl bəla” duası- Hər hansı bir çətinliyin həll olunması üçün oxumaq. (xüsusi ilə İmam Zamanın (ə.f.) qeyb çətinliyi üçün)

“Onların haqqı və hörməti xatirinə bizi çətinliklərdən qurtar. Tezliklə bir göz qırpımı müddətində və hətta bundan daha az bir müddət ərzində müşküllərimizi həll et.”  (red. Bizim çətinliyimiz elə İmamın çətinliyidir)

“Fərəc” duası – Həmişə oxumaq, xüsusilə namazlarda (qunutda)

İlahi! Canişinin Höccət ibnil Həsənə-Ona və atalarına salavat göndər! Bu anda və bütün zamanlarda, Ona rəhbər, qoruyan, himayəçi, köməkçi, dəlil (yol göstərən) və gözətçi ol! Hətta onu yer üzündə uzun müddət sakin et və bəhrləndir.

“Nüdbə” duası – Cümə günləri sübh vaxtı günəş doğduqdan sonra oxumaq

...Gözüm axtara-axtara səni görə bilməməyim, nə pıçıltını nə də heç olmasa uzaqdan səsini eşidə bilməməyim-mənə ağır gəlir. Dərd çəkməyin məni yandırır, axı nə Səni qoruya, nə də Sənə ürək-dirək verə bilirəm...

“Əhd” duası - Hər sübh çağı (vaxtında)

İlahi, məni O Həzrətin köməkçilərindən, Onu müdafiə edənlərdən, Ona lazım olan köməklərə tələsənlərdən, əmrlərini yerinə yetirənlərdən, Onu himayə edənlərdən, Onun istəklərinə doğru öndə olanlardan və Onun gözü önündə şəhid olanlardan qərar ver.

“Ali Yasin”ziyarəti – Bu ziyarətnaməni hər həftə oxumaq tövsiyə olunur

Ey vəlim, Sən şahid ol ki, Əmirəl-möminin Əli (ə), Həzrəti Həsən, Həzrəti Hüseyn, Əli ibni Hüseyn, Muhəmməd ibni Əli, Cəfər ibni Muhəmməd, Musa ibni Cəfər, Əli ibni Musa, Muhəmməd ibni Əli, Əli ibni Muhəmməd, Həsən ibni Əli Allahın höccətləridir. Sənin də Allahın Höccəti olduğuna şəhadət edirəm. 

“Cameyi Kəbirə” ziyarəti – İstənilən zaman

Sizin haqqınızı inkar edən, vilayətinizdən çıxan və mirasınızı qəsb edən, Sizlər haqqında şübhəyə düşən və Sizdən ayrılan düşmənlərinizdən, tağutdan və şeytandan və onların zalım dəstələrindən Allaha sığınram. Sizin xaricinizdə olan hər vasitə və öndərdən, atəşə çağıran rəhbərlərdən Ona sığınıram.

İmam Məhdi (ə.f.) buyurub: “İlahi! Vaxtıma əməl libası geyindir və işimi sona çatdır, addımımı möhkəm et və yer üzünü mənim vasitəmlə ədalət və bərabərliklə doldur.”  (Kəmaluddin, c.2, səh.100)

Allah-Təala bizləri İmam Zamanın (ə.s.) qarşısında əsl vəzifə tanımaqda müvəffəq etsin və O Həzrətin xeyir və duasını yollarımızın uğurunda qərar versin!

Paylaş


Önə çıxanlar

İntizar (hədislərdə)

Həzrəti Məhdi (ə.f.) hədislərdə
13 MART 2022
Ardını oxu

İntizar (hədislərdə)

Həzrəti Məhdi (ə.f.) hədislərdə
13 MART 2022
Ardını oxu
13 MART 2022
Ardını oxu

Yer üzü höccətsiz qalmaz (hədislərdə)

Həzrəti Məhdi (ə.f.) hədislərdə
30 IYUN 2023
Ardını oxu

Yer üzü höccətsiz qalmaz (hədislərdə)

Həzrəti Məhdi (ə.f.) hədislərdə
30 IYUN 2023
Ardını oxu
30 IYUN 2023
Ardını oxu

İntizar (İmam Zamanı (ə.f.) gözləmək)

Həzrəti Məhdi (ə.f.) qarşısındakı vəzifələrimiz
25 MART 2019
Ardını oxu

İntizar (İmam Zamanı (ə.f.) gözləmək)

Həzrəti Məhdi (ə.f.) qarşısındakı vəzifələrimiz
25 MART 2019
Ardını oxu
25 MART 2019
Ardını oxu

Peyğəmbərlərin qeybi

İmam Zamanın (ə.f.) qeybi
20 DEKABR 2018
Ardını oxu

Peyğəmbərlərin qeybi

İmam Zamanın (ə.f.) qeybi
20 DEKABR 2018
Ardını oxu
20 DEKABR 2018
Ardını oxu

Əssəlamu ələykə ya Höccətəllahi fi ərdi | İmam Zamanın (ə.f.) Cümə günü ziyarəti

Dualar
02 FEVRAL 2024
Ardını oxu

Əssəlamu ələykə ya Höccətəllahi fi ərdi | İmam Zamanın (ə.f.) Cümə günü ziyarəti

Dualar
02 FEVRAL 2024
Ardını oxu
02 FEVRAL 2024
Ardını oxu

Mövzular

Copyright © 2025 Vedolunmuş. Bütün hüquqlar qorunur