Yəmani və zühurun əlamətləri
Yəmani və zühurun əlamətləri

Yəmani və zühurun əlamətləri

05 AVQUST 2019

İmam Sadiq (ə) buyurub: “Qaim (ə.f.) qiyam etməzdən öncə beş əlamət baş verəcək : (Səmadan gələn) çığırtı, Süfyani, Beyda çölündə çökmə, Yəmaninin çıxması və Nəfsi Zəkiyyənin öldürülməsi.” (Şeyx Tusi, əl

Ğeybə. Səh. 388, Azərbaycan dilində)

İmam Sadiq (ə) buyurub: “Üç nəfərin-Xorasani, Süfyani və Yəmaninin çıxması eyni ildə, eyni ayda, eyni gündə olacaq. Onlar arasında Yəmaninin bayrağı haqqa tərəf daha çox hidayət edəndir. (Şeyx Tusi, əl-Ğeybə. Səh. 394, Azərbaycan dilində)

Yəmanilər, zühurdan öncə Yəmaninin gəlməsi hədisindən istifadə edərək özlərinin məhz deyilən şəxslər olduğunu iddia edən bir qrupdur. Əhməd əl Həsən adlı bir şəxs isə (Bəsrə, İraq) “İmam Məhdinin” göstərişi ilə (1999-cu ildə) Yəmaniliyi təsis etdiyini iddia edir. Burada yəmanilik haqqında uzun danışmağdansa-kimin rəhbərliyi ilə, adının nə olması, haradan çıxmasının və fikirlərinin nə olmasından asılı olmayaraq, bu kimi iddiada olanların qarşısında vəzifəmizin nədən ibarət olduğu və necə öz əqidəmizi təmizləməliyik kimi bəhslərə cavab tapmaq daha önəmlidir.

Hal-hazır ki, yəmanilik iddiaları bəzi cavabsız sualları ortaya çıxardır ki, bunların cavabsız qalması onların batil olmasına dəlildir.

Ən əvvəl onu qeyd edək ki, Allahın “əli” bağlı deyildir ki, mütləq hər hansısa bir əlamət baş versin və əgər bu əlamətlər baş verməzsə zühur baş tutmayacaqdır. Təbii ki, bəda (dəyişmə, təxirə salınma) ola bilər. Həmçinin insanlar faili-muxtar (ixtiyar sahibi) olduğuna görə onların iştirakı ilə olan əlamətlərin olub-olmaması şərh olunmalı və baş verməsə belə, Allah istədiyi zaman zühuru elan edə bilər. Allah üçün zühur çətin deyil ki, istər bir əlamət olsun ya olmasın.

Allah istədiyini silər və istədiyini saxlayar. Ümmul kitab onun yanındadır. (Rəd surəsi, 39)

 

Cavabsız suallar:

Yəmani hədisini kim və necə şərh etmişdir? Yəmani məkandırmı? addırmı? tərəfdirmi? (düz yolda olanlar). Əgər məkandırsa, o zaman o məkandan çıxan hər bir iddialı şəxsə Yəmani demək olarmı? Əgər addırsa, hər Yəmani adından istifadə edən haqdırmı? Əgər tərəfdirsə, hər özünü düz yolda sayan Yəmanidirmi? Bunların şərhini kim və necə verib? Dəqiq şəkildə Yəmaniliyin kimliyi, ünvanı, kimlərdən təşkil olunduğu və neçənci ildə gələcəkləri qeyd olunmuşdurmu? Biz İmam Məhdinin (ə.f.) zühurunu gözləyək yoxsa Yəmaniliyin? Yəmani olmasa İmam Zamanın (ə.f.) zühuru olmazmı? Yəmani ilə İmamın (ə.f.) zühuru arasında zaman məsafəsi nə qədərdir? Hal hazırda bu zaman məsafəsi keçib, yoxsa hələ qalıb? Qalıbsa nə qədər qalıb? Əgər deyilsə ki, filan qədər qalıb o zaman zühura vaxt təyin edilib, əgər keçibsə deyilərsə onda niyə İmam zühur etməyib? Əgər zühur edibsə onda Yəmaniliyin indi nə işi var? Hazırki yəmaniləri, digər inanclılardan  fərqləndirən nədir? Hər kəs Yəmanini gözləməlidir yoxsa İmamı? Yəmaninin intizarında olmaq şərtmidir, yoxsa İmamın? Bu gün biz Yəmaniliyi təbliğ etməliyik yoxsa İmamı? Bu gün biz İmama tərəf getməliyik yoxsa Yəmaniliyə tərəf? Niyə yəmanilər daha çox özlərini təbliğ edirlər nəinki, İmamı? Niyə İmamdan çox öz adlarını hallandırırlar? Yəmanilərin önünə başqa yəmanilər çıxsa onlara nə cavab verəcək? Yəmanilik yeni əqidədirmi? məzhəbdirmi? firqədirmi? Yəmani gəlibsə-Süfyani gəlibdirmi? Süfyani gəlibsə onlar indi kimdirlər? Süfyaninin şərhini kim və necə veribdir? (yuxarıda-Yəmaniliyə verilən sualları təkrar Süfyani üçün verin), Xorasanı gəlibdirmi? İndiki halda Xorasani kimdir? (yuxarıda-Yəmaniliyə verilən sualları təkrar Xorasanı üçün verin)

Əslində düzdür bu sualları həqiqi Yəmaniyə də vermək olar. Necə ki, bu cür iddiada olanlar həmişə bu "qaytarma" üsulundan istifadə edirlər. Bunun bir cavabı budur ki, elə yəmanilərə görə əgər bundan sonra Yəmani çıxarsa onlara nə cavab verəcəklərsə, özlərinə versinlər. Növbəti cavab isə budur ki, Allah və İmam Zaman (ə.f.) dostlarının bir xüsusi özəlliyi vardır. O da sirr saxlamaqdır. Allahın dostları gizlindir. Həqiqi Yəmani gələrsə onun indikilər kimi İmamı qoyub daha çox özlərini təbliğ etməmələri, müsəlmanlar arasında ixtilaflara səbəb olmamalı, heç bir qrupun nəzarəti və himayəsi altında olmamalı, ixlas və iman o dərcədə olmalıdır ki, insanlar özləri ona kömək etməlidir-belə ki, Yəmanini dəstəkləyənlərin onun Yəmani olmasını bilməsi lazım deyil, Allahın və İmamın dostu olmasını bilməsi kifayətdir.

Əbu Bəsir deyib: “Ona dedim (Əbu Bəsir İmam Sadiq (ə)-ın səhabəsi idi): Bu işin bir vaxtı var ki, bədənlərimizi rahatladaq və ona yetişək?” Dedi: Əlbəttə var. Ancaq siz (vaxtı bildikdə ətrafa) yayırsız, odur ki Allah onu artırmışdır”. (Şeyx Tusi, əl-Ğeybə. Səh. 386, Azərbaycaan dilində)

(Həmçinin; Əbu Bəsir deyir ki, Həzrətə dedim: Bu əmrin (zühurun) müəyyən bir vaxtı vardır ki, onu bilməklə bədənlərimizi qəmdən, hicrandan və intizar dərdindən rahatlayaq? İmam buyurdu: Bəli, ancaq siz onu aşkar etdiniz, Allah o vaxta (müddətə) əlavə etdi. (Məhdiye Məvud səh.863, Əli Dəvani)

Əbu Həmzə Somali deyib: “Əbu Cəfərə (ə) dedim: İmam Əli (ə) deyirdi ki, yetmiş ilə qədər bəlaya düçar olacaqsınız. Yenə deyirdi ki, bəladan sonra rifah və asayiş olacaq. Yetmiş il keçdi amma heç bir bolluq görmürük”. Əbu Cəfər (ə) buyurdu: “Ey Sabit! Allah-taala bu iş üçün yetmişinici ildə vaxt təyin etmişdi. Elə ki, İmam Hüseyn (ə) qətlə yetirildi, Allahın yer əhalisinə qəzəbi şiddətləndi və bu işi yüz qırxıncı ilə ertələdi. Biz bu barədə sizə danışdıq. Siz isə sirrin örtüyünü qaldırıb, onu ifşa etdiniz. Bundan sonra Allah bu iş üçün bizim yanımızda vaxt təyin etmədi.” (Şeyx Tusi, əl-Ğeybə. Səh. 384, Azərbaycan dilində, Məhdiye Məvud səh.863, Əli Dəvani)

Göründüyü kimi Əhli-beytə (ə) aid bəzi sirlərin açılması və yayılması zühurun təxirə salınmasına səbəb olmuşdur. Bu o deməkdir ki, əgər biz həqiqətən ixlasla İmama (ə.f.) xidmətçi və köməkçi olmaq istəyiriksə, öz adımızı İmamın (ə.f.) adından qabağa salmamalı, özümüzü Ondan çox təbliğ etməməliyik.

Bu əlamətlər olsa olub, olmasa da biz İmamı tanımaq və Ona xidmət etməyi əsas tutmalı, Onu gözləməli, Onu dua etməli, özümüzü Ona hazırlamalıyıq.

Əlbətdə burada söhbət ondan getmir ki, Yəmani olmayacaq və ya olmamalıdır. Ancaq biz onun şərtlərini və şərhini bilmirik. Bəlkə də bizim dövrdən daha əvvəllər gəlib və gedib ancaq xəbərimiz olmayıb, bəlkə Yəmanidən sonra zühur bəda olub, bəlkə Yəmani, Süfyani və bunun kimi əlamətlər gizlin olub və keçib, bunlar bizim şərhlərimizdir. Həqiqət isə Allahın əlindədir. Bu gün heç bir əlamət olmadan belə zühur ola bilər. Bu gün İmam Zaman (ə.f.) zühur etsə, Yəmani gəlməyib deyə onu inkar etməliyik mi?

 

Paylaş


Önə çıxanlar

İmam Zaman (ə.f.) Nəhcül bəlağədə

İmam Zaman (ə.f.) hədislərdə
05 MART 2020
Ardını oxu

İmam Zaman (ə.f.) Nəhcül bəlağədə

İmam Zaman (ə.f.) hədislərdə
05 MART 2020
Ardını oxu
05 MART 2020
Ardını oxu

İmam Zaman (ə.f.) Quranda (1)

Həzrəti Məhdi (ə.f.) Quranda
01 DEKABR 2019
Ardını oxu

İmam Zaman (ə.f.) Quranda (1)

Həzrəti Məhdi (ə.f.) Quranda
01 DEKABR 2019
Ardını oxu
01 DEKABR 2019
Ardını oxu

İlahi Əzuməl Bəla | Fərəc duası

Dualar
02 FEVRAL 2024
Ardını oxu

İlahi Əzuməl Bəla | Fərəc duası

Dualar
02 FEVRAL 2024
Ardını oxu
02 FEVRAL 2024
Ardını oxu

Saxta Məhdiliyin məqsədi nədir?

Saxta Məhdiliyin məqsədi nədir?
17 YANVAR 2019
Ardını oxu

Saxta Məhdiliyin məqsədi nədir?

Saxta Məhdiliyin məqsədi nədir?
17 YANVAR 2019
Ardını oxu
17 YANVAR 2019
Ardını oxu

Qadiyanilik

Qadiyanilik
08 YANVAR 2019
Ardını oxu

Qadiyanilik

Qadiyanilik
08 YANVAR 2019
Ardını oxu
08 YANVAR 2019
Ardını oxu

Mövzular

Copyright © 2025 Vedolunmuş. Bütün hüquqlar qorunur